Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
126
96. Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki,
onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət
qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab
etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.
97. Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin
idilərmi?
98. Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən
gəlməyəcəyinə arxayın idilərmi?
99. Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına
(naz-ne’mət içində yaşadıqları halda qəflətən onlara əzab gondərməyəcəyinə) əmin
idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər
eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!
100. Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə
gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə
müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyətindən
məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşıtməzdilər?
101. (Ya Rəsulum!) O məmləkətlərin bə’zi xəbərlərini (əhvalatlarını) sənə söylədik.
Peyğəmbərləri onlara açıq-aşkar dəlillər (mö’cüzələr) gətirmişdilər. (Həmin
məmləkətlərin əhalisi) əvvəlcə yalan hesab etdiklərinə (mö’cüzələrə, dəlillərə) yenə də
inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyər.
102. Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini (Allahın
itaətindən çıxmış, Onun əmrlərini pozmuş) günahkar kəslər gördük.
103. Onlardan sonra Musanı mö’cüzələrimizlə Fir’ona və onun ə’yanlarına (peyğəmbər)
göndərdik. Onlar (həmin mö’cüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə
oldu!
104. Musa dedi: "Ey Fir’on! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir
peyğəmbərəm!
105. Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-
aşkar bir dəlil (mö’cüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə
bərabər (babalarının vətəni olan Şama) göndər!"
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
127
106. (Fir’on Musaya) dedi: "Əgər mö’cüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir
göstər!"
107. (Fir’on bunu deyən kimi) Musa əsasını (yerə atdı) və o, dərhal (hamının gözünə)
aşkar görünən bir əjdaha oldu.
108. (Sonra) əlini (qoltuğunun altından və ya cibindən) çıxartdı və o, bir anda baxanlara
nur kəsildi.
109. Fir’on tayfasının ə’yanları dedilər: "Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır.
110. O sizi yurdunuzdan çıxartmaq istəyir!" (Fir’on da: ) "Elə isə tədbiriniz nədir?" -
(deyə soruşdu).
111. Onlar dedilər: "Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla və şəhərlərə
(sehrbazları) yığan adamlar göndər ki,
112. Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!"
113. Sehrbazlar Fir’onun yanına gəlib dedilər: "Əgər biz (Musaya) üstün gəlsək, yəqin
ki, bizə bir mükafat veriləcək!"
114. (Fir’on: )"Bəli şübhəsiz ki, siz (mənə) ən yaxın adamlardan olacaqsınız!" - deyə
cavab verdi.
115. Sehrbazlar dedilər: "Ya Musa! Ya sən (əvvəlcə əsanı yerə) at, ya da biz
(əlimizdəkiləri) ataq!"
116. (Musa: ) "Siz atın" - dedi. Onlar (əllərindəkiləri və əsaları yerə) atdıqda, adamların
gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər.
117. Biz də Musaya: "Əsanı tulla!" - deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa
onların uydurub düzəltdikləri bütün şeyləri udur.
118. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu.
119. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq dülər.
120. Onlar (hamı birlikdə) səcdəyə qapanıb
121. Dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə -
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
128
122. Musanın və Harunun Rəbbinə!"
123. Fir’on (onlara) dedi: "Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?" Bu
(sizin Musa ilə birlikdə gördüyünüz işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri
qovub Misiri ələ keçirmək) məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir.
(Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!
124. Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!"
125. (Sehrbazlar) belə cavab verdilər: "Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna
dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)
126. Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin mö’cüzələri gələn kimi bizim
onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi
müsəlman olaraq öldür!"
127. Fir’on tayfasının ə’yan-əşrafı dedi: "Musanı və tayfasını fitnə-fəsad törətmək, həm
səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?" (Fir’on onlara) belə
cavab verdi: "Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət
etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi
yenə əlimizin altında olacaqlar!)"
128. Musa öz tayfasına: "Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır.
Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək
məqamlar) müttəqilərindir!" - dedi.
129. (Musaya iman gətirənlər) dedilər: "Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də,
sonra da biz əziyyət çəkdik!" (Musa onlara belə) cavab verdi: "Bəlkə də, Rəbbiniz
düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə
(özünüzü necə apardığınıza) baxacaq!"
130. Biz Fir’on əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına mə’ruz qoyduq
ki, bəlkə, düşünüb ibrət alsınlar!
131. Onlara bolluq qismət olduğu zaman: "Bu bizim (haqqımızdır)!" - deyər, bir pislik
üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan
görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin
onların əksəriyyəti (bunu) bilməz!
132. (Fir’on adamları Musaya) dedilər: "Sən bizi ovsunlamaq üçün nə mö’cüzə gətirsən
də, yenə sənə iman gətirən deyilik!"