Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə174/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   170   171   172   173   174   175   176   177   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

557 



6. Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah 

onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!  

7. Onlar: "Allahın Peyğəmbəri yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!" - 

deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin 

münafiqlər (bunu) anlamazlar.  

8. Onlar: "Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən 

şərəflilər - münafiqlər) ən zəifləri (ən həqirləri - Peyğəmbəri və ona iman gətirənləri), 

əlbəttə, oradan çıxardacaqlar!" - deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) 

yalnız Allaha, Onun Peyğəmbərinə və mö’minlərə məxsusdur, lakin münafiqlər (bunu) 

bilməzlər!  

9. Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən 

yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana 

uğrayanlardır.  

10. Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib 

salehlərdən olardım! - deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) 

xərcləyin.  

11. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən 

xəbərdardır!  

 

 

 



 

 

 



 

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

558 



 

 

 



.

64

.  


ət-Təğabun

  

(Qarşılıqlı aldanma) surəsi  

(Mədinədə nazil olmuşdur, 18 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə tə’riflər deyər. Hökm 

Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!  

2. Sizin yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mö’min. Allah nə etdiklərinizi 

görəndir!  

3. O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi 

də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir). Axır dönüş də Onun 

hüzurunadır!  

4. O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi də bilir. 

Allah ürəklərdə olanları biləndir!  

5. (Ey Məkkə müşrikləri!) Məgər sizdən əvvəl kafir olanların (əzaba düçar edilməsi) 

xəbəri sizə gəlib çatmadımı? Onlar öz gördükləri işlərin cəzasını dünyada daddılar. 

Onları (axirətdə) şiddətli bir əzab gözləyir!  

6. Çünki peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələr gətirir, onlar isə: "Məgər bizi doğu 

yola (özümüz kimi adi) bir insanmı salacaqdır?!" - deyərək (o peyğəmbərləri) inkar edir 

və (haqdan) üz döndərirlər. Allahın (onların ibadətinə) ehtiyacı yoxdur. Allah heç bir 

şeyə möhtac deyildir. O, (hər cür) şükrə (tə’rifə) layiqdir!  

7. Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya 

Peyğəmbər!) De: "Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

559 



(dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox 

asandır!  

8. Elə isə Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura (Qur’ana) iman gətirin! 

Allah etdiyimiz əməllərdən agahdır!  

9. Allahın sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün - məhz o gün 

qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən 

verdiklərinə görə, bə’zi mö’minlərin də dünyada bacardıqlarından az yaxşı əməllər 

etdiklərinə görə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər 

etsə, (Allah) onun günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan 

cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük 

qurtuluşdur (uğurdur)!  

10. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar 

orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir!  

11. Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman 

gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin 

Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və 

gələcəyi) biləndir!  

12. Allaha itaət edin, Onun Peyğəmbərinə itaət edin; hər kəs (itaətdən) üz döndərsə, 

(bilsin ki) Peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir! (O heç kəsi 

zorla iman gətirməyə məcbur edən deyildir).  

13. Allahdan başqa heç bir tanrı (mə’bud) yoxdur. Buna görə də mö’minlər ancaq 

Allaha təvəkkül etsinlər!  

14. Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən 

olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, 

yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək 

istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). 

Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, 

(təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) 

bağışlayandır, rəhm edəndir!  

15. Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən 

böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə