“Bibiheybət” Gəmi Təmiri
Zavodunda tərsanəyə qaldırılan
emalatxananın sualtı və suüstü
hissələri, üst tikililəri təmizlənərək
rənglənib, dam örtüyü, gövdədə
olan qoruyucu tirlər yenilənib,
istehsalat sahələrindəki bütün
dəzgahlar təmir olunub, istilik
və şirin su sistemləri dəyişdirilib.
Bundan başqa, üzən emalatxa-
nada hər biri 17 kubmetr həcmə
malik su və fekal çənlər, 20 yerlik
telefon stansiyası quraşdırılır,
sanitariya sistemi yenisi ilə əvəz
edilir.Heyət və komanda işçiləri-
nin yüksək keyfiyyətlə təmir edilən
otaqlarında yeni mebellər quraş-
dırılır. Bütün sahələrdə təmizləmə
və rəngləmə işləri görülür.
Təmir başa çatdıqdan sonra
üzən emalatxana yedək gəmisi ilə
Ələtə - yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanına aparılacaq. Müa-
sir standartlara cavab verəcək üzən
emalatxanada gəmilərin təmiri ilə
bağlı bütün xidmətlər göstəriləcək.
Xatırladaq ki, bu qurğu Xəzərin
ən böyük yükaşırma müəssisəsinə
yan alacaq gəmilərə operativ xidmət
göstərməyə imkan verəcək. Bununla
da gəmilərin səfərlərarası cari təmi-
rində vaxt itkisi aradan qaldırılacaq.
Əvvəllər gəmilərin “Bibiheybət”
və “Zığ” gəmi təmiri zavodların-
da həyata keçirilən cari təmir işləri
bundan sonra yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanında gerçəkləş-
diriləcək.
“tRAnZit DAşIMALARDAn ƏLDƏ oLUnAn
gƏLiRLƏR 5,5 DƏfƏ ARtIRILMALIDIR”
Transxəzər dəhlizi ilə
daşımaların həcminin ar-
tırılması ilə əlaqədar Ku-
rık limanının tikintisinin
ikinci fazasının icrasına
başlanmalıdır.
Qazaxıstan Respub-
likası Prezidentinin rəsmi
saytı xəbər verir ki, Prezi-
dent Nursultan Nazarba-
yevin Qazaxıstan xalqına
“Qazaxıstanın üçüncü dəfə modernləşdirilməsi: qlobal rəqabətəda-
vamlılıq” adlı müraciətində belə deyilir.
Müraciətə görə, yeni Avrasiya logistika infrastrukturunun inkişaf
etdirilməsi əsas prioritetlərdən biridir. Sənəddə deyilir: “Hökumətə
tranzit daşımaların illik həcmini 2020-ci ilə qədər yüklər üçün 7 dəfə,
daşınan konteynerlər üçün təqribən 2 milyon konteyner, hava nəqliy-
yatı ilə sərnişindaşımaları üçün 4 dəfə - təqribən 1,6 milyon tranzit
sərnişin artırmağı təmin etməyi tapşırıram. Tranzit daşımalardan əldə
olunan gəlirlər 5,5 dəfə - ildə təqribən 4 milyard dollar artırılmalıdır”.
Daha sonra müraciətdə deyilir ki, ölkənin nəqliyyat və tranzit
potensialını tam üzə çıxarmaq üçün qonşu ölkələrlə əlaqələndirmə
olmalıdır. Yüklərin tranzitinin sərbəstliyi, nəqliyyat dəhlizlərinin ya-
radılması və modernləşdirilməsi təmin edilməlidir. Nəqliyyat infrast-
rukturunun idarə olunmasına, xidmət səviyyəsinin artırılmasına və
inzibati maneələrin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir.
Transxəzər dəhlizi ilə daşımaların həcmini artırmaq üçün Kurık lima-
nının tikintisinin ikinci fazasının – avtomobil keçidinin reallaşdırıl-
masına başlamaq lazımdır.
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
10 fevral 2017-ci il № 9-12 (9103)
5
Dövlət Dəniz Administrasiyasında
Avropa İttifaqı tərəfindən maliyyələş-
dirilən “Azərbaycan Respublikasında
dəniz nəqliyyatı sahəsində məsuliyyətin
artırılmasında Dövlət Dəniz Administ-
rasiyasına dəstək” adlı Tvinninq layihə-
si çərçivəsində, “Neftlə çirklənmədən
vurulan zərərə görə mülki məsuliyyət
haqqında” 1992-ci il tarixli Beynəlxalq
Konvensiya və “Neftlə çirklənmə
zamanı dəyən ziyanın kompensasiyası
üzrə Beynəlxalq Fondun yaradılması
haqqında” Beynəlxalq Konvensiyaya
dair seminar keçirilib.
Azərbaycan Respublikası Dövlət Də-
niz Administrasiyasının mətbuat xidmə-
tindən bildirilib ki, 2015-ci il noyabrın
16-dan həyata keçirilən Tvinninq layihəsi,
Azərbaycanda dəniz üzgüçülüyünün təh-
lükəsizliyi və dənizin gəmilərdən çirklən-
dirilməsinin qarşısının alınması ilə əlaqə-
dar beynəlxalq konvensiyalarda nəzərdə
tutulan məsuliyyət prosedurlarının Avropa
İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə
həyata keçirilməsində və tətbiqi məsələlə-
rində Dövlət Dəniz Administrasiyasının
potensialını gücləndirmək məqsədi daşıyır.
“Azərbaycan Respublikasında dəniz
nəqliyyatı sahəsində məsuliyyətin artırıl-
masında Dövlət Dəniz Administrasiyasına
dəstək” adlı Tvinninq layihəsi çərçivəsində
keçirilən seminarda Dövlət Dəniz Admi-
nistrasiyasının əməkdaşları ilə yanaşı, də-
nizçilər, vətəndaş cəmiyyətlərinin, eləcə də,
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar As-
sosiasiyasının nümayəndələri iştirak ediblər.
Tvinninq layihəsi çərçivəsində ölkə-
mizə dəvət olunan İspaniyalı mütəxəssis-
lər — professor J.L.Gabaldon, kapitan L.
Fernandez və R.Pastor tərəfindən “Neftlə
çirkləndirmədən vurulan zərərə görə mül-
ki məsuliyyət haqqında” 1992-ci il tarixli
Beynəlxalq Konvensiya və “Neftlə çirk-
lənmə zamanı dəyən ziyanın kompensasi-
yası üzrə Beynəlxalq Fondun yaradılması
haqqında” Beynəlxalq Konvensiyaya dair
məlumat verilməklə, onların tətbiqi dairə-
si, konvensiyalarda nəzərdə tutulmuş əsas
anlayışlar, gəmi sahibinin məsuliyyəti,
məcburi sığorta halları, neftlə çirklənmə
zamanı dəyən ziyanın kompensasiyası üzrə
Beynəlxalq Fondun yurisdiksiyası və kom-
pensasiyaların verilməsi qaydaları, icraatın
başlanması üzrə tətbiq olunan vaxt məhdu-
diyyəti və konvensiyalarda əksini tapmış
digər məsələlər ətraflı izah edilib, eləcə də
“Prestige” neft tankerində baş vermiş qəza-
ya dair bir sıra praktiki məşğələlər aparılıb.
Seminarın sonunda iştirakçılara sertifi-
katlar təqdim edilib.
Ekologiya və Təbii Sərvətlər Nazir-
liyinin Ətraf Mühit üzrə Milli Monito-
rinq Departamenti 2016-cı il ərzində 58
müşahidə məntəqəsində 42 su obyektinin
(27 çay, 4 su anbarı, 10 göl və 1 liman)
monitorinqini həyata keçirib.
Departamentdən verilən məlumata
görə, detergentlər, neft məhsulları, fenol-
lar, üzvi oksidləşdiricilər, xlorüzvi pesti-
sidlər, ağır metallar, suyun mineral tərkibi
üzrə ötən il ərzində götürülmüş 427 su nü-
munəsi üzərində 8466 analiz aparılıb. Su
nümunələri üzərində aparılmış analizlərin
nəticələrinə əsasən məlum olub ki, ək-
sər su obyektlərində bəzi göstəricilər üzrə
konsentrasiyalar yol verilən qatılıq həddini
(YVQH) keçib.
Kür-Araz ovalığı: Kür çayı suyunun
keyfiyyəti əsasən yuxarı və aşağı axınla-
rında pisləşir. Bunun səbəbi yuxarı axında
Gürcüstan ərazisindən axıdılan transsərhəd
çirkləndiriciləri, aşağı axında isə Araz ça-
yının tökülməsi və çay boyunca yerləşən
yaşayış məntəqələrindən, xüsusən də Şir-
van və Salyan şəhərlərindən axıdılan sə-
naye və məişət çirkab sularıdır. Bu ərazidə
suyun keyfiyyəti mülayim çirklənmiş su
sinfinə aiddir. Aşağı axında Zərdab və Sur-
ra məntəqələrində nisbətən zəif çirklənmə
səviyyəsi müşahidə olunur. Bu da həmin
məntəqələr boyunca qeyd edilən ərazidə
çaya axıdılan çirkləndiricilərin miqdarının
azalması ilə bağlı olub.
Böyük Qafqazın cənub yamaclarından
axan çaylar: Bu bölgənin çayları əsasən
kənd təsərrüfatı çirkab suları ilə çirklən-
məyə məruz qalsa da, il ərzində Qanıx ça-
yında Əyriçayın mənbəyindən 1,7 kilometr
aşağıda, Balakənçay, Talaçay, Əyriçay,
Katexçay, Dəmiraparançay, Kürmükçay,
Göyçay, Türyançay və Qarasu çaylarında
özünütəmizləmə aktiv olduğundan çox zəif
çirklənmə səviyyəsi müşahidə edilib. Bu
çayların suyu təmiz su sinfinə aid olub.
Böyük Qafqazın şimal-şərq yamacla-
rından axan çaylar: Qusarçay (Quzun kəndi
ərazisində), Qudyalçay, Qaraçay, Vəlvələ-
çay (Təngəaltı kəndi ərazisində) çaylarının
çirklənmə səviyyəsi çox zəif olub. Bu çay-
lar təmiz su sinfinə aid edilib.
Kiçik Qafqaz regionunun çayları: Bu
regionun çayları Ağstafaçay, Qabırrı çayı,
Tovuzçay, Şəmkirçay, Kürəkçay çayları
(Qoşqarçay istisna olmaqla) mülayim çirk-
lənməyə məruz qalıb. Qoşqarçayın çirklən-
məsində isə Daşkəsən şəhərinin kommu-
nal-təsərrüfat, məişət çirkab suları və zəylik
alunit–filiz kombinatının, Daşkəsən filiz
zənginləşdirmə kombinatının tullantı suları
böyük rol oynadığından bu çay çirklənmiş
su sinfinə aid edilib. Ağstafaçayda aparılan
müşahidələr göstərib ki, Qazax şəhəri əra-
zisində çayın çirklənmə səviyyəsi mülayim
çirklənmiş su sinfinə aiddir.
Lənkəran - Astara zonasının çayları-
İstisu çayı və Viləşçay mülayim çirklənmiş,
Təngərud və Lənkərançay isə təmiz su sin-
finə aid edilib.
gƏMiçiLƏRƏ neftLƏ çiRkLƏnMƏDƏn vURULAn ZƏRƏRƏ
göRƏ MüLki MƏSULiYYƏt BARƏDƏ MƏLUMAt veRiLiB
BƏZi çAYLAR tƏMiZ SU SinfinƏ AiD eDiLiB
Azərbaycanla Türkiyə arasında
əlaqələrin, dostluq münasibətlərinin tarixi
köklərə dayandığını deyən Dövlət Dəniz
Administrasiyasının rəisi Qüdrət Qurbanov,
iki ölkə arasında dəniz nəqliyyatı sahəsində
əməkdaşlığın yüksək səviyyədə olduğunu
vurğuladı. Prezident İlham Əliyevin qayğısı
nəticəsində dəniz nəqliyyatı sahəsində
görülən işlər, donanmanın yenilənməsi
istiqamətində əldə olunan nailiyyətlər,
respublikamızın nəqliyyat dəhlizlərinin
inkişafına verdiyi töhfə barədə ətraflı mə-
lumat verildi. Görüşdə, ölkəmizin Birləşmiş
Millətlər Təşkilatının nüfuzlu təşkilatı olan
Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə
orqanı olan Assambleyasında və adıçəkilən
Təşkilatın Alt Komitələrinin sessiyalarında,
Şurasına keçirilən seçkilərdə Türkiyə Res-
publikasına daima yaxından dəstək olduğu
qeyd edildi.
Eyni zamanda “Türk Loydu” təsnifat
cəmiyyətinin ölkəmizdə fəaliyyətinin ge-
nişləndirməsi üçün münbit şəraitin olduğu,
respublikamızda ticarət gəmiçiliyi sahə-
sinin getdikcə inkişaf etdiyi, bu şəraitdən
istifadə edərək gəmilərə texniki nəzarət
sahəsində məqsədyönlü tədbirlərin həyata
keçirilməsinin zəruriliyi qeyd edildi. Azər-
baycan dənizçilərinin təcrübəsi və fəliyyə-
tindən söz açıldı, istər Azərbaycan, istərsə
də xarici bayraq altında üzən gəmilərdə
təcrübəli azərbaycanlı dənizçilərin olduğu
diqqətə çatdırıldı.
Vaxtilə Azərbaycanda çalışdığını qeyd
edən Türkiyə Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Erkan Özo-
ral, bu dəfəki dönüşündə ölkədə qısa müd-
dətdə inanılmaz inkişafla rastlaşdığını dedi.
Uzaq Məsafədən Tanınma və İzləmə Milli
Mərkəzinin fəaliyyəti ilə yaxından tanış
olduğunu diqqətə çatdıran səfir bildirdi ki,
ölkədə gedən sürətli inkişaf prosesi bütün
sahələrdə olduğu kimi Dövlət Dəniz Admi-
nistrasiyasının da fəaliyyətində nəzərəçar-
pacaq şəkildə hiss olunur.
Səfir, həmçinin Dövlət Dəniz Admi-
nistrasiyası tərəfindən dəniz nəqliyyatı
sahəsində həyata keçirilən məqsədyönlü
tədbirlərin uğurlu nəticələrinin Azərbay-
candan kənarda da hiss edildiyini, bu sə-
bəbdən Respublikamızın dəniz nəqliyyatı
sahəsinin təsnifat cəmiyyətləri üçün cəlbe-
dici xarakter daşıdığını, Türkiyə Loydunun
da bu təsnifat cəmiyyətləri cərgəsində ön
sıralarda olduğunu və Azərbaycan Respub-
likasının Dövlət bayrağı altında üzən bir
neçə gəmisinə “Türk Loydu” təsnifat cə-
miyyəti tərəfindən texniki nəzarətin həyata
keçirildiyini vurğulayaraq, Dövlət Dəniz
Administrasiyası tərəfindən Türkiyə Loy-
duna göstərilən dəstəyə görə təşəkkürünü
bildirdi.
Görüşdə Azərbaycan Respublikasının
Dövlət bayrağı altında üzən 10-a yaxın gə-
misinin Qara dənizdə həyata keçirilən yük
daşımalarına yaxından cəlb edilməsi və
Türkiyə Respublikasına məxsus tərsanələr-
də bir neçə gəmimizin inşa edildiyi, habelə
bu sahədə gələcəkdə əməkdaşlığın daha da
inkişaf etdirilməsinin vacibliyi vurğulandı.
Dövlət Dəniz Administrasiyasının
mətbuat xidməti
tüRkiYƏ ReSPUBLikASInIn öLkƏMiZDƏki fövQƏLADƏ vƏ
SƏLAhiYYƏtLi SƏfiRi eRkAn öZoRALLA göRüş keçiRiLiB
üZƏn eMALAtXAnAnIn tƏMiRi YekUnLAşMAQ üZRƏDiR
“hAZIRDA XƏZƏR hövZƏSinDƏki DƏniZ LiMAnLARInIn
inkişAfI StRAtegiYASI üZƏRinDƏ iş geDiR”
Həştərxan vilayəti
Xəzər Nəqliyyat-Logisti-
ka kompleksi layihəsinin
hazırlanmasında iştirak
etmək üçün RF-nin Şimali
Qafqaz Məsələləri üzrə
Nazirliyi nəzdində işçi qru-
pun tərkibinə daxil olacaq.
Şimali Qafqazın İn-
kişafı
Korporasiyasının
(ŞQİK) rəsmi saytı xəbər
verir ki, bu barədə RF-nin Şimali Qafqaz Məsələləri üzrə nazirinin
birinci müavini, “ŞQİK” Səhmdar Cəmiyyətinin Direktorlar Şura-
sının sədri Odes Baysultanovla Həştərxan vilayətinin qubernatoru
Aleksandr Jilkinin görüşündə razılaşma əldə edilib.
O.Baysultanov deyib: “Hazırda Xəzər hövzəsindəki dəniz li-
manlarının inkişafı strategiyası üzərində iş gedir. Biz həmin stra-
tegiyanı Rusiya hökumətinə təqdim etməliyik. Həştərxan vilayəti-
nin bu layihədə iştirak etməsi ölkə üçün çox vacibdir. Həştərxan
limanlarının öz üstünlükləri var. Həştərxan həm də Rusiyanın cənub
darvazası deməkdir”.
A.Jilkin də öz növbəsində, Yaxın Şərqdən, Afrikadan və Cə-
nub-Şərqi Asiyadan olan ticarət tərəfdaşları ilə əməkdaşlığın inkişaf
etdirilməsi üçün birgə fəaliyyətin zəruri olduğunu vurğulayıb.
Qubernator deyib: “Biz “Şimal-Cənub” beynəlxalq nəqliyyat
dəhlizinin inkişafına ümid bəsləyirik. Xəzər dənizi boyunca qon-
şularımızın və Hindistanın fəallaşacağını gözləyirik. Perspektivdə
25-30 milyon ton yük aşırılacağını proqnozlaşdırırıq. Həştərxan li-
manları təkbaşına bu işin öhdəsindən gələ bilməzlər. Buna görə də
Xəzərdəki bütün Rusiya limanlarının fəaliyyətinin ölkə səviyyəsin-
də əlaqələndirilməsi zəruridir”.
neftçALADAkI nƏRƏ BALIQARtIRMA ZAvoDU
inDiYƏDƏk XƏZƏR DƏniZinƏ 45 MiLYonDAn
çoX nƏRƏ köRPƏSi BURAXIB
Neftçaladakı Xıllı Nərə Ba-
lıqartırma Zavodu hər il Kür çayı
vasitəsilə Xəzər dənizinə 5 milyon
nərə körpəsi köçürür. Zavod fəaliyyət
göstərdiyi 2003-cü ildən bəri, ümumi-
likdə, 45 milyondan çox müxtəlif növ
nərə cinsli balıq körpəsi yetişdirərək
dənizə buraxıb. Balıqartırma zavodu
əsasən, nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo
və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur.
Yaz-yay balıqartırma mövsümündə yetişdirilən nərə cinsli balıq
körpələrinin bir qismi zavod şəraitində yetişdirilərək 80-150 qrama
çatdırıldıqdan sonra Kür çayının mənsəbinə buraxılır. Son illərin
təcrübəsi göstərir ki, ənənəvi normal çəkidən daha yüksək çəkidə
körpələrin təbii ərazilərə buraxılması daha effektli olur və onların açıq
dənizdə yaşama ehtimalı xeyli yüksəlir. Bunu nəzərə alaraq, zavodun
istehsalat infrastrukturunda müvafiq dəyişikliklərin edilməsi və isteh-
sal olunan yüksək çəkiyə malik nərə cinsli körpə balıqların sayının bir
neçə dəfə artırılması nəzərdə tutulub.
Zavodun direktor əvəzi Kamal Bayramov AZƏRTAC-a bildirib
ki, 2013-cü ildə Azərbaycanda balıqartırma tarixində ilk dəfə olaraq
süni yolla kürü yetişdirilib. Kürüdən-kürüyə prinsipi qorunaraq za-
vodda saxlanılan və təmir-törədici fondunun tərkibinə daxil edilən
törədici balıqlardan cinsi məhsullar alınıb. Təmir-törədici fondu yara-
dılması məqsədilə Xıllı Nərə Balıqartırma Zavodunda 2004-cü ildən
elmi-praktiki eksperimentlər keçirilir. Hazırda zavod şəraitində süni
yolla alınmış 5500-dən çox nərə cinsli balıqlar saxlanılır.
Qeyd edək ki, zavod Xəzəryanı ölkələr sırasında nərə körpələ-
rinin Xəzərə buraxılması sahəsində Rusiya və İrandan sonra üçüncü
yerdədir.