Əsas çətinliklər aşağıdakılardır:
•su
ehtiyatları mövsüm və ərazi üzrə qeyri-bərabər paylanır
•çaylar
və göllər həm üzvi, həm də qeyri-üzvi maddələrlə xeyli dərəcədə çirklənmişdir
(bələdiyyələr və sənaye müəssisələri tərəfindən)
•
ovalıqlarda su əsasən yüksək duzluluğa malikdir
•
əhalinin bir hissəsinin təhlükəsiz içməli sudan istifadə imkanı məhduddur
•kanalizasiya
sistemində sızma mövcuddur və tullantı sularının yalnız az faizi emal olunur
•
kənd təsərrüfatında əsasən yetərsiz və zəif suvarma sistemlərinin səbəb olduğu su itkiləri
•çaylarda
çöküntülərin toplanması və daşqınlar
•
transsərhəd çirklənmə
•su
üzərində qurulan qurğular və çay sistemlərinin tənzimlənməsi ətraf mühitə təsirlər
•torpaq
bəndlərin təhlükəsizliyi məsələsi
•
havanın temperaturunun 3-4 ºC-yə qədər artacağına dair proqnozları nəzərə alsaq, qarşıdan gələn
50 il
ərzində həm axar, həm də qrunt (yeraltı) sularının qidalanmasında 15% azalma gözlənilir.
ƏSAS ÇƏTİNLİKLƏR
Strategiyanın məqsədi həm beynəlxalq, həm də Aİ səviyyəli standartlara və məqsədlərə daha uyğun formada
Azərbaycanda su ehtiyatlarının idarə edilməsi , suyun mühafizəsi , su təchizatı və kanalizasiya sisteminin
inkişaf etdirilməsidir.
Strategiya
qısa müddətli (6 il), orta müddətli (12 il) və uzunmüddətli (18 il) məqsədlərə bölünmüşdür.
Strategiya regional
idarəetmənin sutoplayıcı sahələrə əsaslanmasını təklif edir.
Strategiya onun
icrasını asanlaşdıracaq daha ətraflı Fəaliyyət Planı ilə tamamlanacaq.
Bu Strategiya
sənədində aşağıdakı məsələlərə nəzər salınır:
•
su
ehtiyatlarının və su ekosistemlərinin mühafizəsinin gücləndirilməsi
•
su
ehtiyatlarından istifadənin səmərəliliyinin və davamlılığının təmin edilməsi
•
müxtəlif su istifadəçilərinin ehtiyaclarının ödənməsi
•
lazımi proqram və layihələrin müəyyən edilməsi
•
suyun
mühafizəsinə və su ehtiyatlarından davamlı istifadəsinə şəraitin yaradılması
•
strategiyanın icrası üçün tələb olunan su ehtiyatlarının idarə edilməsi, institusional təkmilləşmə məqsədlərinin
müəyyən edilməsi və hüquqi bazanın yaradılması.
•
suya
qənaət və xərclərə qənaətin təbliği
•
transsərhəd əməkdaşlığın inkişaf etdirilməsi
•
maraqlı tərəflərin suyun mühafizəsi və idarə edilməsinin planlaşdırılmasına daha yaxından cəlb edilməsi
•
dövlət orqanları, regional təşkilatlar, vətəndaş cəmiyyəti və su istifadəçiləri (istehlakçıları) arasında
ünsiyyətin genişləndirilməsi
•
milli
və regional səviyyədə potensialın gücləndirilməsi
SİYASİ PRİNSİPLƏR
•
İçməli suyun yüksək keyfiyyətinə və qrunt (yeraltı) suları ehtiyatlarından davamlı istifadəyə
zəmanət
•
Tullantı sularının təmizlənməsi və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi, bu sahələrə
kapital
qoyuluşlarının artırılması.
•
Transsərhəd sularda praktiki və müntəzəm əməkdaşlığın həyata keçirilməsi
•
İnşa edilmiş su kanalları, su anbarları və suvarma infrastrukturlarında suyun mühafizəsi və
istifadəsinə inteqrasiyalı planlaşdırma yanaşmasının tətbiqi və onun icrası
•Su sektorunda
təhsilə və yeni texnologiyaların tətbiqinə kapital qoyuluşu vasitəsilə suya qənaətin
təbliğ edilməsi
•
İdarəçilik sahəsində potensialın gücləndirilməsi
•Su
hüquqları ilə bağlı yeni su qanunvericiliyi aktlarının hazırlanması
•Çay
hövzəsi (sutoplayıcı) sahələri və su infrastrukturu ilə əlaqədar Coğrafi Məlumat Sistemi
(GIS)
məlumatların hazırlanması
•Yerüstü
və qrunt (yeraltı) suları üçün suya nəzarət və məlumat sistemlərinin hazırlanması
•
İqlim dəyişikliyinə və müstəsna su şəraitlərinə uyğunlaşma
SU STRATEGİYASININ PRİORİTETLƏRİ
İcra müddəti
Su
Ehtiyatları Strategiyası aşağıdakı kimi müəyyən edilmiş qısa müddətli və uzunmüddətli
məqsədlərin həyata keçirilməsini nəzərdə tutur:
•
Qısa müddətli (6-il) məqsəd: Su Strategiyasının geniş icrası insanlara fayda gətirir. Suyun
mövcud
keyfiyyəti və kəmiyyəti əsas sektorlarda suya tələbatın ödənməsinə kifayət edir.
İnstitusional potensial və hüquqi bazanın yaxşılaşdırılması idarələrarası əməkdaşlıq və maraqlı
tərəflərin inkişafına yardım edir
•
Orta
müddətli (12 il) məqsəd: Su Ehtiyatları Strategiyasının həyata keçirilməsi nəticəsində əsas
su
ehtiyaclarının ödənməsi və həmçinin sudan davamlı istifadə yolu ilə digər mənfəətlərin
artırılmasına nail olunur. Əlaqələndirilən su idarəetməsi aidiyyəti olan sektorların su ehtiyaclarının
ödənilməsinə imkan verir. Su ekosistemlərinin ekoloji vəziyyəti yaxşılaşır.
•
Uzun
müddətli(18-il) məqsəd: Azərbaycanda su ehtiyatlarından maksimum bəhrələnilir və
davamlı formadadır. Su təchizatı səmərəli olur. Suyun keyfiyyəti müvafiq sektorların su ilə bağlı
tələblərinə cavab verir. Görülmüş tədbirlər ekoloji tələblərin ödənməsinə imkan verir.
Hər bir hədəflə əlaqədar əsas fəaliyyətlərdən əlavə, 6, 12 və 18 illik zaman çərçivələri üçün
Strategiyanın nə dərəcədə uğurla icra edildiyinin qiymətləndirilməsi üçün istifadə edilə biləcək
göstəricilər müəyyən edilmişdir.
SU STRATEGİYASININ PRİORİTETLƏRİ
Dostları ilə paylaş: |