Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə170/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   166   167   168   169   170   171   172   173   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

543 



(əməl) sizin üçün (Allah yanında) daha xeyirli, daka pakdır. Əgər (sədəqə verməyə) bir 

şey tapmasanız (ürəyinizi qısmayın). Çünki Allah bağışlayandır, rəhm edəndir!  

13. Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən 

qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da 

tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə 

itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!  

14. (Ya Peyğəmbər!) Məgər onların (münafiqlərin) Allahın qəzəbləndiyi bir tayfanı 

(yəhudiləri) özlərinə dost tutduqlarını (mö’min müsəlmanların sirlərini onlara 

verdiklərini) görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar (özlərinin 

riyakar olduqlarını) bilə-bilə (Allaha və Muhəmməd əleyhissəlama iman gətirdikləri 

barədə) yalandan and içirlər.  

15. Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də 

pisdir!  

16. Onlar andlarını özlərinə sipər etdilər və (xalqı) Allah yolundan döndərdilər. Onları 

alçaldıcı bir əzab gözləyir.  

17. Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan (Allahın əzabından) 

qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.  

18. Allah onların hamısını dirildəcəyi gün onlar sizə (yalandan) and içdikləri kimi, 

Allaha da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin 

ki, onlar əsl yalançıdırlar!  

19. Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar 

Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın firqəsi - məhz onlar ziyana 

uğrayanlardır!  

20. Allahın və Onun Peyğəmbərinin əleyhinə çıxanlar (Cəhənnəmdəki) ən zəlil kimsələr 

içərisində olacaqlar!  

21. Allah (lövhi-məhfuzda): "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" - 

deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!  

22. (Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun 

Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar 

belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə 

iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

544 



etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. 

Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar 

Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi 

məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

545 



 

 

 



 

.

59

.  

əl-Həşr

  

(Toplanma) surəsi  

(Mədinədə nazil olmuşdur, 24 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə tə’riflər deyər. O, 

yenilməz qüvvət sahibi, hikmət sahibidir!  

2. Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Muhəmməd əleyhissəlamın 

peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb öz 

yurdundan çıxardan (Şama sürgün edən) Odur. (Ey mö’minlər!) Siz onların (öz 

yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan 

(Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara 

gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, 

həm də mö’minlərin əlləri ilə uçurdub dağıdırdılar. Ey bəsirət sahibləri! (Bəni Nəzir 

qəbiləsinin başına gələnlərdən) ibrət alın!  

3. Əgər Allah onlara (yurdlarından çıxardılıb) sürgün olunmağı hökm etməsəydi, onları 

dünyada mütləq (başqa bir) əzaba düçar edərdi. Axirətdə isə onları cəhənnəm əzabı 

gözləyir!  

4. Bu onların Allaha və Onun Peyğəmbərinə asi olmalarına görədir. Kim Allaha asi olsa 

(bilsin ki), Allahın cəzası çox şiddətlidir!  

5. (Ey mö’minlər! Sizin kafirlərə məxsus olan) hər hansı bir xurma ağacını kəsməyiniz, 

yaxud (toxunmayıb) onu kökü üstündə salamat qoymağınız Allahın iznilədir. Və bu 

(Allahın öz Rəbbinə asi olan) fasiqləri rüsvay etməsi üçündür.  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

546 



6. (Ey mö’minlər!) Allahın onların (Bəni Nəzər qəbiləsinin) mallarından Öz 

Peyğəmbərinə verdiyi qənimət üçün siz onların üstünə nə at, nə də dəvə sürdünüz. 

Lakin Allah Öz peyğəmbərini istədiyi kimsələr üzərində hakim edər. Allah hər şeyə 

qadirdir!  

7. Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) 

verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-

əqrabaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) 

məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında 

əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə 

nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. 

Həqiqətən, Allahın cəzası çox şiddətlidir.  

8. (Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, 

Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar 

(imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir!  

9. Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd 

əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) 

mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) 

duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah 

tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz 

onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!  

10. Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: "Ey 

Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim 

qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, 

həqiqətən, şəfqətlisən, mərhəmətlisən!"  

11. (Ya Peyğəmbər) Məgər kitab əhlindən kafir olan qardaşlarına: "Əgər (siz öz 

yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə mütləq (yurdumuzdan) çıxacaq, sizin 

əleyhinizə heç vaxt heç kəsə qoşulub tabe olmayacağıq. Əgər (mö’minlər) sizinlə 

vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!" - deyən münafiqləri görmədinmi? Allah 

onların xalis yalançı olduğuna şahiddir!  

12. And olsun ki, əgər onlar (Bəni Nəzər qəbiləsi) yurdlarından çıxarılsalar, 

(münafiqlər) onlarla birlikdə (öz yurdlarından) çıxmazlar. Əgər (mö’minlər) onlarla 

vuruşsalar, (münafiqlər) onlara (yəhudilərə) kömək etməzlər. Yox, əgər (münafiqlər) 

onlara yardım etmiş olsalar, (özləri məğlubiyyətə uğrayaraq) arxa çevirib qaçar, sonra 

da onlara (Bəni Nəzir qəbiləsinə) heç bir kömək olunmaz!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə