Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə9/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   5   6   7   8   9   10   11   12   ...   148

Mifologiya 

- 27 - 


 

nəzəriyyəsi  (Alim  «Mifoloji  məktəb»  nəzəriyyəsini  nəzərdə  tu-

turdu)  ilə  izah  olunmaz.  Tarixdən  əvvəl  bir-birindən  ayrılmış 

xalqlar bu mövzuları bütün təfsilatı ilə saxlaya bilməzdi. Sonra 

müəyyən və bir-birinə bənzər mövzuların yalnız ari irqinə mən-

sub  qohumlarda  deyil,  başqa  irqlərə  məxsus  olanlarda  da  gör-

mək olar»

1

.  



Azərbaycanda  mifoloji  görüşlərin  mövcudluğu  haqqında 

V.Xuluflu,  B.Çobanzadə,  H.Əlizadə,  Ə.Axundov,  H.Araslı, 

Ə.Dəmirçizadə, N.Seyidov və M.H.Təhmasib

2

 də maraqlı mü-



lahizələr  irəli  sürmüşlər.  Lakin  Mirzə  Kazımbəylə  yandırılan 

«mifoloji məşəl» Y.V.Çəmənzəminli və başqaları tərəfindən çox 

ağır şəraitlərdə qorunub saxlansa da, repressiya illərində (1937-

1940)  tamam  söndürülmüş,  xalqın  əski  görüşlərindən  danışan-

lara  «pantürkist»,  «panislamist»  damğası  vurulub  həbsxanalara 

salınmış,  Azərbaycan  mifologiyasının  öyrənilməsinə  qoyulan 

«mədəni  yasağ»ın  nəticələrindən  doğan  qorxu  xofu  isə  uzun 

müddət ürəklərdən getməmişdir.  

Keçən  əsrin  60-cı  illərinədək  Azərbaycanda  mifologiya, 

əski  rituallar  və  inanclara  tarix,  ədəbiyyat  və  mədəniyyət  tari-

xindən  bəhs  açan  dərsliklərdə  ötəri  yanaşılmış,  ən  yaxşı  halda 

bəzi  folklor  toplularına  bir-iki  nümunə  salınmışdır.  M.Seyido-



vun  çap  olunan  məqalələri  və  «Azərbaycan  mifik  görüşlərinin 

qaynaqları»  (1983)  adlı  monoqrafiyası  ilə  bu  sahəyə  yenidən 

böyük  maraq  oyanmışdır.  Onun  tədqiqatlarında

3

 Azərbaycan 



türklərinin bəzi  mifoloji obrazlarının (Oğuz, öləng, qam,  Xızır, 

Kosa, keçi,  varsaq, Qorqud və s.) mədəniyyət tarixində  yeri və 

rolu öyrənilmiş, daha çox söz və ifadələrin miflər vasitəsi ilə eti-

moloji aspekеdə izahına yer ayrılmışdır. M.Seyidov mifologiya-

                                            

1

 Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə. III cild. – B., Elm, 1977, s. 66. 



2

 Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). – B., Elm, 1972, s. 

114. 

3

 Bax:  Seyidov  M.  Azərbaycan  xalqının  soy-kökünü  düşünərkən.  –  B., 



Yazıçı, 1989; Qızıl döyüşçünün taleyi . – B., Gənclik, 1984; Qam-şaman və 

onun  qaynaqlarına  ümumi  baxış.  –  B.,  Gənclik,  1994;  Yaz  bayramı  –  B., 

Gənclik, 1990; Azərbaycan mifik görüşlərinin qaynaqları. – B., Yazıçı, 1983. 



Ramazan Qafarlı 

 

- 28 - 



 

nın müxtəlif problemlərinə aid zəngin yaradıcılığı və elmi-peda-

qoji fəaliyyəti ilə məktəb yaradan alimlərdən biridir. O, onlarla 

istedadlı gənci bu sahənin araşdırılmasına istiqamətləndirmişdir. 

Tədqiqatçılar (A.AcalovA.Şükürov) onun fəaliyyətini iki dövrə 

ayıraraq  göstərirlər  ki,  birinci  dövr  (1950-60-cı  illər)  konkret 

məsələlərə  həsr  olunan  məqalələrlə  təmsil  olunur.  Müəllif  bu 

dövrdə öz axtarışlarını birbaşa mifoloji sistemin bütövlükdə təs-

viri  və  bərpasına  yönəltmiş,  mifologiyaya  ədəbiyyat  tarixinin 

müxtəlif problemləri ilə əlaqədar müraciət etmişdir. İkinci dövrə 

(1970-80-cı  illər)  aid  əsərlərində  isə  M.Seyidov  mifologiya 

problemlərini daha geniş kontekstdə sistemli olaraq araşdırmış-

dır.  Onun  son  illərdə  meydana  çıxan  monoqrafik  tədqiqatları 

nəinki Azərbaycanda, ümumiyyətlə, bütün türk dünyasında mü-

hüm hadisə kimi qiymətləndirilməlidir. 

Azərbaycanda  mifik  təfəkkürün  qaynaqları  aşkarlanandan 

sonra  etnoqrafiya  və  folklorun  ayrı-ayrı  məsələləri  ilə  bağlı 

aparılan  araşdırmalarda  mifoloji  görüşlərin  epos  («Kitabi-Dədə 

Qorqud»,  «Koroğlu»),  yazqabağı  rituallar,  klassik  yazılı  ədə-

biyyat,  qədim  memarlıq  kompleksləri  və  digər  mədəni-tarixi 

abidələrlə  əlaqəsi  diqqət  mərkəzinə  çəkilmişdir.  80-ci  illərdə 

A.Acalov

Azərbaycan  türklərinin  mifoloji  mətnlərini  toplayıb 



tərtib  etmiş  və  90-cı  illərdə  M.Məmmədov

2

 Azərbaycan  mif-



lərinin  mətnləri  əsasında  namizədlik  dissertasiyası  müdafiə  et-

mişdir. Y.M.Lotmanın məktəbini keçmiş A.Acalovun fəaliyyəti 

ilə  mifoloji  tədqiqatlar  rus  və  Avropa  standartlarına  uyğunlaş-

dırılmışdır.  Lakin  o,  bir  sıra  gərəkli  işləri  yerinə  yetirməklə 

yanaşı məsələyə birtərəfli yanaşmış, Azərbaycan xalqının mifo-

loji düşüncəsinin Qafqaz və qədim Midiya (xüsusilə atəşpərəst-

liklə) ilə bağlanan cəhətlərinin üstündən sükutla keçmiş, bunun-

la da türk faktorunun sonradan gətirilmə və orta əsrlərin başlan-

                                            

1

 Azərbaycan  mifoloji  mətnləri.  Tərtib  edəni,  ön  söz  və  şərhlərin  müəllifi 



A.Acalov. – B.,  Elm, 1988. 

2

 Məmmədov  M.M.  Azərbaycan  mifoloji  mətnləri.  Namizədlik  dissertasi-



yasının avtoreferatı. – B., 1998. 


Mifologiya 

- 29 - 


 

ğıcında  köklə  bağlanan  amillərin  burada  yaşayan  əhaliyə  keç-

məsi qənaəti alınmışdır. 

A.Şükürov

1

 1995-2002-ci  illərdə  dünya  xalqlarının  mifo-

logiyasına on cildlik əsər həsr etmişdir. S.Rzasoyun yazdığı ki-

mi,  «oncildlikdə  əsas  məqsədlərdən  biri  də  Azərbaycan  oxucu-

sunu,  belə  demək  mümkünsə,  mifoloji  cəhətdən  maarifləndir-

məkdir.  Bu  mənada,  hər  cild  zəngin  biblioqrafik  göstəricilərə 

malikdir»

2

. Onun fəlsəfə, kulturologiya, din, ateizm, sosial eko-



logiya  və  mifologiyaya  aid  elmi  kitabları  ona  görə  qiymətlidir 

ki,  hər  biri  Azərbaycan  xalqının  qədim  tarixi,  adət-ənənələri, 

psixologiyası, incəsənəti, ədəbiyyatı ilə yoğrularaq meydana gə-

tirilmişdir. Dünya xalqlarının mifoloji sistemləri sırasında Azər-

baycan  türklərinin  ibtidai  dünyagörüşünün  özünəməxsusluğunu 

göstərməyə  çalışan  A.Şükürov  «Dədə  Qorqudun  mifologiyası» 

monoqrafiyasında  eposun  mifoloji  qatlarına  nüfuz  etmiş,  ayrı-

ayrı boyların süjet xəttindəki hadisələrdə və obrazlar silsiləsində 

mifoloji əlamətlərin düzgün şərhini vermişdir. 

A.Nəbiyevin

3

 araşdırmalarında Azərbaycan miflərinin iki 

istiqamətdən (oğuz və İran) gəldiyi irəli sürülmüşdür. O, «Sehir 

                                            

1

 Şükürov A. Dədə Qorqudun mifologiyası. – B., Elm, 1999; Mifologiya. Bi-



rinci kitab. Ümumi-nəzəri məsələlər – B., Elm, 1995; Mifologiya, İkinci ki-

tab.  Qədim  Şərq  xalqlarının  mifologiyası.  –  B.,  Elm,  1995;  Mifologiya, 

Üçüncu  kitab.  İran  xalqlarının  mifologiyası.  –  B.,  Elm,  1995;  Mifologiya, 

Dördüncü kitab. Qədim hind mifologiyası – B., Elm, 1996; Mifologiya, Be-

şinci kitab. Qədim Çin mifologiyası. – B., Elm, 1997; Mifologiya, Altıncı ki-

tab. Qədim türk  mifologiyası.  – B., Elm, 1998; Mifologiya, Yeddinci  kitab. 

Yunan mifologiyası. – B., «Qartal» nəşriyyatı, 1999; Mifologiya. Səkkizinci 

kitab. Alman-skandinav xalqlarının mifologiyası. – B., Elm, 1999; Mifologi-

ya. Doqquzuncu kitab. Slavyan xalqlarının mifologiyası. – B., «Adiloğlu qar-

daşları» nəşriyyatı, 2002. 

2

 Bax.:  Rzasoy  S.  Müasir  Azərbaycan  folklorşünaslığı.  2  cilddə,  1-ci  c.  B., 



2013, s. 24-35  

3

 Nəbiyev A. Azərbaycan mifologiyası. «Folklorşünaslıq məsələləri» məcmu-



əsi,  Beşinci  kitab.  –  Bakı  Universiteti  Nəşriyyatı,  2002;  Azərbaycan  xalq 

ədəbiyyatı. Birinci hissə. Ali məktəblər üçün dərslik. – B., «Turan» nəşriyyat 

evi, 2002; Nəğmələr. İnanclar. Alqışlar. Toplayanı və tərtib edəni A.Nəbiyev. 

– B., Yazıçı, 1986. 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə