Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə12/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   8   9   10   11   12   13   14   15   ...   148

Ramazan Qafarlı 

 

- 36 - 



 

mülayımliyi və sərtliyi də S.Rzasoyun xarakterinin formalaşma-

sında  az  rol  oynamamışdı.  Doğmalarının  hədsiz  qayğısı,  vali-

deynlərinin  orta  məktəbdə  seçilib-sayılan  övladını  ali  təhsilli 

görmək  arzusu  gənc  Seyfəddinin  özünün  bədii  ədəbiyyata,  söz 

sənətinə  vurğunluğu,  dünyanın  sirlərini  öyrənmək  marağı  ilə 

üst-üstə  düşdüyündən  tale  onu  qocaman  təhsil  ocağına  –  Peda-

qoji İnstitutun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) 

filologiya fükültəsinə gətirib çıxartmışdı. O zamandan ədəbi-nə-

zəri  fikirlərin  burulğanına  düşüb  ədəbiyyatın  gizli  kodlarının 

açarını  axtarıb  tapmağı  həyat  amalına  çevirmişdi.  Və  Bakı  ilə 

doğmalaşmışdı.  O,  keçilməz  yollarla  addımlamağa,  indiyədək 

heç kimin toxunmadığı məsələlərə aydınlıq gətirməyə meyl gös-

tərmişdi.  Çətinliyinə  baxmayaraq,  ilk  ciddi  tədqiqatında  Azər-

baycan elmi-nəzəri fikrinə yad olan mövzunu – dahi Nizaminin 

yaradıcılığında  Dünya  Modeli  problemini  işləməklə  Nizamişü-

naslığa  elə  tövhə,  elə  təzə-təravət  gətirmişdi  ki,  alimin  funda-

mental araşdırması elmi əhəmiyyətini və sanbalını həmişə qoru-

yub  saxlayacaq,  müasir  tədqiqatların  meydanını  daha  da  geniş-

ləndirəcək,  elmi  düşüncədə  yeni  cığırların  açılmasına  düzgün 

istiqamət verəcək.  

Yaxşı  yadımdadır,  alimin  Nizami  poeziyasının  təhlilinə 

həsr  olunan  namizədlik  dissertasiyası  işlədiyim  kafedraya  gön-

dərilmişdi. Məhz müzakirə zamanı Dünya Modelinin nə demək 

olduğunu  anlamayan  bir  çox  tədqiqatçılar  müəllifi  qərəzli  şə-

kildə  tənqidə  keçmişdilər.  Ağır  zəhmət  bahasına  əmələ  gələn 

əsər müəllifdən ötrü övlad kimidir. S.Rzasoy təslim bayrağı qal-

dıran  alimlərdən  olmadığını  ilk  dəfə  onda  nümayış  etdirib  de-

mişdi ki, qanmazı qandırmaq mümkündür, amma alim adı daşı-

yan savadsızlara elmin yeniliklərini başa salmaq çox çətindir... 

Onda  onun  sərt  cavabını  kobudluq  kimi  qiymətləndirib, 

dissertasiyasına müsbət rəy verməklə bəziləri səviyyəsizliklərini 

ört-basdır  etmişdilər.  Bəli,  S.Rzasoy  Azərbaycan  ədəbiyyatşü-

naslığını  “Dünya  modeli”  kimi  onlarla  yeni  mühüm  terminlə 

zənginləşdirmişdi.  Əslində,  alim  Nizami  yaradıcılığı  əsasında 



Mifologiya 

- 37 - 


 

şairin  yaşadığı  dövrün  hərtərəfli  mənzərəsini  yaratmağı  bacar-

mışdı. Dünya Modeli deyəndə yazılı abidələr (bədii mətnlər), ta-

rixi sənədlər, arxeoloji tapıntılar, maddi dəlillər əsasında aid ol-

duğu çağın insanlarının dünya görüşlərindən tutmuş, cəmiyyətdə 

tutduqları mövqeyə qədər bütün məsələlərin aşkarlanması və re-

konstruksiya  edilməsi  deməkdir.  S.Rzasoy  sübut  edirdi  ki, 

Nizami  kimi  söz  ustalarının  əsərləri  ensiklopedik  məlumatların 

daşıyıcısıdır. Ailə münasibətləri: ər-arvad, ata-oğul, bacı-qardaş, 

ana-qız,  ağa-nökər,  ev  sahibi-qonaq;  dövlət,  hökmdar  və  xalq 

əlaqələri (şah-əkinçi, qoca-cavan, çoban-padşah, şah-cariyə, şah-

hərəmlər, şah-vəzir, şah-dustaqlar), dövrün peşələri, usta, müəl-

lim,  şagird,  məktəb,  təhsil,  tərbiyə  və  b.  məsələlər  Nizaminin 

poeziyasında  zərgər  dəqiqliyi  ilə  verilmişdir.  Ayrı-ayrı  insan 

təbəqələrinin əqidə və düşüncələrinin, dünya haqqında təsəvvür-

lərinin uzaq çağlarda necə olduğunun bədii mətnlər əsasında üzə 

çıxarılmasının  mümkünlüyünü  irəli  sürən  alim  həm  də  yazılı 

ədəbiyyat-folklor, bədii mətn-tarix, mif-ritual, mif-gerçəklik əla-

qələri  problemlərinə  də  aydınlıq  gətirirdi.  Bu  mənada  alimin 

elmi  fəaliyyətinin  istiqamətləri çoxşaxəlidir. Klassik ədəbiyyat-

da zaman-məkan vəhdətində insanın rolu onun elmi yaradıcılığı-

nın ilk istiqaməti idi. 

