Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
528
44. Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar.
45. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
46. Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan)
qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir!
47. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
48. (O iki cənnətin ağacları) qollu-budaqlıdır (merli-meyvəlidir).
49. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
50. Orada (o cənnətlərdə) iki axar bulaq vardır.
51. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
52. Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ vardır
(mö’minlər onların birini dünyada görmüş, digərini isə görməmişlər).
53. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
54. Onlar (mö’minlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar.
O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (mö’minlər harada olsalar, ağaclar
onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da,
uzananda da dərib yeyə biləcəklər).
55. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
56. Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç
bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır.
57. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
58. Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar.
59. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
60. Yaxşılıq əvəzi ancaq yaxşılıqdır!
61. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
529
62. Onlardan (o iki cənnətdən) başqa (mö’minlər üçün) daha iki cənnət (Firdovs və
Mə’va cənnətləri) vardır.
63. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
64. (O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır).
65. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
66. Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır.
67. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
68. Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır.
69. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
70. Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar
vardır.
71. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
72. Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır.
73. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
74. Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır.
75. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
76. Onlar (mö’minlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud
yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar.
77. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
78. (Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır
(nə qədər uludur)!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
530
.
56
.
əl-Vaqiə
(Vaqiə) surəsi (Məkkədə nazil olmuşdur, 96 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Qiyamət vaqe olacağı (qopacağı) vaxt
2. Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz!
3. O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır.
4. Yer hərəkətə gəlib şiddətlə titrədiyi,
5. Dağlar parça-parça olub ovxalandığı
6. Və toz kimi səpələndiyi zaman
7. Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız:
8. Sağ tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri?
(Nə uğurludur onlar!)
9. Sol tərəf sahibləri (əməl dətərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri?
(Nə uğursuzdur onlar!)
10. Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə
olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)
11. Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.
12. Onlar Nəim cənnətlərində olacaqlar.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
531
13. (Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
14. Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir).
15. (Onlar qızıl-gümüş, lə’l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,
16. Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.
17. Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;
18. (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.
19. (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.
20. (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr
21. Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).
22. (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.
23. (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış)
incidirlər.
24. Onlar (bu ne’mətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar.
25. Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.
26. Eşitdikləri söz ancaq "salam" olacaqdır.
27. Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf
sahibləri?
28. (Onlar) tikansız sidr ağacları,
29. Salxım-salxım sallanmış möüz (banan) ağacları altında;
30. Çəkilməyən (daimi) kölgəliklərdə;
31. Axar su kənarında;
32. Bol meyvələr -
Dostları ilə paylaş: |