Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə175/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   171   172   173   174   175   176   177   178   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

560 



16. Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilə öyüd-

nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən Allah 

yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən) nəfsinin 

xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb 

səadətə qovuşanlardır!  

17. Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) 

sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!  

18. (Allah) gizlini də, aşkarı da biləndir, yenilməz qüdrət sahibi, hikmət sahibidir!  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

561 



 

 

 



.

65

.  


ət-Talaq

  

(Boşanma) surəsi  

(Mədinədə nazil olmuşdur, 12 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. (Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində 

(heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın. Rəbbiniz 

olan Allahdan qorxun. Onları - açıq-aşkar bir pis iş (zina) etməyənə qədər - (gözləmə 

müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. 

Bu, Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə 

zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin 

ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).  

2. Bunların (bu qadınların) gözləmə müddəti başa çatdıqda (barışmaq istəsəniz) onları 

yaxşılıqla (mehrlərini verib) yola salın. (Sonradan aranızda ixtilaf olmasın deyə) 

içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik 

edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim 

Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.  

3. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət 

edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) 

tə’yin etmişdir.  

4. (Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə 

şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz 

görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu 

müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə 

müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah 

onun işini (dünya və axirətdə) asan edər.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

562 



5. Bu, Allahın sizə nazil etdiyi buyuruğudur. Kim Allahdan qorxsa, Allah onun 

(günahlarının) üstünü örtər və (axirətdə) mükafatını artırar.  

6. Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız 

çatdığı qədər öz yaşadığınız yerdə sakin edin. (Bu qadınları) sıxışdırmaq (evdən çıxıb 

getməyə məcbur etmək) məqsədilə onlara zərər (əziyyət) verməyə cəhd göstərməyin. 

Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. (Həmin 

qadınlar gözləmə müddətləri qurtarandan sonra) sizin üçün uşaq əmizdirirlərsə, 

onların (süd) haqqını verin (çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu 

deyillər). Öz aranızda yaxşılıqla (şəriətə müvafiq şəkildə) sazişə gəlin. Əgər (bu 

məsələdə) çətinliyə düşsəniz (bir-birinizlə razılığa gələ bilməsəniz), onu (uşağı) başqa 

bir qadın əmizdirə bilər.  

7. Varlı-karlı olan öz varına görə (süd haqqı) versin. İmkanı az olan isə Allahın ona 

verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur 

etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər.  

8. Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərinin əmrindən çıxdı. Biz 

də onlara şiddətli cəza verib görünməmiş müdhiş əzaba düçar etdik.  

9. Onlar əməllərinin cəzasını aldılar və axırda işləri ziyana uğramaq oldu.  

10. Allah onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan 

qorxun! Allah sizin üçün Qur’an nazil etmiş,  

11. Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq 

üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər 

göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu (mö’minlərin) əbədi 

qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona 

gözəl ruzi əta etmişdir!  

12. Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir 

olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, 

(Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.  

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

563 



 

 

.



66

.  


ət-Təhrim

  

(Qadağan) surəsi  

(Mədinədə nazil olmuşdur, 12 ayədir)  

Bismillahir-rəhmanir-rəhim!  

1. Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal 

etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah bağışlayandır, 

rəhm edəndir!  

2. Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz) 

andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib (qanuni) etmişdir. Allah sizin 

ixtiyar sahibinizdir. O (hər şeyi) biləndir, hikmət sahibidir!  

3. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (bir daha 

Zeynəb bint Cəhşin, yaxud Mariyeyi-Qibtiyyənin yanına getməyəcəyini) demişdi. 

(Həfsə) bu sözü (digər zövcələrdən biri olan Aişəyə) xəbər verdikdə və Allah bunu ona 

(Peyğəmbərə) əyan etdikdə (Peyğəmbər) bunun bir qismini (Həfsəyə) bildirmiş, 

(alicənablığı üzündən) bir qismini bildirməkdən isə vaz keçmişdi. (Peyğəmbər) əhvalatı 

(Həfsəyə) bildirdikdə o: "Bunu sənə kim xəbər verdi?" - deyə soruşmuş, o da: "Bunu 

mənə (hər şeyi) bilən, (hər şeydən) agah olan (Allah) xəbər verdi!" - deyə cavab 

vermişdi.  

4. (Ey Həfsə, ey Aişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox 

yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət 

etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. 

Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) 

onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh 

mö’minlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları 




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə