Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
160
113. Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla
qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək
yaraşmaz!
114. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir və’də görə
idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı
(onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-
yaxaran və həlim xasiyyətli bir zat idi.
115. Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri
özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! Həqiqətən, Allah hər şeyi
(olduğu kimi, layiqincə) biləndir!
116. Həqiqətən, göylərin və yerin hökmü (mülkü) Allaha məxsusdur. Dirildən də,
öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!
117. Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və
cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən
mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu
(onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.
118. Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi).
Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar
Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa
düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!
119. Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru
olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!)
120. Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın
Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara
çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini
Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq,
yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq
basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara
yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay
etməz!
121. Onların sərf etdikləri elə bir az-çox xərc, (cihad zamanı Peyğəmbərlə) keçdikləri elə
bir vadi olmaz ki, Allah (qiyamət günü) əməllərinin qarşılığını daha gözəl versin deyə,
əvəzində onlara (savab) yazılmamış olsun!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
161
122. (Ehtiyac olmadıqda) mö’minlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır.
Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onuu dindaşlarına öyrətmək üçün)
qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun.
Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən)
çəkinsinlər!
123. Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdən
(özlərinə qarşı) sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir!
124. Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən): "Bu sizin hansınızın
imanını artırdı?" - deyənlər də var. Mö’minlərə gəlincə, (hər bir surə) onların imanını
artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər.
125. Qəlblərində mərəz (şəkk-şübhə, nifaq) olanlara gəldikdə isə, (hər bir surə) onların
murdarlığı (küfrə, nifaqı) üstünə bir murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!
126. Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə,
yenə tövbə edib ibrət almırlar!
127. (Münafiqlərin yaramaz işlərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil
edildiyi zaman bir-birinə baxıb: "(Müsəlmanlardan) sizi görən varmı?" - deyə soruşur,
(görən yoxdursa) dönüb aradan çıxırlar. Onlar (haqqı) anlamaz bir tayfa olduqları üçün
Allah da ürəklərini (imandan, xeyirdən) döndərmişdir!
128. (Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə)
düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir,
mö’minlərlə şəfqətli, mərhəmətlidir!
129. (Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən)
üz döndərsələr, de: "Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona
təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar
sahibidir!)
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
162
.
10
.
Yunus
(Yunus əleyhissəlam) surəsi (Məkkədə nazil olmuşdur, 109 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın (Qur’anın) ayələridir!
2. İçərilərindən bir adama: "İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı
əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" - deyə vəhy
etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, açıq-aşkar bir
sehrbazdır!" dedilər.
3. Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan
(ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç
bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-
nəsihət qəbul etməyəcəksiniz?
4. Hamınızın (axır) dönüşü Onadır. Bu, Allahın haqq olan və’didir. (Hamınız Onun
hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu) yoxdan yaradır, sonra iman gətirib
yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün (qiyamət günü) yenidən dirildir.
Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli bir əzab
gözləyir!
5. Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün
mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O,
ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!