Qeyd
edilənlərə əsasən su monitorinqi və məlumat sistemlərinin hazırlanması üçün aşağıdakılar yerinə
yetirilməlidir:
•
hidroloji
və suyun keyfiyyətinə dair məlumatlar nəzərə alınmaqla qrunt və yerüstü sular üçün milli monitorinq
proqramının hazırlanması
•
milli
məlumat sistemlərinin hazırlanması
•
laboratoriyaların sertifikatlaşdırılması
•
beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi
Göstəricilər
•
2018-ci
ilə qədər qrunt (yeraltı) və yerüstü suların vəziyyətini qiymətləndirməyə imkan verən monitorinq
proqramı əsasında milli monitorinq şəbəkəsi yaradılır. Kadrlara təlim keçilir və su ehtiyatlarının vəziyyətinin
qiymətləndirilməsi məqsədilə müasir laboratoriya və monitorinq texnologiyalarının tətbiqi və monitorinqin
aparılması üçün investisiya ayrılır
•
2024-cü
ilə qədər monitorinq proqramına bioloji, morfoloji və kimyəvi müşahidələr daxil olur, dövlət su
kadastrı məlumat sistemi yaradılır və fəaliyyət göstərir. Monitorinq sistemlərindən toplanmış müvafiq
məlumatlar məlumat bazalarına yerləşdirir və su ehtiyatlarının qiymətləndirilməsi eləcə də digər məqsədlər
üçün
istifadə edilə bilir
•
Monitorinq
proqramları Aİ Su Çərçivə Direktivinə tam uyğundur və su ehtiyatlarının ekoloji keyfiyyət
vəziyyətinin Direktivə əsasən qiymətləndirilməsinə imkan verir
SUYUN MONİTORİNQİ VƏ MƏLUMAT SİSTEMLƏRİNİN
İNKİŞAFI
Strategiyanın daha da inkişaf etdirilməsi və icrası üçün sudan istifadə üçün verilən icazələrin daha geniş tətbiqi
haqqında düşünməyə dəyər. İcazələrin daha geniş çərçivədə tətbiqi müxtəlif su ehtiyaclarının konsolidasiyasına kömək
edə bilər. Eyni zamanda İcazənin verilməsi prosesində sudan istifadə şərtləri su ehtiyatlarının adekvatlığı nöqteyi-
nəzərindən qiymətləndirilə bilər.
Qanunvericiliyin
və ekoloji normaların hazırlanması zamanı Aİ direktivlərindən və ya digər inkişaf etmiş ölkələrin
qanunvericiliyindən birbaşa sitatlar götürmək tövsiyə edilmir. Qanunvericiliyə edilən dəyişikliklər həyata keçirilə və
tətbiq edilə bilməlidir. Qeyri-real olan qanunvericilik və normaların icrasının real olmaması faktə cəmiyyətdə
müəyyən edilmiş normalara əməl etməyə ehtiyac olmadığı fikrini oyandırır.
Azərbaycanda su ehtiyatların inteqrasiyalı idarə olunması üzrə qanunvericilik yoxdur. Su hüquqları və su üzərində
mülkiyyət də dəqiq tənzimlənmir. Mövcud qanunvericilik vəhdət əmələ gətirmir və özəl sektorun su layihələrində
iştirakı üçün geniş imkan yaratmır.
Sudan
istifadə hüquqlarının tənzimlənməsinin yüksək prioritet təşkil etdiyini demək mümkündür. Bu, müxtəlif su
ehtiyaclarının birləşdirilməsini inkişaf etdirə bilər və təkmilləşdirilmiş hüquqi təhlükəsizlik də həmçinin özəl sektorun
layihələrdə iştirakı üçün imkanlar aça bilər.
Su
hüquqları birbaşa qanunvericilik, başqa sözlə, normativ sənədlər və ya icazə sisteminin tətbiq ilə müəyyən edilə
bilər. Məsələn, Finlandiyada sudan istifadə və suyun mühafizəsi icazəyə bağlıdır. Su ehtiyatlarından istifadə və
çirklənmə xüsusi məsələlərdir, buna görə də icazənin tətbiqi su hüquqlarının müəyyən edilməsinin ən münasib
üsuludur. Bütün
fəaliyyətlər üçün icazə tələb olunmayacağı aydındır, lakin sözsüz ki, su ehtiyatlarına əhəmiyyətli təsiri
olan
layihələr və digər fəaliyyətlər üçün icazə tətbiq edilməlidir.
Azərbaycanda su ehtiyatlarının mühafizəsi və idarə edilməsi bir neçə hüquqi aktla tənzimlənir. Strategiyanın icrası
üçün
qanunvericilikdə hansı əsas dəyişikliklərin tələb olunduğunun müəyyən edilməsi vacibdir. Sudan istifadəyə görə
icazə daha geniş və səmərəli şəkildə tətbiq edilməlidir, suların çirklənməsi başqa sözlə, su mənbələrinin çirklənməsinə
isə daha kəskin yanaşılmalıdır.
QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Qanunvericiliyin
hazırlanması aşağıdakılara əsaslanmalıdır:
•
qanunvericiliyə edilən dəyişikliklərin həyata keçirilə və tətbiq oluna bilməsi.
•su
hüquqlarının tənzimlənməsi və müxtəlif su ehtiyaclarının əhəmiyyətinə görə sıralanması
•sudan
istifadəyə icazə verən orqanların müstəqil statusu
•qrunt
(yeraltı) sularından artıq istifadənin qarşısının alınması və qrunt (yeraltı) sularının
çirkləndirilməsinin qadağan edilməsi
•çay
sistemləri və anbarlar üçün çoxməqsədli istifadə imkanlarının yaradılması
Qanunvericilik
siyahısına həmçinin daxil olmalıdır:
•
hövzə prinsipinə uyğun olaraq su məcəlləsinə düzəlişlərin edilməsi
•sudan
istifadə üçün icazə sisteminin inkişaf etdirilməsi
•suyun
çirklənməsi üzərində nəzarətin inkişaf etdirilməsi
•su
xidmətləri ilə təminat və qiymətlərin münasibliyinin artırılması
•su
xidməti xərclərinin əvəzinin ödənilməsinin inkişaf etdirilməsi
QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Göstəricilər
•2018-ci
ilə qədər, milli su qanunvericiliyinə hövzə prinsipinə uyğun düzəlişlər edilir
•2024-cü
ilə qədər Aİ Su Çərçivə Direktivinin əsas tələbi qanunvericiliyə daxil edilir və aşağıdakı
sahələr zəruri hüquqi baza ilə təmin edilir:
•sudan
istifadə üçün icazənin verilməsi
•suyun
çirklənməsi üzərində nəzarət
•su
xidmətləri ilə təminat və qiymətlərin münasibliyi
•su
xidməti xərclərinin ödənməsi
•2030-cu
ilə qədər - Aİ Su Çərçivə Direktivinə uyğun qanunvericilik, sudan istifadə üçün icazə və
çirklənməyə nəzarət sistemləri funksionaldır. Su xidmətləri ilə təminat və qiymətlərin münasibliyi,
həmçinin su xidməti xərclərinin əvəzinin ödənməsi effektivdir.
QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Fəaliyyətlər
•Suyun
keyfiyyətinə nəzarət proqramları hazırlanacaq
• Yerüstü
və qrunt (yeraltı) sularının Keyfiyyət Meyarları müəyyən ediləcək və su ehtiyatlarının mühafizəsi
üçün Suyun
Keyfiyyətinə dair Tələblər qəbul və icra ediləcək
• Suyun
keyfiyyətinin azalmasına qarşı mübarizə tədbirləri görüləcək və suyun yüksək keyfiyyətinə nail olmaq
üçün meyarlar
hazırlanacaq
• Su
ehtiyatlarının çirklənmədən qorunması və idarə olunması yolu ilə suyun keyfiyyəti artırılacaq,
• Ekoloji
keyfiyyətin yüksəldilməsi, eləcə də iqtisadi, mədəni və nəsildən-nəslə ötürülən mənfəətin bərpa
edilməsi üçün suyun keyfiyyətinin artırılması proqramları hazırlanacaq
• Su
tullantılarının axıdılmasının keyfiyyəti yaxşılaşdırılacaq və suyun keyfiyyət məqsədlərinə nail olmaq üçün
qeyri-stasionar
çirklənmə mənbələri azaldılacaq.
•
Zərərçəkmiş istifadəçi qrupları ilə əməkdaşlıqda çirklənməyə nəzarət proqramları hazırlanacaq. Proqramlar
artıq formalaşmış torpaq və su istifadəsinə mümkün dərəcədə zərər verməyəcək şəkildə icra ediləcək
•Sulaq
ərazilərin təsnifat sisteminin hazırlanmasına ehtiyac var
Göstəricilər
•2018-ci
ilə qədər beynəlxalq tələblərə uyğun monitorinq proqramları və suyun keyfiyyəti üzrə standartlar
sistemi
qəbul və tətbiq edilir.
•2018-ci
ilə qədər suyun vəziyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün tədbirlər planı hazırlanır;
•2024-cü
ilə qədər əksər su mənbələrinə münasibətdə tədbirlər planının əhəmiyyətli hissəsi icra edilir
•2030-cu
ilə qədər su obyektlərinin əksər hissəsində yaxşı su keyfiyyətinə nail olunur
YERÜSTÜ VƏ QRUNT (YERALTI) SULARIN STATUSU
İLƏ BAĞLI MƏQSƏDLƏR
Bütövlükdə Azərbaycan əhalisi təhlükəsiz su ilə təmin ediləcək. Hal-hazırda hər bir kəsin əsas su təchizatı
xidmətləri ilə təmin edilməmişdir. Əhalinin kanalizasiya sistemi ilə təminatı da çox aşağıdır. Su Strategiyasının
hədəfi hər bir vətəndaşı keyfiyyətli içməli su və kanalizasiya sistemləri ilə təmin etmək, eləcə də gigiyena
sahəsində maariflənməni dəstəkləmək və təbliğ etməkdir.
Su
hövzəsindən istehlakçıya çatdırılmaya qədər keyfiyyətli içməli su idarəetməsinə yönəlmiş Suyun
Təhlükəsizlik Planı yanaşmasının icra edilməsi ilə regional su xidmətlərinin təhlükəsizliyi və etibarlılığı
yüksələcək.
Qrunt
(yeraltı) su mənbələri müəyyən ediləcək və adekvat qoruyucu tədbirlər nəzərə alınmaqla, suverimi
müəyyən olunacaq
Fəaliyyətlər
Verilən əraziyə xas şərait üçün ən uyğun texnologiyaların asanlıqla mənimsənilməsi üçün ənənəvi su təchizatı
və kanalizasiya texnologiyaları (mədəni və ictimai baxımdan qənaətbəxş, ekoloji cəhətdən təmiz texnologiya),
eləcə də alternativ məqsədə uyğun və iqtisadi cəhətdən səmərəli su təchizatı və kanalizasiya texnologiyaları
(sistemləri, avadanlıqları və materialları) ilə bağlı araşdırma və tədqiqatların aparılması.
Məlum sudan istifadə növləri üzrə(məsələn su təchizatı (məsələn, məişət, sənaye, maldarlıq və başqa) və
kanalizasiya
üzrə suyun keyfiyyətinə nəzarət üçün standart və təlimatların hazırlanması və tətbiqi;
Maliyyə, iqtisadi və sosial bərabərlik amilləri diqqətə alınmaqla, yerli şəraitdən asılı olaraq xüsusi tariflərin
müəyyən edilməsinin təbliği. Tariflərin istehlakçıların ödəmə qabiliyyətinə uyğun olmasının təmin edilməsi,
bərabərlik təlimatları və praktiki tövsiyələr, eləcə də xərclərin bölüşdürülməsi meyarları əsasında, münasib
qiymətə davamlı xidmətlərin təmin edilməsi məqsədilə yerli icmaların qiymətlərin müəyyən edilməsi prosesinə
cəlb edilməsi
İÇMƏLİ SUYUN KEYFİYYƏTİNİN YAXŞI OLMASINA
ZƏMANƏT
Benefisiarların/istifadəçilərin sosial-iqtisadi şəraitini nəzərə alan qiymətlərə əsaslanan, istifadəçilərin xidmətə
görə ödəniş etmək istəyinə uyğun "istifadəçi ödəyir" prinsipinin təbliğ edilməsi.
•
Kənd yerlərində yeni su təchizatı və kanalizasiya proqramlarının icrası potensialının gücləndirilməsi.
•
Şəhər su təchizatı və kanalizasiya sistemlərinin idarəetməsinin təkmilləşdirilməsi.
•Yeni
mənbələrin və tikinti tələbatının müəyyən edilməsi (su anbarları, kəmərləri və s.)
Mövcud olan bu
sistemlərdə nizamlayıcı və tələbin tənzimlənməsi tədbirləri vasitəsilə suya qənaətin təbliğ və
təşviq edilməsi
Göstəricilər
•2018-ci
ilə qədər müvafiq su mənbələrinin və infrastrukturlarının inkişaf etdirilməsi və digər tədbirlər
nəticəsində su təchizatı sistemi təkmilləşir, əhalinin 85%-i davamiyyətli su xidməti ilə təmin edilir;
• 2018-ci
ilə qədər tullantı sularının emalı üçün müvafiq infrastruktur inkişaf etdirilməsi və digər tədbirlər
nəticəsində çirkab suyunun daşınması sistemi təkmilləşir və əhalinin 60%-i təhlükəsiz kanalizasiya sistemləri
ilə təmin olunur;
• 2024-cü
ilə qədər 100% su təminatı;
•2024-cü
ilə qədər əhalinin 80% -i təhlükəsiz kanalizasiya sisteminə malik olur
•2024-cü
ilə qədər əhalinin 85% -i təkmilləşdirilmiş su keyfiyyəti və yaxşı xidmət səviyyəsinə malik olur;
• 2030-cu
ilə qədər hamı təhlükəsiz kanalizasiya sisteminə sahib olur.
•2030-cu
ilə qədər əhalinin 100%-i yüksək keyfiyyətli su ilə təmin edilir; 2030-cu ilə qədər hamı təhlükəsiz
kanalizasiya
sisteminə malik olur.
İÇMƏLİ SUYUN KEYFİYYƏTİNİN YAXŞI OLMASINA
ZƏMANƏT
Burada
məqsəd daşqın və su ilə əlaqədar digər fəlakətlər nəticəsində meydana çıxan maddi zərərin minimuma
endirilməsi və insanların mənfi təsiri yüngülləşdirməkdir. Qəza-xilasetmə xidməti, yardımdan əlavə, Su Strategiyası
sudan qaynaqlanan
fəlakətlərin nəticələrinin yüngülləşdirilməsi üçün bir sıra fəaliyyətlər müəyyən edir.
Fəaliyyətlər
Daşqın zamanı su səviyyələrinin qeydə alınması məqsədilə mümkün daşqın ərazilərində strateji sahələrdə avtomatik
səviyyəölçən cihazların quraşdırılması. Daşqınların, xüsusilə yüksək daşqınların ölçüsünün təyini.
Daşqından mümkün qorunma üsullarının müəyyən edilməsi; təbii fəlakətlərin qarşısının alınması fəaliyyətləri üçün
müvafiq
sahələrin seçilməsi; daşqına nəzarət qurğularının vaxtında və düzgün mühafizəsinin təmin edilməsi.
Quraqlıqdan zərərçəkmiş ərazilərdə qrunt sularının istismarının gücləndirilməsi; bulaqlar, buruq quyuları, suvatlar,
yeraltı bəndlər və s. seçilməsi üçün ətraflı proqramların hazırlanması.
Azı üç ildə bir dəfə mövcud su sistemlərində dövri təhlükəsizlik yoxlamalarının aparılması.
Əsas su strukturları üçün təhlükəsizlik qaydalarının müəyyən edilməsi
Daşqın və suyun törətdiyi digər fəlakətlərə hazırlıq siyasəti və planlarının hazırlanması və icrası. Riskin/həssaslığın
xəritələşdirilməsi və zonalaşdırılması.
Təbii fəlakətlərlə bağlı şəbəkə və informasiya sisteminin möhkəmləndirilməsi.
Təbii fəlakətlər zamanı yardım və reabilitasiya sistemlərinin yaradılması.
Təbii fəlakətlərin azaldılması/nəticələrinin yüngülləşdirilməsi üçün tədbirlərin görülməsi. Lazımi müdafiə
infrastrukturlarının yaradılması. İnstitusional quruluş və potensialın möhkəmləndirilməsi.
Ən gərgin vəziyyətin olduğu çay sistemlərində hidroloji modelləşdirmə və daşqın riski xəritəsinin hazırlanmasının
öhdəliyə götürülməsi.
Torpağın istifadəsi və tikini ilə əlaqədar qanunvericilik inkişaf etdirilməli, beləliklə, daşqın riski olan ərazilərdə
tikintiyə icazə verilməməlidir.
DAŞQIN RİSKİNİN İDARƏ EDİLMƏSİ
Göstəricilər
•
2018-ci
ilə qədə potensial fəlakət zonaları növünə görə təsnif edilir və rayon (ərazi) xəritələrində göstərilir;
•
2018-ci
ilə qədər fövqəladə hallarda yardım materialları hazır olur;
•
2024-cü
ilə qədər proqnozlaşdırıla bilən fəlakətlərin nəticələrinin yüngülləşdirilməsi üçün infrastruktur hazır
olur
•
2024-cü
ilə qədər ölkə üzrə xəbərdarlıq sistemi yaradılır və fəaliyyət göstərir;
•
2030-cu
ilə qədər ictimai və iqtisadi itkilər inkişaf etmiş ölkələrdəki səviyyəyə qədər azalır.
Strategiyanın ilk 6 ili üçün məqsəd suyun törətdiyi fəlakətlərə hazırlıq sahəsində institusional potensialın
genişləndirilməsidir. Bu məqsədlə təbii fəlakətlərə hazırlıq siyasəti və planının hazırlanması daxil olmaqla
səmərəlilik fəaliyyətlərinin icrası üçün müvafiq agentlik təyin olunur və səlahiyyətləndirilir. Agentlik həmçinin
riskin
azaldılması və fəlakətlərin nəticələrinin yüngülləşdirilməsi səylərinin əlaqələndirilməsinə görə cavabdeh
olacaq. Suyun
törətdiyi fəlakətlərin qarşısının alınmasına və bu fəlakətlərə qarşı hazırlığa cəlb edilmiş digər
agentliklər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamenti, Meliorasiya və Su
Təsərrüfatı Səhmdar Cəmiyyəti, “Azərsu” Səhmdar Cəmiyyəti və digərləridir.
Növbəti 12 ildə suyun törətdiyi fəlakətlərə daha yaxşı hazırlıq və nəticələrin yüngülləşdirilməsi üçün effektiv
tədbirlər görüləcək. Yüksək riskli ərazilər müəyyən ediləcək, daşqın və torpaq sürüşməsinə məruz qalan
ərazilərdə xəbərdarlıq sistemləri yaradılacaq. Hər bir prioritet sahəsi üçün təbii fəlakətlər zamanı yardım planı
hazırlanacaq və aidiyyəti olan dövlət orqanları yerli orqanlara icmanın maarifləndirilməsi və təhsili
kompaniyalarının aparılmasında kömək edəcək.
Strategiyanın 18 il üçün nəzərdə tutulmuş məqsəd Azərbaycanın suyun törətdiyi fəlakətlərə hazırlıq sisteminin
tam funksional,
təsirli və insanların ehtiyaclarına uyğun olmasıdır.
DAŞQIN RİSKİNİN İDARƏ EDİLMƏSİ
Azərbaycanın Su Strategiyasının səmərəli və şəffaf icrası su ehtiyatlarının uzun müddətli mühafizəsinin təmin
edilməsi üçün həlledici əhəmiyyətə malikdir. İcra çərçivəsinin hazırlanması ekosistemlərin qorunmasını təmin
edən, həm cari, həm də gələcək su tələbatını nəzərə alan müştərək iştirak tələb edən bir proses olacaq.
Azərbaycanın Su Strategiyası müxtəlif siyasi sahələrdə konkret problemlərə qarşı tədbirlərdən ibarətdir.
Strategiyanın icrasına başlanmışdır və Strategiyanın icrası prioritet olaraq qalacaqdır.
Strategiyanın əlaqələndirilməsi və inteqrasiyası üçün icra çərçivəsinə inteqrasiyalı su planlaşdırma və
idarəetmə sistemlərinin inkişaf etdirilməsi, su qanunvericiliyinin nəzərdən keçirilməsi və birləşdirilməsi, suyun
idarə edilməsinin və planlaşdırmanın maliyyələşdirilməsi mexanizmlərinin hazırlanması daxildir.
Rəhbər Komitənin iclası Strategiya üzrə Fəaliyyət Planının hazırlanmasına və icrasına baxış üçün mütəmadi
olaraq
keçiriləcək. Ekspert qrupu Fəaliyyət Planını hazırlamaq, Strategiyada göstərilən məqsədləri, qısa, orta
və uzunmüddətli fəaliyyətləri həyata keçirmək üçün bütün su agentlikləri ilə əməkdaşlıqda çalışmalı olacaq.
İstifadəçilər və istifadəçi qruplarının yardımı ilə sutoplayıcı hövzələrinin ehtiyatlarından istifadənin
planlaşdırılması prosesi konkret problemləri həll edəcək, yerli səviyyədə su ehtiyaclarını və paylanmalarını
əhəmiyyətinə görə prioritetləşdirəcək. Bunlar COSDI (Davamlı İnkişafın İcrası üzrə Məsləhət) hesabatında
göstərilən ekosistemə əsaslanan planlaşdırma çərçivəsini əhatə edən digər idarəetmə planları ilə müqayisə
ediləcək
Strategiya
Azərbaycanda su ehtiyatlarının idarə edilməsi üçün davamlı çərçivə təmin etdiyindən, Strategiyanın
icrası zamanı məqsədyönlü yanaşmadan istifadə ediləcək. Aydındır ki, tezliklə bəzi yerlərdə daha çox səyin
göstərilməsinə ehtiyac yaranacaq və iqtisadi amillər müvafiq həll yollarının tapılmasında mühüm rol
oynayacaq. Strategiyaya daxil olan
fəaliyyətlərin yerinə yetirilmə müddəti müxtəlif olacaq.
STRATEGİYANIN İCRASI VƏ MONİTORİNQİ
Fəaliyyətlərin böyük əksəriyyəti su ehtiyatları ilə bağlı gərginliyin daha yüksək olduğu Kür-Araz ovalığı və
Abşeron kimi ərazilər üçün nəzərdə tutulacaq.
Strategiya
dərc edildikdən sonra Strategiyada göstərilənə nisbətən daha ətraflı Fəaliyyətlər Planının
hazırlanmasına ehtiyac yaranacaq. Bu planlar fəaliyyətlərin Azərbaycanda yerli şəraitə uyğun şəkildə necə
yerinə yetirilə biləcəyini göstərəcək və müxtəlif prioritetlərin yerli tələbatları əks etdirməsinə imkan verəcək.
Məsələn, bəzi fəaliyyətlərin vaxt çərçivəsi fərqli ola bilər.
Azərbaycanda su ehtiyatlarının idarə edilməsinə görə məsul olan aparıcı təşkilat "daha yaxşı tənzimləmə"
yanaşmasını qəbul etməli və risk qiymətləndirməsinə əsaslanan yanaşmanı izləməyə davam etməlidir.
Beləliklə, həmin təşkilat ehtiyatları daha böyük potensial təsir və ya mənfəətə malik sahələrdə cəmləşdirə bilər.
Risk
qiymətləndirməsinə əsaslanan yanaşma biznes üzərində inzibati yükü azaldır, beləliklə, su istifadəçiləri
rəqabətə davamlılıqlarını itirmədən ətraf mühitə təsir göstəricilərini yaxşılaşdırmağa həvəsləndirilirlər.
Su
ehtiyatlarının idarə edilməsinə çoxlu sayda fərd və təşkilat cəlb edilmişdir və ya bu sahədə maraqlıdır.
Ölkənin üzləşdiyi problemlərin vahid və ya sadə həlli mövcud deyil və bütün təşkilatların birlikdə çalışması
vacibdir.
İnsanlar və ətraf mühit üçün su kifayət qədərdir, bu dəyərli ehtiyatın ətraf mühitin gələcək nəsillər
üçün
mühafizəsinə, səmərəli istifadəsinə imkan verəcək şəkildə istismarının və idarə edilməsinin təmin
edilməsi üçün çox işləmək tələb olunacaq.
Suyun
idarə edilməsi ilə bağlı müxtəlif məsələlərdə dövlətə məsləhət verilməyə davam edəcək. Toplanan
məlumat Azərbaycanda su idarəetməsinin gələcək kursunun müəyyən edilməsi və inkişaf etdirilməsi üçün
istifadə ediləcək. İcra çərçivəsində həmçinin aşağıdakı yanaşmadan istifadə ediləcək:
Hər bir hədəflə əlaqədar əsas fəaliyyətlərdən əlavə, 6, 12 və 18 illik zaman çərçivələri üçün Strategiyanın nə
dərəcədə uğurla icra edildiyinin qiymətləndirilməsi üçün istifadə edilə biləcək göstəricilər müəyyən
edilmişdir.
STRATEGİYANIN İCRASI VƏ MONİTORİNQİ
Document Outline - Slide Number 1
- Slide Number 2
- Slide Number 3
- Slide Number 4
- Slide Number 5
- Slide Number 6
- Slide Number 7
- Slide Number 8
- Slide Number 9
- Slide Number 10
- Slide Number 11
- Slide Number 12
- Slide Number 13
- Slide Number 14
- Slide Number 15
- Slide Number 16
- Slide Number 17
- Slide Number 18
- Slide Number 19
- Slide Number 20
- Slide Number 21
- Slide Number 22
- Slide Number 23
- Slide Number 24
- Slide Number 25
- Slide Number 26
- Slide Number 27
- Slide Number 28
- Slide Number 29
- Slide Number 30
- Slide Number 31
- Slide Number 32
- Slide Number 33
- Slide Number 34
- Slide Number 35
- Slide Number 36
- Slide Number 37
- Slide Number 38
- Slide Number 39
- Slide Number 40
- Slide Number 41
Dostları ilə paylaş: |