Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
154
zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman
gətirib hələ kamil mö’min olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə
düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah
yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə
qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
61. (Münafiqlər içində) Peyğəmbəri incidib: "O (hamını dinləyən, hər sözü eşidib
inanan) bir qulaqdır",- deyənlər də var. De: "O qulaq sizin üçün bir ne’mətdir. Allaha da
inanır, mö’minlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab
verənləri isə şiddətli bir əzab gözləyir!"
62. (Ey mö’minlər!) Onlar sizin razılığınızı qazanmaq üçün (münafiq olmadıqları
barədə) Allaha and içirlər. Əgər onlar mö’mindirlərsə, (bilsinlər ki) Allahın və Onun
Peyğəmbərinin razılığını qazanmaq daha vacibdir!
63. Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi
qalacağı cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır.
64. Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən
çəkinirlər. De: "Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə
çıxaracaqdır!"
65. (Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən
nə üçün belə etdiklərini) soruşsan: "Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)",-
deyə cavab verərlər. De: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!
66. (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü
biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir
qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün
əzaba düçar edəcəyik!
67. Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar
(insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də
bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən,
münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!
68. Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları
cəhənnəm odu və’d etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lə’nət elədi
(mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
155
69. (Ey münafiqlər!) Siz özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha
qüvvətli (möhkəm), mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar (dünyadakı)
qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı)
qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına)
yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə
zərər eləyənlərdir!
70. Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün,
Mədyən əhalisinin və Mö’təfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib
çatmadımı? Peyğəmbərləri onlara aşkar mö’cüzələrlə gəlmişdilər. Allah onlara zülm
edən deyildi, lakin onlar özlərinə zülm etdilər.
71. Mö’min kişilərlə mö’min qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar
(insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər,
Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah,
həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
72. Allah mö’min kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn
cənnətlərində gözəl məskənlər və’d buyurmuşdur. Onlar orada əbədi qalacaqlar.
Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük
qurtuluşdur (uğurdur)!
73. Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri
isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir.
Ora nə pis yerdir!
74. (Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər.
(And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir
olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə
qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və mö’minlərə
qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz
ne’mətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər
yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz
döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer
üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!
75. (Münafiqlərin) bə’zisi də Allahla belə əhd etmişdir: "Əgər Allah bizə Öz
ne’mətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək
və sözsüz ki, əməlisalehlərdən olacağıq".
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
156
76. (Allah) Öz ne’mətindən onlara (istədiklərini) ehsan buyurduqda xəsislik etdilər və
(əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər!
77. (Allaha) verdikləri və’də xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da
onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq
saldı.
78. Məgər (o münafiqlər) bilmirdilər ki, Allah onların (ürəklərindəki) sirlərini də bilir,
gizli danışıqlarını da. Və Allah qeybləri (gizli şeyləri) çox gözəl biləndir?!
79. Könüllü surətdə (bollu) sədəqə verən mö’minlərə tə’nə edənləri və güc-bəla ilə
əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə
qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!
80. (Ya Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə;
onlar üçün yetmiş dəfə bağışlanma diləsəndə, yenə Allah onları bağışlamayacaq. Bu
onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı
doğru yola yönəltməz!
81. (Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna
qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə
cihad etmək istəmədilər və (mö’minlərə): "Bu istidə döyüşə çıxmayın!" - dedilər. (Ya
Peyğəmbərim!) De: "Cəhənnəm odu daha istidir!" Kaş biləydilər!
82. Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox
ağlasınlar!
83. Əgər (Təbuk döyüşündən sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan
münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün)
izin istəsələr, de: "Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir
düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi
də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!"
84. Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında
durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər.
85. Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla
onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının
(çətinliklə) çıxmasını istər.
Dostları ilə paylaş: |