Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə37/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   33   34   35   36   37   38   39   40   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

108 



aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz (bütlər) də sizdən 

(uzaqlaşıb) qeyb olmuşdur.  

95. Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü 

çıxardan (ölü yumurtadan diri toyuq, diri toyuqdan ölü yumurta yaradan) Allahdır. 

Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz?  

96. (Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı 

(vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər 

şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).  

97. Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün 

yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.  

98. Sizi tək bir nəfərdən (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana 

bətni, ata beli və ya yer üzü), bir də bir əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi 

anlayan bir camaat üçün belə müfəssəl bəyan etdik.  

99. Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar 

göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma 

ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, 

həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. 

(Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz 

ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün 

(Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.  

100. Cinləri (Allah) yaratdığı halda, (kafirlər və cahillər) onları Allaha şərik qoşdular, 

(nəyə inandıqlarını, nə danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğullar və 

qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır 

(pakdır) və yüksəksə durur.  

101. O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç 

bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!  

102. O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna 

görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!  

103. Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən 

uzaqdır), (hər şeydən) xəbərdardır!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

109 



104. Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim 

görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçı deyiləm. (Mənim vəzifəm ancaq dini təbliğ 

etməkdir)  

105. Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin peyğəmbərliyini inkar edənlər): "Sən 

dərs almısan (bunları başqalarından öyrənmisən)", - desinlər və Biz də onu (Qur’anı) 

bilən (elm və bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini, qüdrət 

və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, mö’minlər isə onları 

təsdiq etdikləri üçün daha çox savab qazansınlar).  

106. (Ya Rəsulum!) Rəbbindən sənə vəhy edilənə (Qur’ana) tabe ol. (Sən yəqin bilirsən 

ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!  

107. Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi 

qoymamışıq və sən onların vəkili də deyilsən!  

108. Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və 

ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə 

öz əməllərini gözəl göstərdik. (Mö’minlərə Allah rizasına gördükləri işləri gözəl 

göstərdiyimiz kimi, kafirlərə də çirkin əməllərini yaxşı göstərdik). Sonra onlar Rəbbinin 

hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!  

109. (Məkkə müşrikləri) Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona 

mütləq inanacaqlar. (Onlara) de: "Ayələr ancaq Allahın yanındadır. (Ey müşriklərin 

imana gəlməsini istəyən müsəlmanlar!) Siz nədən bilirsiniz ki, onlara (istədikləri) ayə 

(mö’cüzə) gəldikdə yenə də iman gətirməyəcəklər!"  

110. Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qur’ana və ya göndərdiyimiz hər 

hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində 

şaşqın bir vəziyyətdə qoyarıq.  

111. Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı 

və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, 

onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz.  

112. Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. 

Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən 

çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları 

uydurduqları yalanlarla birlikdə boşla getsinlər!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

110 



113. (İnsanlardan və cinlərdən olan şeytanlar bu təmtəraqlı sözləri) axirətə 

inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan (həmin sözlərdən) xoşlansınlar 

və gördükləri çirkin işləri bir daha görsünlər (deyə, təlqin edərlər).  

114. Allah sizə Kitabı (Qur’anı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili 

ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş 

şəxslər Qur’anın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə 

düşənlərdən olma!  

115. (Ya Rəsulum!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun 

sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir!  

116. Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan 

azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!  

117. Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri 

də ən yaxşı bilən Odur!  

118. Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun adı çəkilmiş 

(bismillah deyilərək kəsilmiş) heyvanları yeyin!  

119. Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? 

Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə 

haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, 

çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan 

azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!  

120. Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri 

əməllərə görə cəzalandırılacaqlar!  

121. Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, 

günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin 

fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də 

müşrik olarsınız.  

122. Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir 

nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola 

bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi.  

123. Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları tə’yin etdik ki, onlar 

(günahlarını, bunun nəticəsində də axirətdə əzablarını daha da artırmaq üçün) orada 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə