Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə40/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   36   37   38   39   40   41   42   43   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

117 



8. O gün (qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır 

gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!  

9. Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə 

ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir.  

10. Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz 

isə olduqca az şükür edənlərsiniz!  

11. Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə 

edin!" - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.  

12. (Allah iblisə): "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə 

buyurdu. (İblis: ) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu 

isə palçıqdan yaratdın!" - dedi.  

13. (Allah) buyurdu: "Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) 

təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!"  

14. (İblis) dedi: "Mənə qiyamətə qədər möhlət ver!"  

15. (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən!"  

16. (İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın 

üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) 

mane olacam!  

17. Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından 

gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!"  

18. (Allah) buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar 

edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını 

alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!  

19. Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən 

(cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) 

yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!"  

20. Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək 

məqsədilə onlara vəsvəsə verib dedi: "Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız 

və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!"  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

118 



21. Həm də onlara: "Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm",- deyə and 

içdi.  


22. Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, 

yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda 

ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) 

ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: "Məgər 

sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar 

düşməninizdir, deməmişdimmi?"  

23. (Adəm və Həvva) "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, 

rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" - dedilər.  

24. (Allah) buyurdu: "Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə 

sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) 

vardır".  

25. (Allah) buyurdu: "Orada yaşayacaq, orada öləcək və oradan (dirilib) 

çıxarılacaqsınız!"  

26. Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və 

ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın 

ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız.  

27. Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub 

valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb 

yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə 

bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin (kafirlərin) 

dostları etdik.  

28. (Şeytanla dost olanlar) ədəbsizlik (bütpərəstlik adəti üzrə Kə’bəni çılpaq təvaf) 

etdikləri zaman: "Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir",- deyirlər. (Ya 

Peyğəmbərim!) De: "Allah ədəbsizlik (yaramaz işlər) əmr etməz. Allaha qarşı 

bilmədiyiniz şeyimi deyirsiniz?"  

29. De: "Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (bütlərə deyil, 

Ona tərəf və ya qibləyə) tutun. (Allah) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi 

(yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

119 



30. (Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq 

yoldan) azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar 

tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər.  

31. Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya 

təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) 

israf edənləri sevməz!  

32. (Ya Peyğəmbərim!) De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) 

ruziləri kim haram buyurmuşdur?" De: "Bunlar dünyaya iman gətirənlər üçündür 

(lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız 

mö’minlərə məxsusdur". Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah 

edirik.  

33. De: "Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zana etmək, lüt gəzmək və s.), hər cür 

günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi 

Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram 

buyurmuşdur.  

34. Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya əzaba 

düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri 

qalar, nə də irəli keçə bilərlər!"  

35. Ey Adəm oğulları! Sizə içərinizdən peyğəmbərlər gəlib ayələrimi söyləyən zaman 

Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu 

yoxdur və onlar qəm-qüssə görməzlər!  

36. Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və 

onlar orada əbədi qalacaqlar!  

37. Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola 

bilər? Kitabda (lövhi-məhfuzda) yazılmış qismətləri onlara çatacaqdır. Nəhayət, 

elçilərimiz (göndərdiyimiz mələklər) canlarını almaq üçün yanlarına gəldikdə: 

"Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır?" - deyincə: "Onlar bizi qoyub 

qaçdılar!" - deyə cavab verəcək və öz əleyhlərinə, kafir olduqlarına şahidlik edəcəklər.  

38. (Allah qiyamət günü onlara) buyuracaq: "Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və 

insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!" Hər tayfa girdikcə (özündən əvvəlki) 

dindaşına və tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lə’nət oxuyacaq. Nəhayət, 

hamısı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman sonra gələnlər (tabe olanlar) 

əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: "Ey Rəbbimiz! Bizi azdıran 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə