Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə167/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   163   164   165   166   167   168   169   170   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

532 



33. Tükənməz və qadağan edilməyən (meyvələr) içində  

34. Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və 

qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!  

35. Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) 

yaradacağıq!  

36. Onları bakirə qızlar,  

37. Ərlərini sevən, həmyaşıdlar edəcəyik.  

38. Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!  

39. (Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),  

40. Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir).  

41. Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf 

sahibləri?  

42. (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində,  

43. Qapqara duman kölgəsində olacaqlar!  

44. (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir.  

45. Onlar bundan əvvəl (dünyada) naz-ne’mət içində idilər.  

46. Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular.  

47. Və belə deyirdilər: "Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, 

həqiqətən, yenidən dirildiləcəyikmi?!  

48. Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!"  

49. (Ya Peyğəmbər!) De: "(Sizdən) əvvəlkilər də, sonrakılar da,  

50. Mə’lum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm 

ediləcəklər.  

51. Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

533 



52. Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz,  

53. Qarınlarınızı onunla dolduracaqsınız.  

54. Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz.  

55. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz.  

56. Bu onların haqq-hesab günündəki ziyafətidir.  

57. (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən 

dirildiləcəyinizi) təsdiq etməzmisiniz?  

58. Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?  

59. Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!  

60. Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz 

əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,  

61. (Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) 

və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!  

62. And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi 

yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!  

63. Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz?  

64. Onu bitirən sizsiniz, yoxsa Biz?!  

65. Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb:  

66. "Biz ziyana uğramış,  

67. Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!" (deyərdiniz).  

68. Bəs içdiyiniz suya nə deyirsiniz?  

69. Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!  

70. Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne’mətlərinə) şükür 

etmirsiniz?  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

534 



71. Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?  

72. Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?  

73. Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan 

müsafirlərin faydalanması üçün yaratdıq.  

74. Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!  

75. Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki -  

76. Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz -  

77. (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur’andır.  

78. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud 

lülələnib bükülmüş kağızlardadır).  

79. Ona yalnız pak olanlar toxuna bilər!  

80. (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.  

81. İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)  

82. Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?  

83. (Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman  

84. Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).  

85. Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!  

86. Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab 

çəkilməyəcəksə,  

87. Və əgər ("öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur" sözünü) doğru 

deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!  

88. Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın 

olanlardandırsa,  

89. (Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

535 



90. Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),  

91. (Ona özü kimi olan yoldaşlarının dili ilə: ) "Sağ tərəf sahiblərindən sənə salam 

olsun!" (deyiləcəkdir).  

92. Əgər (ölən kimsə Allahın ayələrini, mö’cüzələrini) yalan sayanlardan və yoldan 

azanlardandırsa,  

93. (Ona) qaynar su ziyafəti veriləcək  

94. Və özü də Cəhənnəmə atılacaqdır.  

95. Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!  

96. Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et! 

(Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)  

 

 

 



 

 

 



 

 

 




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə