Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
132
Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan
Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!"
159. Musa ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və
haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər.
160. Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih
səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: "Əsanı daşa vur!" - deyə
vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər
qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara
qüdrət halvası və bildirçin endirdik. Onlara: "Sizə ruzi olaraq verdiyimiz pak
ne’mətlərdən yeyin!" dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə)
Bizə deyil, ancaq özlərinə zülm edirdilər!
161. (Ya Rəsulum!) Yadına sal ki, o zaman onlara (yəhudilərə) belə deyilmişdi: "Bu
şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin,
"hittə" ("bizi bağışla") deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək
daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını
artıracağıq!"
162. Lakin (İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm
edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz
də onlara göydən əzab göndərdik.
163. (Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə
haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub)
həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə
məşğul olmaq buyurulduğu üçün üçün) balıqlar (hər tərəfdən suyun üzərində
görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən
çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik.
164. Onlardan (dəniz kənarındakı qəsəbədə yaşayan İsrail oğullarından) bir dəstə:
"Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət
verirsiniz?" - dediyi zaman, (nəsihət verənlər) onlara cavab olaraq: "(İnsanları yaxşı
işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz
qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə çıxarıb)
pis əməllərdən çəkinsinlər!" - dedilər.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
133
165. Onlar (balıq ovlayanlar) özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları)
pislikdən çəkindirinlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah
içlədikləri üçün şiddətli bir əzabla məhv etdik.
166. Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt
onlara: "Həqir (zəlil) meymunlar olun!" - deyə əmr etdik.
167. (Ey Rəsulum!) O zaman Rəbbin onlara (yəhudilərə) qiyamət gününədək şiddətli
əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin (günahkarlara)
tezliklə əzab verəndir. Sözsüz ki, O, həm də (tövbəkarları) bağışlayandır, rəhm edəndir!
168. (Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh
olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq
yola) dönsünlər.
169. Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani
dünya malını alıb deyirdilər: "Biz (Allah tərəfindən) bağışlanacağıq!" Onlara bunun
misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız
haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada
(kitabda) olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha
xeyirlidir. Məgər dərk etmirsiniz?
170. Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar
(bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!
171. Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların (İsrail oğullarının) başı
üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ
üstlərinə düşəcək. Onlara: "Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, orada
olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!" - demişdik.
172. (Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən
(gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin
Rəbbiniz deyiləmmi?" - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!" - deyə cavab
vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: "Biz bundan qafil idik";
173. Və ya: "Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bis də onlardan sonra
gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər biz batilə uyanların (haqq yoldan
sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?" - deməməniz üçündür.
174. Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən
imana) dönələr!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
134
175. (Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də
söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və
o, (haqq yoldan) azanlardan oldu
176. Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl
edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini
çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan
hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları
(yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!
177. Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə
də pisdir!
178. Allahın doğru yola yönəltdiyi kimsə kimsə doğru yoldadır. Onun (haqq yolundan)
sapdırdığı kimsələr isə ziyana uğrayanlardır.
179. Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri
vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və
vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö’cüzələrini)
görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar
heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz
onlardır!
180. Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun
adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan
sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri
əməllərin cəzasını alacaqlar!
181. Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır,
(haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər.
182. Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə
məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!
183. Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da (naz-ne’mət
içində yaşadıqları halda gözlənilmədən onları əzabla yaxalamağım da), sözsüz ki, çox
ağırdır!
184. Məgər (islamı qəbul etməli olan kəslər) düşünmürlərmi ki, onların yoldaşında
(Peyğəmbərdə) hər bir cünunluq (dəlilik) əsər-əlaməti yoxdur? O ancaq (kafirlərə
Allahın əzabı gələcəyini) açıq-aydın xəbər verib qorxudandır!
Dostları ilə paylaş: |