Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə172/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   168   169   170   171   172   173   174   175   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

550 



örnək yoxdur). (Onlar həmçinin belə demişdilər: ) "Ey Rəbbimiz! Biz ancaq Sənə 

təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin 

hüzurunadır.  

5. Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə! (Bizi kafirlərin əli ilə sınağa 

çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən 

yenilməz qüvvət sahibi, hikmət sahibisən!"  

6. (Ey mö’minlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid 

bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan) 

üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç nəyə) möhtac deyildir; 

O, tə’rifə (şükrə) layiqdir!  

7. (Ey mö’minlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr (Məkkə 

müşrikləri) arasında (onları islam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah 

(hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhm edəndir!  

8. Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə 

yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli 

olanları sevər!  

9. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və 

çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq 

edənlər əsl zalımlardır!  

10. Ey iman gətirənlər! Mö’min qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman 

onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə 

lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö’min olduqlarını bilsəniz, artıq onları 

kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar 

bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə 

qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla 

evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında 

saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) 

istəyin. (Kafirlər də islamı qəbul edib mö’minlərlə evlənən qadınlara) sərf etdikləri 

mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. 

Allah (hər şeyi) biləndir, hikmət sahibidir!  

11. Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa 

və siz də (onlarla vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına) getmiş 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

551 



kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin. 

İman gətirdiyiniz Allahdan qorxun!  

12. Ya Peyğəmbər! Mö’min qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və 

zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa 

gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad 

etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə 

sənə bey’ət etmək üçün yanına gəldikləri zaman onların bey’ətini qəbul et və Allahdan 

onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!  

13. Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. 

Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini 

üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini 

üzmüşlər!  

 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

552 



 

 

 



.

61

.  


əs-Saff

  

(Səf) surəsi  

(Mədinədə nazil olmuşdur, 14 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Göylərdə və yerdə nə varsa, (hamısı, bütün məxluqat) Allahı təqdis edib şə’ninə 

tə’riflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!  

2. Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bə’zi müsəlmanlar: 

"Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı və canımızı 

onların yolunda qoyardıq!" - deyirdilər. Lakin cihad əmri nazil olduqda bu, bir çöx 

mö’minlərin xoşuna gəlmədi).  

3. Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.  

4. Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!  

5. (Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: "Ey qövmüm! Mənim 

Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni 

incidirsiniz?" Onlar (haqdan) üz döndərdi. Allah (Özünə asi olan) fasiqləri doğru yola 

yönəltməz!  

6. Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! 

Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra 

gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!" Sonra (İsa, 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

553 



yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar mö’cüzələr gətirdikdə onlar: "Bu, 

açıq-aydın sehrdir!" - dedilər.  

7. İslama də’vət olunduğu halda, Allaha qarşı yalan uydurandan (Onun peyğəmbərinə 

sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola 

yönəltməz!  

8. Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə 

söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) 

tamamlayacaqdır.  

9. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz 

Peyğəmbərini hidayət (Qur’an) və haqq dinlə göndərən Odur!  

10. Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli 

əzabdan xilas etsin?  

11. (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah 

yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə 

qədər xeyirlidir!  

12. (Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar 

axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük 

qurtuluşdur (uğurdur)!  

13. (Sizi hələ) sevdiyiniz başqa bir şey (bir ne’mət) də - Allah dərgahından kömək və 

yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Mö’minlərə (dünyada zəfərlə, 

axirətdə Cənnətlə) müjdə ver!  

14. Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, 

Məryəm oğlu İsa həvarilərə: "Allah yolunda mənim köməkçilərim kimdir?" - demiş, 

həvarilər də: "Allahın köməkçiləri bizik!" - deyə cavab vermişdilər. Nəhayət, İsrail 

oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri 

düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.  

 

 

 




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə