Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə11/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   7   8   9   10   11   12   13   14   ...   148

Mifologiya 

- 33 - 


 

məhsullarıdır.  R.Bədəlov  oğuznamələrin  materialları  əsasında 

mifologiyanın  fəlsəfəsi,  Rüstəm  Kamal,  Cəlal  Bəydili 

(Məmmədov)  «Dədə  Qorqud»un  semantikası  və  mifologiyası, 

S.Rzasoy  Nizami  yaradıcılığında  mifik  dünya  modeli,  Oğuz 

mifologiyası,  Ramil  Əliyev  nağıllarda  mifoloji  obrazlar,  bədii 

şüurun  formalaşmasına  mifin  təsiri,  türk  mifoloji  düşüncəsi  və 

onun  epik  transformasiyaları,  Razim  Əliyev  Qobustan  qaya 

rəsmləri  və  qədim  memarlıq  komplekslərində  mifoloji  kodların 

açılması  kimi  problemlərin  həllinə  dissertasiya  və  monoq-

rafiyalar  həsr  etmişlər.  Beləliklə,  Azərbaycan  xalqının  tarixi 

köklərinə  aydınlıq  gətirən  bir  sıra  əlamətlər  tarixçilər  və 

folklorşünaslar tərəfindən araşdırılsa da, mifoloji görüşlər kom-

pleks  şəkildə  –  etnomədəni  dəlil  kimi  sistemli  şəkildə  tədqiqat 

obyektinə  çevrilməmiş,  genezisi  ilə  bağlı  məsələlər  əksər 

hallarda  açıq  qalmış,  ya  da  mübahisəli  qənaətlərlə  əks 

olunmuşdur. 

F.e.d., prof. Ramil Əliyevin yaradıcılığı Azərbaycan mi-

fologiya elminin özünəməxsus səhifəsini təşkil edir. Onun mifo-

logiyaya  yanaşması  orijinallığı  və  epik  mətnlərə  münasibətdə 

xüsusi həssaslığı ilə seçilir. Ramil Əliyevin  yaradıcılığını mün-

təzəm şəkildə izləyən və vaxtaşırı elmi dəyərləndirmə müstəvisi-

nə gətirən S.Rzasoy yazır ki, türk folkloru məzmun və kəmiyyət 

baxımından çox nəhəng hadisədir. Onu bütövlükdə əhatə etmək, 

əslində,  mümkünsüz  işdir.  Bu  halda  tədqiqatçıdan  ümumtürk 

folklorunun daha çox konkret milli layına isnad etmək tələb olu-

nur.  Türk  mədəniyyətinin  istənilən  milli  tipi  onun  arxitektonik 

strukturlarının    türk  mifologiyasının  bərpası  üçün  zəngin  və 

əvəzsiz  material  verir.  Bunun  biz  sayılıb-seçilən  Azərbaycan 

folklorşünası, prof. R.Əliyevin «Mif və folklor: genezisi və po-

etikası» monoqrafiyasının

1

 nümunəsində bir daha şahidi oluruq. 



R.M.Əliyev mif və folklor məsələləri ilə ardıcıl şəkildə məşğul 

olur. İndiyədək dörd kitabı çap olunmuşdur. Həmin kitablardan 

ikisi  («Azərbaycan  nağıllarında  mifik  görüşlər»  və  «Mifoloji 

                                            

1

 Əliyev R. Mif və folklor: genezisi və poetikası. Bakı, «Elm», 2005.  




Ramazan Qafarlı 

 

- 34 - 



 

şüurun  bədii  spesifikası»)  və  çoxsaylı  elmi  məqalələri  birbaşa 

mif  və  folklor  problemlərinə  həsr  olunmuşdur.  Tədqiqatlarında 

faktoloji  zənginlik  nümayiş  etdirən  araşdırıcı  Azərbaycan 

folklorşünasları  arasında  daha  çox  diqqəti  folklorşünaslığın 

fundamental məsələlərinə yönəltməsi ilə məşhurdur. Bu baxım-

dan,  onun  sözügedən  monoqrafiyası  da  Azərbaycan  folklor-

şünaslıq  elminin  aktual  probleminə  həsr  olunmuşdur.  «Mif  və 

folklor»  problemi  hər  hansı  tədqiqatçıya  öz  həlli,  ona  yanaşma 

tərzi,  mövzunu  predmetləşdirmə  müstəviləri  və  s.  baxımından, 

əslində,  geniş  yanaşma  bucaqları  təqdim  edir.  Bu  halda  bütün 

baxış  müstəvilərini  əhatə  etməyə  cəhd  istənilən  tədqiqatı 

konkretilikdən  yayındırmış  olur.  Bu  mənada,  R.M.Əliyevin 

«Mif  və  folklor:  genezisi  və  poetikası»  monoqrafiyası 

predmetinin  konkretliyi,  problemin  dəqiq  və  aydın  sərhədlər 

kontekstində götürülməsi ilə xüsusi seçilir

1



Prof.  Ramil  Əilyevin  Azərbaycan  folklorşünaslığında 



tematikası  baxımından  analoqu  olmayan  “Riyazi  mifologiya” 

adlı  tədqiqatı  fenomenal  hadisədir



2

.  Bu  əsəri  “Azərbaycan 

folklorşünaslığında yeni səhifə” olaraq qiymətləndirən S.Rzaso-

yun yazdığı kimi, Ramil Əliyevin «Riyazi mifologiya» əsəri, sö-

zün  gerçək  anlamında,  Azərbaycan  folklorşünaslığında  tayı-bə-

rabəri – janr-tematik ekvivalenti olmayan bir araşdırmadır. Əsə-



rin dəyəri onun ilk növbədə Azərbaycan folklorşünaslığının 

mövcud  olduğu  dövrdən  bu  günə  kimi  «riyazi 

folklorşünaslıq» adına aparılmış  bütün təcrübələrini  nəzərə 

almaqla  milli  folklorşünaslıq  və  mifologiyada  yeni  bir  sa-

hənin  – riyazi  mifologiyanın  əsaslarını  qoyması  ilə  müəyyə-

nləşir. R.Əliyev bu monoqrafiya ilə riyazi mifologiyanın nəzəri-

metodoloji  əsaslarını  və  praktiki-təcrübi  bazasını  yaratmışdır. 

Əsərdə folklorşünaslığımızda ilk dəfə olaraq mifoloji informasi-

yanın  riyazi-funksional  modelləşdirilmə  təcrübəsi  həyata  keçi-

                                            

1

 Rzasoy S. Müasir Azərbaycan folklorşünaslığı. 2 cilddə, 1-ci c. B., 2013, s. 



51-52. 

2

 Əliyev R. Riyazi mifologiya. Bakı, «Nurlan», 2008. 




Mifologiya 

- 35 - 


 

rilmişdir. Tədqiqatın birinci fəslindən də göründüyü kimi, Azər-

baycan folklorşünasları zaman-zaman folklor mətnlərində möv-

cud  olan  «riyazi  münasibətləri»  təsvir  və  təhlil  etməyə,  mətnin 

formal-poetik  strukturunu,  yaxud  mətndə  daşınan  məlumatların 

strukturunu bu və ya digər şəkildə modelləşdirməyə çalışmışlar. 

Bu  təcrübələrin,  demək  olar  ki,  hamısı  R.Əliyev  tərəfindən 

nəzərdən  keçirilmişdir.  Lakin  burada  diqqət  çəkən  ən  mühüm 

məqam  ondan  ibarətdir  ki,  müəllif  bu  «riyazi  folklorşünaslıq» 

təcrübələrinin,  demək  olar  ki,  hamısını  monoqrafiyanın  birinci 

fəslində  riyazi-funksional  analiz  müstəvisinə  gətirməklə,  əslin-

də,  özünəqədərki  təcrübəni  həm  «riyazi  mifologiyanın»  tarixi 

kimi təqdim etməyə nail olmuş, həm də bu tədqiqatları, bir növ, 

tamamlamışdır.  Sonuncu  cəhət  monoqrafiyanın  probleminin 

həlli baxımından xüsusi əhəmiyyət daşıyır. 

Alimin mifologiyaya həsr olunmuş növbəti kitabında onun 

görüşləri sistemləşdirilmişdir.

1

  



Azərbaycan  folklorşünaslığında  folklor  mətnlərinə 

struktur-semiotik  metodu  “öz  modifikasiyasında”  (K.V.Nə-

rimanoğlu)  ilk  dəfə  tətbiq  etməklə  struktur  mifologiya  və 

struktur ritualistikanın əsaslarını qoymuş Seyfəddin Rzasoy 

qədim  türk  yurdu  Biləsuvarın  Bəydili  kəndində  sadəliyi  qədər 

həqiqətpərəst,  ədalətli  olan,  ulu  əcdadlarının  ən  yaxşı  keyfiy-

yətlərini ruhunda yaşadan, saflığı, təmizliyi ilə cənub bölgəsində 

ad-san qazanan ziyalı ailəsində (atası Gülverdi kişi əmək fəaliy-

yətinə  keçən  əsrin  50-ci  illərində  müəllim  kimi  başlamışdı,  ca-

van  yaşlarında  dünyasını  dəyişmiş  anası  Bibixanım  ana  isə  ev-

dar qadın idi) dünyaya göz açıb mənəvi qidasını ana laylasından, 

ata nəsihətindən, xalq adət-ənənlərindən, nağıllardan, dastanlar-

dan, müqəddəs sözün müdrikliyindən almışdı. Yurdun füsunkar 

təbiətinin  əsrarəngiz  gözəlliyi,  el  oyun-tamaşalarının,  mərasim-

lərin şirinliyi, duzluluğu, uşaqlıq və yeniyetməlik çağını keçirdi-

yi  ocağın  istiliyi,  ömürdən  qopan  illərin  müxtəlifliyi,  fəsillərin 

                                            

1

 Əliyev  R.  Türk  mifoloji  düşüncəsi  və  onun  epik  transformasiyaları.  B., 



“Elm”, 2014. 


Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə