Azərbaycan Gimnastika Federa-
siyası bu il yarışlar mövsümünə batut
gimnastikası və tamblinq üzrə dünya
kuboku yarışları ilə start verəcək.
Yeni Olimpiya dövrünün batut gim-
nastikası üzrə ilk dünya kuboku yarışı fev-
ralın 18-19-da Milli Gimnastika Arenasın-
da keçiriləcək. On beş ölkədən 85 batutçu
və tamblinqçi iki gün ərzində 2017-ci ildə
qüvvəyə minən yeni qaydalar əsasında
gərgin mübarizə aparacaq. Yarışların bi-
rinci günündə təsnifat, növbəti günündə
isə final mərhələləri olacaq.
Azərbaycanı bu yarışlarda fərdi və
sinxron proqramda İlya Qrişunin, Oleq Pi-
unov, Ruslan Ağamirov, Svetlana Makşta-
rova, Veronika Zemlyanaya və tamblinq
cığırında Mixail Malkin təmsil edəcəklər.
Ölkəmizdə 2013-cü ilin sonundan in-
kişaf etməyə başlayan batut gimnastikası
üzrə mötəbər tədbir - dünya kuboku artıq
ikinci dəfədir təşkil olunur. Tamblinq üzrə
dünya kuboku isə Azərbaycanda ilk dəfə
təşkil olunacaq. Gimnastika yarışlarının
daim yüksək səviyyədə təşkil olunması bu
mötəbər turnirlərin də bir çox yeniliklərlə
yadda qalacağını deməyə əsas verir.
Tamaşaçılar havada pərvazlanan ul-
duz batutçu və tamblinqçilərin təqdima-
tında maraqlı mübarizənin şahidi olmaqla
yanaşı, əyləncəli müsabiqələrdə və fləş-
moblarda da iştirak edə biləcəklər.
Azərbaycan cüdoçuları İtaliya-
nın Liqnano şəhərində ənənəvi “Alpe
Adrea” beynəlxalq turnirində 5 qızıl, 4
gümüş və 4 bürünc medal qazanıblar.
Cüdo Federasiyasından bildiriblər
ki, 22-ci dəfə baş tutan festivalda Avro-
panın müxtəlif ölkələrindən 1046 gənc
cüdoçu mübarizə aparıb.
Azərbaycan komandasının heyətin-
də Hacı Musayev (55kq), Kəramət Hü-
seynov (60 kq), İsmayıl İbrahimov (66 kq), Hasil Cəfərov
(73 kq) və Aslan Mirzəyev (90 kq) bütün rəqiblərinə qa-
lib gələrək qızıl medal qazanıblar. Natiq Qurbanlı (60 kq),
Naim Hüseynov (81 kq), Azər Yaqubov (90 kq) və Ayxan
Cəfərov (+100 kq) gümüş, Tofiq Məmmədov (60 kq), Mu-
rad Heydərli (60 kq), Vüsal Cəmilzadə (73 kq) və Samir
Ağayev (81 kq) isə bürünc medala sahib olublar.
Beləliklə, 13 medal əldə edən gənclərdən ibarət milli
komandamız ümumi hesabda 1-ci yeri tutub.
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
10 fevral 2017-ci il № 9-12 (9103)
BAş ReDAktoR
Rasif iman oğlu
tAhiRov
ünvanımız:
AZ1003, Bakı şəhəri,
Xanlar küçəsi, 22
teLefonLARIMIZ:
Baş redaktor
(050) 670-33-76
Redaktor
(070) 252-39-02
Qəzetin təsisçisi:
“Azərbaycan Xəzər Dəniz
gəmiçiliyi”
Qapalı Səhmdar
cəmiyyəti
Qəzet “Dəniz” qəzetinin
kompyuter mərkəzində
yığılmış, səhifələnmiş və
“Azərbaycan” nəşriyyatında
çap olunmuşdur
şəhadətnamə: 275
tiraj: 2000
Sifariş: 405
8
nAMiZƏDLiYini
iRƏLi SüRüB
Azərbaycan Futbol Federasiyaları Assosiasi-
yası (AFFA) 2019-cu ildə keçiriləcək UEFA Çem-
pionlar Liqası və UEFA Avropa Liqası turnirləri-
nin final oyununun təşkili ilə bağlı namizədliyini
irəli sürüb.
AZƏRTAC xəbər verir ki, AFFA UEFA-ya müra-
ciətində qeyd olunan turnirlərin həlledici qarşılaşması-
nın keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif
edib.
Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli
sürmüş bütün stadionların siyahısını diqqətinizə çatdı-
rırıq:
UEFA Çempionlar Liqası
Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
İspaniya – Madrid – Estadio Metropolitano
UEFA Avropa Liqası
Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
Gürcüstan – Tbilisi – Dinamo Arena
Almaniya – Frankfurt – Frankfurt Stadion
Almaniya – Ştutqart – Arena Stuttgart
Şotlandiya – Qlazqo – Hampden Park
İspaniya – Sevilya - Estadio Ramon Sanchez Pizjuan
Türkiyə - İstanbul – Beşiktaş Arena
UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final
oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin
sentyabrında qəbul edəcək.
AZƏRTAC xəbər verir
ki, planetin 10 ən güclü
komandasının mövqeyi
dəyişməz qalıb. Azərbaycan
millisinin xal ehtiyatı dəyiş-
məyib. Aktivində 1435 xal
olan komandamız mövqeyini
də qoruyub. Yığmamız yenə
də planetin 10-cusudur.
Millimizin Avropa çem-
pionatının seçmə mərhələsin-
dəki rəqiblərimizin mövqe-
yinə gəlincə, Macarıstan 1192
xalla 30-cu, Bosniya və Her-
seqovina 1129 xalla 38-ci yerdə qərarla-
şıb. Təsnifat mərhələsini adlayan Albani-
ya 843 xalla 77-ci yerdə qərarlaşıb.
Reytinq cədvəlinə 1916 xalla Brazili-
ya millisi liderlik edir. İspaniya 1893 xalla
ikinci, Rusiya isə 1766 xalla üçüncü pillə-
də yer alıb.
Rusiyanın Ryazan şəhərində Sovet
İttifaqı qəhrəmanı İ.Zaytsevin xatirəsinə
həsr olunmuş 44-cü ənənəvi turnirə yekun
vurulub.
Turnirdə 21 komandanın tərkibində
168 idmançı gücünü sınayıb.
“Neftçi İdman Klubu”nun yığma-
mızın heyətində yer almış yunan-Roma
güləşçisi Kamran Mirzəliyev (60 kq) bö-
yük əzmkarlıq nümayiş etdirərək turnirin
qalibi adını qazanıb.
Gənc pəhləvanımız yarımfinalda Ru-
siyadan olan erməni əsilli idmançı Vladis-
lav Beqyanı məğlub edərək finala vəsiqəni
təmin edib. Həlledici görüşdə rusiyalı And-
rey İvanov üzərində inamlı qələbə qazanan
K.Mirzəliyev turnirin qızıl medalına sahib
olub.
2020-ci ildə kişi idman gimnastikası
üzrə Avropa çempionatı Bakıda təşkil
olunacaq. Bu barədə qərar Avropa
Gimnastika İttifaqının Lozannadakı
baş qərargahında qurumun İcraiyyə
Komitəsinin iclasında qəbul olunub.
İclasda Azərbaycan Gimnastika Fe-
derasiyasının 2020-ci ildə idman gimnas-
tikası üzrə Avropa çempionatının ölkə-
mizdə keçirilməsi ilə bağlı namizədliyi
məsələsinə baxılıb. Müzakirələrdən sonra
kişi idman gimnastikası üzrə 34-cü Avro-
pa çempionatının 2020-ci il mayın 6-10-
da Bakıda keçirilməsi qərara alınıb. Qadın
idman gimnastikası üzrə 33-cü Avropa
çempionatının təşkili isə Parisə həvalə
olunub.
Beynəlxalq Gimnastika Federasiya-
sının 2017-2020-ci illərdə Olimpiya döv-
rü üzrə yeni qaydalarına əsasən, Avropa
çempionatlarında da “Tokio-2020”yə li-
senziya qazanmaq imkanı olacaq.
Bundan əlavə, Azərbaycan Gimnas-
tika Federasiyası növbəti Olimpiadaya
qədər gimnastikanın üç növü (idman
gimnastikası, batut gimnastikası, bədii
gimnastika) üzrə məhz lisenziya xarak-
teri daşıyan dünya kuboku mərhələlərini,
həmçinin bədii gimnastika üzrə dünya
çempionatını təşkil edəcək.
“Neftçi” Peşəkar Futbol
Klubu qış transfer dönəmində so-
nuncu transferini həyata keçirib.
Klubdan bildiriblər ki, ispa-
niyalı hücumçu Daniel Seqoviya
ilə bir il yarım müddətinə müqa-
vilə bağlanıb. Sonuncu klubu
“Sankt-Pyolten”də (Avstriya) 66
oyunda meydana çıxmış futbol-
çu 29 qola imza atıb. 31 yaşlı hü-
cumçu indiyədək isə İspaniyanın
“Rayo Valekano”, “Fuenlabrada”,
“Alxesiras”, “Real Saraqosa” B, “Atletiko
Pinto”, “Konkense”, “Atletiko Baleares”,
Fransanın “Olimpik Marsel” B, Avstri-
yanın “Admira Vakker” və “Volfsberger”
klublarında çıxış edib.
Daniel Seqoviya “Neftçi”də 12 nöm-
rəli formanı geyinəcək.
Hövsan Olimpiya İdman Komp-
leksində pankration, qraplinq və MMA
idman növləri üzrə açıq Bakı çempionatı
və birinciliyi keçirilib.
Gərgin idman mübarizəsi şəraitində
keçən yarışa 300-dən çox atlet qatılıb.
“Neftçi İdman Klubu”nun təmsilçiləri
çempionatda aşkar üstünlükləri ilə seçilib-
lər və ümumilikdə yarışın 29 medalına (8
qızıl, 6 gümüş, 15 bürünc) sahib olublar.
Qraplinq yarışlarında İmran Abbasqu-
liyev (16-17 yaş, 58 kq), Coşqun Dəlişov
(20 yaşdan yuxarı, 62 kq), Teymurşah Cə-
maləddinov (20 yaşdan yuxarı, 71 kq) və
Həzi&