Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə31/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   27   28   29   30   31   32   33   34   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

90 



(mö’minlərə) bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) 

ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar.  

53. İman gətirənlər isə deyəcəklər: "Sizinlə birlikdə olacaqları barədə Allaha (yalandan) 

möhkəm andlar içən kəslər bunlarmıdır?" Onların (bütün) əməlləri puça çıxdı və 

(axirətdə) zərərçəkənlərdən oldular.  

54. Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) 

elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar mö’minlərə qarşı 

mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən 

qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, 

hər şeyi) biləndir!  

55. Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, 

(Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.  

56. Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər 

iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir 

(Allahı özünə hami və dost seçən şəxslərdir).  

57. Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq 

hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər mö’minsinizsə Allahdan 

qorxun!  

58. Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, 

onların anlamaz bir tayfa olmalarındandır.  

59. (Ya Rəsulum!) De: "Ey kitab əhli! Bizdən xoşunuz gəlməməyiniz yalnız bizim 

Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin 

əksəriyyətinizin fasiq olmasınamı görədir?!  

60. De: "Allah yanında cəza e’tibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər 

verimmi? Allahın lə’nətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və 

şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru 

yoldan daha çox azanlardır!  

61. (Münafiqlər) sizin yanınıza gəldikləri zaman: "Biz iman gətirdik!" - deyirlər. Halbuki 

onlar (sizin hüzurunuza ürəklərində gizlətdikləri) küfrlə daxil olmuş, küfrlə də çıxıb 

getmişlər. Allah onların gizlətdiklərini (özlərindən) daha yaxşı bilir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

91 



62. Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən 

görərsən. Onların gördüyü işlər necə də pisdir!  

63. Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram 

yeməyi qadağan edəydilər! Onların törətdiyi əməllər necə də pisdir!  

64. Yəhudilər dedilər: "Allahın əli bağlıdır!" Bu dedikləri sözə görə onların öz əlləri 

bağlandı və lə’nətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və 

lə’nətə gəlsinlər!) Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi 

lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən (Qur’an) onlardan bir çoxunun yalnız 

küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam 

edəcək düşmənçılik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu 

söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad 

törədənləri sevməz!  

65. Əgər kitab əhli (Muhəmməd peyğəmbərə və Qur’ana) iman gətirsə və Allahdan 

qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və 

özlərini də (ne’məti bol olan) Nəim cənnətlərinə daxil edərik.  

66. Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (ilahi kitabların 

sonuncusu olan Qur’ana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də 

ayaqları altında olanlardan (göylərin və yerin ne’mətlərindən) yeyərdilər. Onlar 

arasında mö’tədil (islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini 

e’tiraf edən) bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!  

67. Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Qur’anı) təbliğ et. Əgər (bunu) 

etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə 

yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı 

düz yola yönəltməz!  

68. De: "Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana 

(Qur’ana) düzgün əməl etmədikcə, siz (Allah yanında məqbul, dini baxımdan doğru 

olan) heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən (Qur’an) 

onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın 

halına acıma!  

69. Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən 

Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar 

qəm-qüssə də görməzlər!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

92 



70. Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir 

peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə (həmin peyğəmbərlərin) 

bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.  

71. Və elə hesab edərdilər ki, (bunun müqabilində özlərinə) heç bir bəla üz 

verməyəcəkdir. Onlar kor və kar oldular. (Haqqı görməkdən və eşitməkdən aciz 

qaldılar). Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu 

yenə (haqqı) görməz və eşitməz oldu. Allah onların nə etdiklərini görəndir!  

72. Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih 

(İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət 

edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer 

Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!"  

73. "Allah üçün (üç ilahinin) üçüncüsüdür!" - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki 

bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, 

onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır).  

74. Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah 

bağışlayandır, rəhm edəndir!  

75. Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib 

getmişdir. Onun anası isə çox pak (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir 

qadın idi. Onlardan hər ikisi (adi insanlar kimi) yemək yeyirdi. Gör Biz ayələri onlara 

necə başa salırıq, onlar (bu ayələrdən) gör necə üz çevirirlər.  

76. De: "Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz? 

Halbuki Allah (hər şeyi) eşidəndir, biləndir!"  

77. De: "Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir 

çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə 

uymayın!"  

78. İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə 

lə’nət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.  

79. Onlar etdikləri pis əməldən əl çəkmirdilər (və ya onlar bir-birini etdikləri pis 

əməldən çəkindirmirdilər). Onların gördükləri iş necə də pis idi!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə