Mifologiya
- 45 -
işıq tutmaq mümkündür. Bu mənada elmi-nəzəri fikirlərdə mifin
xüsusiyyətlərini üzə çıxarmağa xidmət edən mülahizələr də çox
idi. «Xalqların psixologiyası» elmini yaratmaq təşəbbüsünü irəli
sürən V.Vund (XX əsrin əvvəlləri) miflərin insanların emosional
hissləri ilə əlaqəsini göstərmişdir. O yazırdı ki, «estetik yaşantı-
lara uyğun şiddətli həyəcanlar mifoloji düşüncənin meydana gəl-
məsinin ən mülayim şərti sayılır»
1
. Müəllif şüurda ayrı-ayrı tə-
səvvürlər arasındakı assosiasiyaları zəncirvari şəkildə sıralaya-
raq emosiyaların mifə çevrilməsinin mexanizmini göstərmişdir:
«Ruh - nəfəsin gedib-gəlməsi; uçan buludlar – quş - ölü ruhu;
ruhun gəmisi» və s. V.Vundun qənaətinə görə, şairlər öz əlavə-
lərini edib, mifologiyanın model və sistemlərinin ayrı-ayrı detal-
larını əvəzləməklə yalnız miflərin zahiri formasına təsir
etmişlər, uyğun kult və rituallar vasitəsi ilə qorunduğundan
onların mahiyyəti və daxili əsası dəyişməz qalmışdır.
Görkəmli fransız alimi L.Levi-Bryul mifin müəyyənləşdi-
rilməsi üçün yeni ideya irəli sürərək (1920-30-cu illərdə) göstər-
mişdir ki, miflər ibtidai təfəkkürün, insan düşüncəsinin inkişafı-
nın hansısa xüsusi mərhələsinin məhsuludur. İnkişafın sonrakı
pillələrinə aid məntiqi düşüncənin əsaslandığı səbəb-nəticə əla-
qəsindən fərqli olaraq onun irəli sürdüyü ibtidai görüşlər nəzə-
riyyəsi «əlaqələnmək qanunu»na söykənirdi. L.Levi-Bryulun nə-
zəriyyəsi, ilk növbədə, Z.Freyd və K.Yunqun «kortəbii şüursuz-
luq» təliminin yaranmasına və inkişafına təkan vermişdir. Onun
dediyinə görə, «ibtidai insanın əsəbləri xəstə idi. O, Edip kom-
pleksindən əzab çəkirdi. Əxlaq və din, əsasən, bu amillə mey-
dana gəlmişdir»
2
.
Dünya elmi-nəzəri fikrində psixoanalizin banisi Z.Freyd
müasirləri tərəfindən ciddi tənqidlə qarşılanmasına baxmayaraq,
davamçıları onun müddəalarını inkişaf etdirib irəli aparmış, mü-
1
Вунд В. Миф и религия. М.: СПб., 1913, с. 22.
2
Леви-Брюл Л. Первобытное мышление. – М.: Академия, 1930, 238 с.
266.
Ramazan Qafarlı
- 46 -
asir insanın psixopatologiyası ilə ibtidai insanın normal psixikası
arasındakı uyğunluğu əsaslandırmışdılar.
Öz analitik-psixologiya haqqında təlimini Z.Freydin psi-
xoanalizinin tənqidi əsasında qurmuş K.Yunq öyrədirdi ki,
bütün insanlarda simvolların hər hansı bir ümumi xarakterini
anadangəlmə «generasiya» etmək qabiliyyəti mövcuddur. Alim
simvolların hamı tərəfindən sözsüz, izahsız anlaşılan cəhətlərini
«arxetip» adlandıraraq bildirirdi ki, onlar özünü, ilk növbədə,
yuxu prosesində göstərir. K.Yunqun sözləri ilə desək, «tanrı,
əsasən, yuxu və yuxugörmə vasitəsi ilə danışır». Simvol-arxe-
tiplər mif, əfsanə və nağıllarda geniş əks olunsa da, başlanğıcda
«kollektivin kortəbii şüurunun məhsulları» kimi meydana gəlir.
Başqa sözlə, onlar kortəbiiliyin elə hissəsidir ki, insanın şəxsi
təcrübəsi hesabına əldə edilmir, ona bu, minlərlə əcdadından mi-
ras qalır. Yunq arxetiplər sırasına bir çox təsviri obrazları da
(məsələn, dörd hissəyə bölünən dairəni, yaxud xaçı) daxil et-
mişdir. Ümumiyyətlə, arxetiplər təbiət varlıqları olduqda kor-
təbii şəkildə şəxsləndirilməklə müxtəlif formalara düşə bilir.
Çağdaş elmi-nəzəri fikir tarixində J.Dümezilin yaradıcılı-
ğına hörmətlə yanaşılmasına baxmayaraq, mifin müəyyənləşmə-
si ilə bağlı irəli sürdüyü fikirlər özünə tərəfdarlar tapıb inkişaf
etdirilməmişdir. O, «üçlük» anlayışının sakrallaşma prinsiplərin-
dən istifadə edərək prohind-avropa mifologiyasının hipotetik
(fərziyyəvari) strukturunu üzə çıxarmağa çalışmışdır. Onun qə-
naətlərinə görə, ibtidai cəmiyyətlər bir tərəfdən kasta qapalılığı
ilə kahin, döyüşçü və əkinçi-maldarlara bölünür, digər tərəfdən
tanrılar da analoji üçləşməklə müvafik «ixtisaslar»ı mənimsəyir-
dilər»
1
.
Mifoloji fikrin A.F.Losev, Ə.G.Qolosovker, A.F.Kosarev
və b. kimi tanınmış nümayəndələri daha çox mifologiyanın fəl-
səfi tərəfini araşdırmışlar. Mifik düşüncənin dialektik cəhətdən
dindən ayrı mövcudluğunu qəbul edən A.F.Losevə görə, «mifo-
1
Дюмезиль Ж. Скифы и нарты. Сокр. пер. с франц. А.З.Алмазовой. –
М.: Наука, 1990, с. 79.
Mifologiya
- 47 -
logiya özlüyündə din deyil, xüsusi dini yaranış da deyil, sadəcə
olaraq dinin özü də heç cürə mifologiya deyil»
1
. Əgər mifləri in-
sanlar yaradır və özləri də həmişə miflərin aləmi ilə yaşayırsa,
deməli, insanın özü də mifdir. Ona görə də insan mifin nə oldu-
ğunu bilmək üçün, ilk növbədə, özünü tanımalıdır. Ə.E.Qolo-
sovker deyirdi ki, «ən əsas mif – mənim həyatımın mifidir»
2
.
A.F.Losev isə bu qənaəti «şəxsiyyət, tarix və söz – mifologiya
mühitində dialektik üçlükdür»
3
şəklində işlədirdi. Sonuncu
fikirdə, əslində mifologiyanın özünün dialektik quruluşu, struk-
turu göstərilir. Ümumiyyətlə, A.F.Losev miflərin üç əsas əlaməti
(möcüzəli, şəxsi və tarixi) üzərində dayanır və mifi insana tarix
boyu (şüurun meydana gəlib öz yüksək inkişafına doğru keçdiyi
uzun yolda) yol yoldaşı olan qeyri-adi hadisə kimi götürür: «mif
- möcüzəli şəxsi tarixdir»
4
.
Struktur antropologiyanın banisi Klod Levi Strosun etno-
logiya və struktur antropologiyası məsələlərinə aid əsərlərində
primitiv cəmiyyətlərdə ailənin mövqeyi və inam sistemləri ilə
yanaşı, mifoloji düşüncənin strukturu da öyrənilir. Onun irəli
sürdüyü metodda sinxronluğun əsası, mədəniyyət amillərinə se-
miotik yanaşma, xüsusi vasitələrlə daxili quruluşların modelləş-
mə yolları və əlaqələri, variantlaşma əlamətlərinin rolu ön plana
çəkilir. Miflərin strukturu eyni qaydada varlıqlardakı daxili bağ-
lılıqları idarə edən sistem kimi müəyyənləşdirilir. E.M.Meletin-
skinin «struktur-semantik metod» adlandırdığı bu üsulun birinci
mərhələsində gərəkli semiotik əlamətlərin birliyi üzə çıxarılır,
ikinci mərhələsində isə strukturun modelləşdirilməsi yolları gös-
tərilir. K.Levi Stros həm mifoloji düşüncənin məntiqi araşdırma-
ya cəlb edilərkən ümumiləşdirmə gücünə malik olduğunu, həm
də tarixi-etnoqrafik faktor kimi neolit əsrinin tərəqqi, sıçrayış
amilinə çevrildiyini əsaslandırır. Bunlarla yanaşı mifoloji düşün-
1
Лосев А.Ф. Диалектика мифа. – В его кн. «Философия. Мифология.
Культура». – М.: Политиздат, 1991, с. 166.
2
Голосовкер Я.Э. Логика мифа. – М.: Наука, 1987, с. 21.
3
Лосев А.Ф. Диалектика мифа, с. 168.
4
Yenə orada, s. 169.
Dostları ilə paylaş: |