Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə164/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   160   161   162   163   164   165   166   167   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

521 



9. Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib 

etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: "(Bu) divanədir!" - demişdilər. Ona (risaləti 

təbliğ etmək) qadağan edilmişdi.  

10. (Nuh) Rəbbinə dua edib: "Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də 

(onlardan) intiqam al!" - dedi.  

11. Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq.  

12. Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) 

sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-

birinə qovuşdu.  

13. Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış 

gəmiyə mindirdik.  

14. (Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) 

gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.  

15. And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri 

sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul 

edən) varmı?!  

16. Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!  

17. And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə 

asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!  

18. Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və 

qorxutmağım necə oldu!  

19. Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək 

göndərdik.  

20. O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.  

21. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!  

22. And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə 

asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

522 



23. Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) 

yalan saymışdı.  

24. Onlar demişdilər: "Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz 

onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!  

25. Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, 

lovğanın biridir!"  

26. (Biz Saleh peyğəmbərə təsəlli verib dedik: ) "Onlara kimin yalançı, kimin lovğa 

olduğunu sabah mütləq biləcəklər!  

27. Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə 

edəcəyini gözlə və (əziyyətlərinə də) döz!  

28. Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir 

gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!"  

29. Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub 

kəsdi.  


30. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!  

31. Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal 

(heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.  

32. And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə 

asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!  

33. Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan 

saymışdı.  

34. Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız 

Lutun ailəsini səhər çağı xilas etdik;  

35. Dərgahımızdan bir lütf olaraq! Biz (ne’mətimizə) şükür edəni belə 

mükafatlandırırıq!  

36. And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə 

(xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

523 



37. Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim 

etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) "İndi əzabımı və təhdidlərimi 

dadın!" - (dedik).  

38. And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir 

əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).  

39. (Onlara: ) "İndi əzabımı və təhdidlərimi dadın!" (dedik).  

40. And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə 

asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!  

41. And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Fir’on əhlinə 

də gəlib çatmışdı.  

42. Onlar ayələrimizin (mö’cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları 

yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.  

43. (Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) 

kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!  

44. Yoxsa onlar: "Biz (Muhəmməd və mö’minlərdən) intiqam ala biləcək bir zümrəyik!" 

- deyirlər?  

45. (Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!  

46. Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır 

(daha şiddətlidir).  

47. Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) 

cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik 

içindədirlər).  

48. O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): "Duyun Cəhənnəmin 

(ələmini) təmasını!" (deyiləcəkdir).  

49. Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.  

50. Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq 

istədikdə ona bircə dəfə: "Ol !" - deyərik, o da dərhal olar!)  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə