5. Nəticələrin qeydiyyatı:
1. AM detektorunun prinsipial sxemi.
2. Laboratoriya işinin funksional sxemi.
3. Ölçmələrin cədvəl və qrafikləri.
4. İş üzrə qısa nəticələr.
6. Yoxlama sualları:
1.Diod detektorunun iş rejimii nə ilə təyin olunur?
2.Diod detektorunun yükünün parametrləri hansı şərtlərə əsasən seçilir?
3.Xətti detektorlamanın kvadratik detektorlamaya nisbətən üstünlükləri nədədir?
4.AM siqnal detektorunun çıxışında qeyri-xətti təhriflərin yaranmasının əsas səbəbləri nədir?
Laboratoriya işi №5
Qeyri - xətti rezonans güclənmənin və tezliyin vurulması
1. İşin məqsədi:
Rezonans güclənmə və tezliyin vurulmasının tədqiqi. İşdə qeyri-xətti elementin rəqsi xarakteristikası çıxarılır, tezliyin ikiqat və üçqat vurulması hallarında vurulma əmsalı təyin edilir.
2. İşin nəzəri hissəsi:
Qeyri-xətti rezonans gücləndiricisinin prinsipial sxemi şəkil 4.14-də verilmişdir. Fərz edək ki, gücləndiricinin girişinə təsir edən gərginlik
(4.12)
Burada . Bu halda tranzistorun kollektor dövrəsində axan cərəyan
(4.13)
Kontur harmonikalardan birinin tezliyinə kökləndiyi halda, kollektor gərginliyi:
(4.14)
Burada: -paralel konturun rezonans halda olan ekvivalent müqaviməti; - rezonans halında kollektor gəginliyinin amplitudasıdır.
Kəsmə bucağı şəkil 4.13-də göstərilmiş qrafikə müvafiq aşağıdakı münasibətdən tapılır:
(4.15)
burada - xarakteristikanın başlanğıc gərginliyidir.
Seçici yükə malik qeyri-xətti dövrənin kvazi-xətti üsulla analizi zamanı qeyri-xətti elementin faydalı harmonika üzrə parametrləri nəzərə alınır. Şəkil 4.12-də təsvir olunmuş sxemdəki tranzistorun birinci harmonikasının orta dikliyi:
(4.16)
Qeyri-xətti rezonans gücləndiricisinin birinci harmonikada gücləndirmə əmsalı:
(4.17)
Kollektor cərəyanın birinci harmonikasının amplitudasının və ya konturda düşən gərginliyin amplitudasının , giriş gərginliyinin amplitudasından olan asılılığa- rəqsi xarakteristika deyilir.
Dostları ilə paylaş: |