Ramazan Qafarlı
- 36 -
mülayımliyi və sərtliyi də S.Rzasoyun xarakterinin formalaşma-
sında az rol oynamamışdı. Doğmalarının hədsiz qayğısı, vali-
deynlərinin orta məktəbdə seçilib-sayılan övladını ali təhsilli
görmək arzusu gənc Seyfəddinin özünün bədii ədəbiyyata, söz
sənətinə vurğunluğu, dünyanın sirlərini öyrənmək marağı ilə
üst-üstə düşdüyündən tale onu qocaman təhsil ocağına – Peda-
qoji İnstitutun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti)
filologiya fükültəsinə gətirib çıxartmışdı. O zamandan ədəbi-nə-
zəri fikirlərin burulğanına düşüb ədəbiyyatın gizli kodlarının
açarını axtarıb tapmağı həyat amalına çevirmişdi. Və Bakı ilə
doğmalaşmışdı. O, keçilməz yollarla addımlamağa, indiyədək
heç kimin toxunmadığı məsələlərə aydınlıq gətirməyə meyl gös-
tərmişdi. Çətinliyinə baxmayaraq, ilk ciddi tədqiqatında Azər-
baycan elmi-nəzəri fikrinə yad olan mövzunu – dahi Nizaminin
yaradıcılığında Dünya Modeli problemini işləməklə Nizamişü-
naslığa elə tövhə, elə təzə-təravət gətirmişdi ki, alimin funda-
mental araşdırması elmi əhəmiyyətini və sanbalını həmişə qoru-
yub saxlayacaq, müasir tədqiqatların meydanını daha da geniş-
ləndirəcək, elmi düşüncədə yeni cığırların açılmasına düzgün
istiqamət verəcək.
Yaxşı yadımdadır, alimin Nizami poeziyasının təhlilinə
həsr olunan namizədlik dissertasiyası işlədiyim kafedraya gön-
dərilmişdi. Məhz müzakirə zamanı Dünya Modelinin nə demək
olduğunu anlamayan bir çox tədqiqatçılar müəllifi qərəzli şə-
kildə tənqidə keçmişdilər. Ağır zəhmət bahasına əmələ gələn
əsər müəllifdən ötrü övlad kimidir. S.Rzasoy təslim bayrağı qal-
dıran alimlərdən olmadığını ilk dəfə onda nümayış etdirib de-
mişdi ki, qanmazı qandırmaq mümkündür, amma alim adı daşı-
yan savadsızlara elmin yeniliklərini başa salmaq çox çətindir...
Onda onun sərt cavabını kobudluq kimi qiymətləndirib,
dissertasiyasına müsbət rəy verməklə bəziləri səviyyəsizliklərini
ört-basdır etmişdilər. Bəli, S.Rzasoy Azərbaycan ədəbiyyatşü-
naslığını “Dünya modeli” kimi onlarla yeni mühüm terminlə
zənginləşdirmişdi. Əslində, alim Nizami yaradıcılığı əsasında
Mifologiya
- 37 -
şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini yaratmağı bacar-
mışdı. Dünya Modeli deyəndə yazılı abidələr (bədii mətnlər), ta-
rixi sənədlər, arxeoloji tapıntılar, maddi dəlillər əsasında aid ol-
duğu çağın insanlarının dünya görüşlərindən tutmuş, cəmiyyətdə
tutduqları mövqeyə qədər bütün məsələlərin aşkarlanması və re-
konstruksiya edilməsi deməkdir. S.Rzasoy sübut edirdi ki,
Nizami kimi söz ustalarının əsərləri ensiklopedik məlumatların
daşıyıcısıdır. Ailə münasibətləri: ər-arvad, ata-oğul, bacı-qardaş,
ana-qız, ağa-nökər, ev sahibi-qonaq; dövlət, hökmdar və xalq
əlaqələri (şah-əkinçi, qoca-cavan, çoban-padşah, şah-cariyə, şah-
hərəmlər, şah-vəzir, şah-dustaqlar), dövrün peşələri, usta, müəl-
lim, şagird, məktəb, təhsil, tərbiyə və b. məsələlər Nizaminin
poeziyasında zərgər dəqiqliyi ilə verilmişdir. Ayrı-ayrı insan
təbəqələrinin əqidə və düşüncələrinin, dünya haqqında təsəvvür-
lərinin uzaq çağlarda necə olduğunun bədii mətnlər əsasında üzə
çıxarılmasının mümkünlüyünü irəli sürən alim həm də yazılı
ədəbiyyat-folklor, bədii mətn-tarix, mif-ritual, mif-gerçəklik əla-
qələri problemlərinə də aydınlıq gətirirdi. Bu mənada alimin
elmi fəaliyyətinin istiqamətləri çoxşaxəlidir. Klassik ədəbiyyat-
da zaman-məkan vəhdətində insanın rolu onun elmi yaradıcılığı-
nın ilk istiqaməti idi.
S.Rzasoy türk mifologiyasının rekonstruksiya yollarına
həsr etdiyi fundamental əsərləri ilə (xüsusilə “Oğuz mifologiya-
sı”) Azərbaycan-türk folklorşünaslığında yeni mərhələnin baş-
lanğıcını qoymuşdur. Onun fəaliyyətinin bu istiqamətinin geniş
təhlil və təbliğ olunması ona görə vacibdir ki, son çağlaradək
Rusiya, Orta Asiya və Türkiyə alimləri türk mifologiyasının
qaynaqlarını göstərərkən üzdə olan əlamətlərlə, daha çox nağıl
və epos mətnlərindəki obraz və süjetlərlə kifayətlənirdilər.
S.Rzasoy isə oğuz eposlarının mətnlərindəki mifik düşüncə kod-
larını əsaslandırılmış şəkildə üzə çıxarmağı bacardı.
S.Rzasoy
Azərbaycan
folklorşünaslığında
struktur
mifologiya və struktur ritualistikanın əsaslarını qoymuşdur.
Təbii ki, ona qədər mif və ritual problemlərindən bəhs olun-
muşdur. Lakin Seyfəddin Rzasoyun araşdırmalarını əlamətdar
Ramazan Qafarlı
- 38 -
edən cəhət onun öz tədqiqatlarını struktur-semiotik metodla
aparmasındadır. Burada bir məqamı xüsusi olaraq vurğulamaq
istəyirəm ki, S.Rzasoy struktur-semiotik metodu folklor
mətnlərinə sadəcə tətbiq etməmiş, bu metodun mifologiyaya tət-
biqinin “yeni modifikasiyasını” yaratmışdır. Alimin “Oğuz mifi
və Oğuznamə eposu” monoqrafiyasına ön sözün müəllifi prof.
K.V.Nərimanoğlu yazır: “Nəzəri sistemi mükəmməl bilən
S.Rzasoyun mövcud nəzəri baxışı türk eposuna, mifologiyasına
tətbiqi qətiyyən mexaniki təsir bağışlamır. Türk mif məntiqini,
ruhunu, strukturunu, fəlsəfəsini gözəl bilən araşdırmaçı Oğuzna-
mə eposunda türk mif modelini bərpa edərkən əsla diqtə, şablon
yolunu tutmur, əksinə, üzvi vəhdət, universal qanunauyğunluq
və fərdi təkrarsızlıq arasındakı dialektik, üzvi münasibəti əsas
alaraq araşdırma aparır. O, Oğuznamə eposunda ritual-mifoloji
dünya modelini bərpa edərkən ayrı-ayrı semantemləri, nəzəri-
epistemoloji konteksti, tarixi düşüncə kodundan mif koduna ba-
xışı, türk dünya modelinin semiotik-kosmoloji təbiətini bacarıq-
la aşır... İ.Kantın antinomiya nəzəriyyəsi və F.De Sössürün məş-
hur dixotomiya sistemini mif-folklor araşdırmalarına uğurla tət-
biq edib, elmi nəticələr alan S.Rzasoy “Oğuz ritual dünya mo-
deli” bölümündə bərpanın yeni modifikasiyasını təqdim
edir...”
1
.
Qeyd edək ki, S.Rzasoy Azərbaycan folklorşünaslığında
struktur-semiotik metodun folklor-mifologiyaya tətbiqinin nə-
zəri-elmi əsaslarını, terminoloji-kateqorial sistemini işləyib
hazırlamışdır. Onun bu sahədəki monoqrafiyası hələ ki bizim
folklorşünaslığımızda metod probleminə həsr olunmuş yeganə
əsər olaraq qalmaqdadır
2
.
1
Nərimanoğlu K.V. Türk mif poetikasına yeni baxış (ön söz) / S.Rzasoy.
Oğuz mifi və Oğuznamə eposu. B., «Nurlan» nəşriyyatı, 2007, s. 3-4.
2
Rzasoy S. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. B.: Nurlan,
2008, 188 s.
Dostları ilə paylaş: |