S.Rzasoy  türk  mifologiyasının  rekonstruksiya  yollarına 

həsr etdiyi fundamental əsərləri ilə (xüsusilə “Oğuz mifologiya-

sı”)  Azərbaycan-türk  folklorşünaslığında  yeni  mərhələnin  baş-

lanğıcını  qoymuşdur. Onun fəaliyyətinin  bu istiqamətinin  geniş 

təhlil  və  təbliğ  olunması  ona  görə  vacibdir  ki,  son  çağlaradək 

Rusiya,  Orta  Asiya  və  Türkiyə  alimləri  türk  mifologiyasının 

qaynaqlarını  göstərərkən  üzdə  olan  əlamətlərlə,  daha  çox  nağıl 

və  epos  mətnlərindəki  obraz  və  süjetlərlə  kifayətlənirdilər. 

S.Rzasoy isə oğuz eposlarının mətnlərindəki mifik düşüncə kod-

larını əsaslandırılmış şəkildə üzə çıxarmağı bacardı. 

S.Rzasoy 

Azərbaycan 

folklorşünaslığında 

struktur 

mifologiya  və  struktur  ritualistikanın  əsaslarını  qoymuşdur. 

Təbii  ki,  ona  qədər  mif  və  ritual  problemlərindən  bəhs  olun-

muşdur.  Lakin  Seyfəddin  Rzasoyun  araşdırmalarını  əlamətdar 



Ramazan Qafarlı 

 

- 38 - 



 

edən  cəhət  onun  öz  tədqiqatlarını  struktur-semiotik  metodla 

aparmasındadır.  Burada  bir  məqamı  xüsusi  olaraq  vurğulamaq 

istəyirəm  ki,  S.Rzasoy  struktur-semiotik  metodu  folklor 

mətnlərinə sadəcə tətbiq etməmiş, bu metodun mifologiyaya tət-

biqinin “yeni modifikasiyasını” yaratmışdır. Alimin “Oğuz mifi 

və  Oğuznamə  eposu”  monoqrafiyasına  ön  sözün  müəllifi  prof. 

K.V.Nərimanoğlu  yazır:  “Nəzəri  sistemi  mükəmməl  bilən 

S.Rzasoyun mövcud nəzəri baxışı türk eposuna, mifologiyasına 

tətbiqi  qətiyyən  mexaniki  təsir  bağışlamır.  Türk  mif  məntiqini, 

ruhunu, strukturunu, fəlsəfəsini gözəl bilən araşdırmaçı Oğuzna-

mə eposunda türk mif modelini bərpa edərkən əsla diqtə, şablon 

yolunu  tutmur,  əksinə,  üzvi  vəhdət,  universal  qanunauyğunluq 

və  fərdi  təkrarsızlıq  arasındakı  dialektik,  üzvi  münasibəti  əsas 

alaraq  araşdırma  aparır.  O,  Oğuznamə  eposunda  ritual-mifoloji 

dünya  modelini  bərpa  edərkən  ayrı-ayrı  semantemləri,  nəzəri-

epistemoloji konteksti, tarixi düşüncə kodundan mif koduna ba-

xışı, türk dünya modelinin semiotik-kosmoloji təbiətini bacarıq-

la aşır... İ.Kantın antinomiya nəzəriyyəsi və F.De Sössürün məş-

hur dixotomiya sistemini mif-folklor araşdırmalarına uğurla tət-

biq edib, elmi nəticələr alan S.Rzasoy  “Oğuz ritual dünya mo-

deli”  bölümündə  bərpanın  yeni  modifikasiyasını  təqdim 



edir...

1



Qeyd  edək  ki,  S.Rzasoy  Azərbaycan  folklorşünaslığında 

struktur-semiotik  metodun  folklor-mifologiyaya  tətbiqinin  nə-

zəri-elmi  əsaslarını,  terminoloji-kateqorial  sistemini  işləyib 

hazırlamışdır.  Onun  bu  sahədəki  monoqrafiyası  hələ  ki  bizim 

folklorşünaslığımızda  metod  probleminə  həsr  olunmuş  yeganə 

əsər olaraq qalmaqdadır

2

.   


                                            

1

 Nərimanoğlu  K.V.  Türk  mif  poetikasına  yeni  baxış  (ön  söz)  /  S.Rzasoy. 



Oğuz mifi və Oğuznamə eposu. B., «Nurlan» nəşriyyatı, 2007, s. 3-4.  

2

 Rzasoy  S.  Mifologiya  və  folklor:  nəzəri-metodoloji  kontekst.  B.:  Nurlan, 



2008, 188 s. 

 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə