Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
532
33. Tükənməz və qadağan edilməyən (meyvələr) içində
34. Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və
qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!
35. Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan)
yaradacağıq!
36. Onları bakirə qızlar,
37. Ərlərini sevən, həmyaşıdlar edəcəyik.
38. Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!
39. (Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
40. Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir).
41. Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf
sahibləri?
42. (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində,
43. Qapqara duman kölgəsində olacaqlar!
44. (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir.
45. Onlar bundan əvvəl (dünyada) naz-ne’mət içində idilər.
46. Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular.
47. Və belə deyirdilər: "Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra,
həqiqətən, yenidən dirildiləcəyikmi?!
48. Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!"
49. (Ya Peyğəmbər!) De: "(Sizdən) əvvəlkilər də, sonrakılar da,
50. Mə’lum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm
ediləcəklər.
51. Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
533
52. Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz,
53. Qarınlarınızı onunla dolduracaqsınız.
54. Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz.
55. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz.
56. Bu onların haqq-hesab günündəki ziyafətidir.
57. (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən
dirildiləcəyinizi) təsdiq etməzmisiniz?
58. Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?
59. Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!
60. Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz
əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,
61. (Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən)
və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!
62. And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi
yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!
63. Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz?
64. Onu bitirən sizsiniz, yoxsa Biz?!
65. Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb:
66. "Biz ziyana uğramış,
67. Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!" (deyərdiniz).
68. Bəs içdiyiniz suya nə deyirsiniz?
69. Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!
70. Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne’mətlərinə) şükür
etmirsiniz?
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
534
71. Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?
72. Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?
73. Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan
müsafirlərin faydalanması üçün yaratdıq.
74. Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!
75. Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki -
76. Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz -
77. (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur’andır.
78. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud
lülələnib bükülmüş kağızlardadır).
79. Ona yalnız pak olanlar toxuna bilər!
80. (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81. İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)
82. Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?
83. (Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman
84. Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).
85. Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!
86. Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab
çəkilməyəcəksə,
87. Və əgər ("öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur" sözünü) doğru
deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!
88. Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın
olanlardandırsa,
89. (Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
535
90. Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),
91. (Ona özü kimi olan yoldaşlarının dili ilə: ) "Sağ tərəf sahiblərindən sənə salam
olsun!" (deyiləcəkdir).
92. Əgər (ölən kimsə Allahın ayələrini, mö’cüzələrini) yalan sayanlardan və yoldan
azanlardandırsa,
93. (Ona) qaynar su ziyafəti veriləcək
94. Və özü də Cəhənnəmə atılacaqdır.
95. Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!
96. Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et!
(Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)
Dostları ilə paylaş: |