Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
99
7. (Ya Rəsulum!) Əgər sənə kağız üzərində (yazılı) bir kitab nazil etsəydik və onlar əlləri
ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: "Bu, açıq-aydın bir sehrdir", -
deyərdilər.
8. Onlar dedilər: "Məgər ona (Həzrəti-Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını
təsdiq edən) bir mələk endirilməli deyildimi?" Əgər Biz bir mələk göndərsəydik, iş
bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün)
onlara bir an belə möhlət verilməzdi.
9. Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir
peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları
(göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində) bir daha düşdükləri
şübhəyə salardıq.
10. Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin
məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi.
11. (Ya Rəsulum!) De: "Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı
deyənlərin aqibəti necə oldu?"
12. De: "Göylərdə və yerlərdə olanlar kimindir?" De: "Allahındır!" O Öz- Özünə rəhmli
olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O Müəyyən
etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır.
Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!
13. Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir,
biləndir.
14. (Ya Rəsulum!) De: "Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü
bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə
Rəbbmi edərəm?!" De: "Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!"
(deyə buyuruldu).
15. De: "Əgər mən Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından
qorxaram".
16. O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə
açıq-aydın qurtuluşdur (uğurdur).
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
100
17. Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara
bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər
şeyə qadirdir!
18. O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən)
xəbərdardır!
19. De: "Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah
şahiddir. Bu Qur’an mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər)
xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa
tanrılar olduğuna şahidlik edirsiniz?" De "O, tək bir Tanrıdır. Mən sizin Ona şərik
qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!"
20. Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi
tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!
21. Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola
bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!
22. O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik
qoşanlara deyəcəyik: "(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz)
haradadır?!
23. Onların: "Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!" deməkdən başqa heç
bir çarələri qalmayacaq.
24. Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri
bütlər də onlardan qeyb olacaq!
25. (Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara qarşı
düşmən hərəkətlərinə görə) onu (Qur’anı) başa düşməsinlər deyə, onların ürəklərinə
pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir mö’cüzə
görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir
olanlar isə: "Bu, qədimlərin əfsanələrindən (nağıllardan) başqa bir şey deyildir!, -
deyərlər.
26. (Müşriklər özlərinə uyanları Qur’anı) dinləməyi qadağan edər, özləri də onlardan
uzaq durarlar. Onlar (başqalarını deyil), yalnız özlərini həlak edər, lakin (bunun)
fərqinə varmazlar.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
101
27. (Ya Rəsulum!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: "Kaş ki, biz
dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və mö’minlərdən
olaydıq!" - demələrini görəydin!
28. Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların
qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə
(küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!
29. (Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: "Həyat yalnız bu dünyadakı
həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!" - deyərdilər.
30. Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin!
Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: "Bu, (öləndən sonra dirilmək, sorğu-
sual) haqq deyilmi? Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)" - deyə cavab
verəcəklər. (Allah) buyuracaq: "Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!".
31. Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar.
Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını
dallarında daşıyaraq deyəcəklər: "Dünyadakı təqsirlərimizə görə vay halımıza!" Bir
baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!
32. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər
üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
33. Bilirik ki, onların (Qur’an barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə
isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu
yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.
34. Səndən əvvəl də peyğəmbərlər təkzibə mə’ruz qalmışdılar. Lakin onlar təkzib
olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara
yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi və’dləri) dəyişə biləcək heç bir kimsə
yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bə’zisi sənə gəlib çatdı.
35. Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən)
bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə verdiyimizdən daha
yaxşı) bir mö’cüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir,
hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru
yola salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmək
istədiyini) bilməyənlərdən olma!
Dostları ilə paylaş: |