Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə13/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   9   10   11   12   13   14   15   16   ...   148

Mifologiya 

- 39 - 


 

Alimin  fəaliyyətinin  bir  istiqaməti  də  müasir  Azərbaycan 

folklorşünaslığının  aktual  problemlərini  araşdırmasıdır.  Tədqi-

qatçının  toplayıcılıq,  tərtibçilik  sahəsində  gördüyü  işlər  də  diq-

qətəlayiqdir.  Bir  də  onu  vurğulamaq  lazımdır  ki,  Milli  Elmlər 

Akademiyasında  Folklor  İnstitunun  strukturunun  qurulmasında 

da onun əvəzsiz rolu olmuşdur. Eləcə də yeni kadr hazırlığı sa-

həsindəki xidmətlərini xüsusi qeyd etmək lazımdır.  

S.Rzasoy Azərbaycan  folklorşünaslığının aktual problem-

lərini  bir  neçə  istiqamətdə  tədqiq  süzgəcindən  keçirir.  Alimin 

ikicildliyinin birinci cildi ümumilikdə mif və epos məsələlərinə 

həsr  olunsa  da,  epik  ənənənin  bütün  formalarının  strukturuna, 

bədii  mətn  kodlarına  nəzər  salınır.  “Mifologiya”  bölməsində 

A.Şükürovun, R.Qafarlının, R.Əliyevin, E.Ağayevin, R.Əlizadə-

nin, A.Babəkin, R.Allahverdinin son dövrlərdə  yaranan əsərləri 

təhlil  edilir.  Kitab  “Mifologiyaya  dair  Azərbaycan  türkcəsində 

fundamental nəşrin növbəti cildi” məqaləsi ilə başlanır. Mərhum 

Ağayar Şükürovun 10 cildlik «Mifologiya» seriyasından 6-cı ki-

tabını  oxuculara  təqdim edən  S.Rzasoy  alimin  öz  fəlsəfi-nəzəri 

yanaşma baxışlarına sadiq qalaraq, əvvəl qədim türk mifologiya-

sının qaynaqlarından, tədqiqatçılarından söhbət açmasını, qədim 

türk  dini-mifoloji  sisteminin  qurum  prinsiplərini  açıqlamasını, 

tanrıçılıq  görüşləri  ilə  bağlı  müxtəlif  statuslu  və  səviyyəli 

obrazları  türk  mifçiliyində  hələ  də  mübahisələr  obyekti  olan 

«allahlar  panteonu»  adı  altında  ümumiləşdirməsini,  nəhayət, 

zəngin və ulu türk mifologiyasını ümumiləşdirməklə sistemli el-

mi nəzəriyyə yaratmasını diqqət mərkəzinə çəkir.  

"Professor  Ağayar  Şükürovun  fəlsəfi  araşdırmalar  siste-

mində  mifologiya”  adlanan  ikinci  məqalədə  isə  alimin  müasir 

Azərbaycan fəlsəfə və mifologiyası sahəsində elmi fakturasının 

sistemini  aşağıdakı  şəkildə  qurduğunu  göstərir:  fəlsəfə  və  mif, 

fakturanın  xronoloji  düzümü  və  mövcud  mənzərəsi,  mifoloji 

tədqiqat sistemi, mifoloji fakturanın tipoloji müəyyənləşmə gös-

təriciləri,  mifoloji  biblioqrafiyanın  ümumiləşdirilmə  səviyyəsi 

və prof. A.Şükürovun mifi təqdim modeli. Sadalanan elmi faktu-

ra sisteminin hər birinin şərhini verərək fikirlərini belə ümumi-




Ramazan Qafarlı 

 

- 40 - 



 

ləşdirir: “Bütövlükdə desək, A.Şükürovun «Mifologiya» oncild-

liyinin  daha  geniş  təqdimat  prizmasına  ehtiyac  duyulur.  İndiki 

halda deyilənlər ilk addımları təşkil edir. Belə bir geniş və dol-

ğun sözə isə, doğrudan da, ehtiyac vardır. Çünki elmi düşüncə-

nin ehtiyaclarının ödənilməsi istiqamətində dövriyyəyə iri mate-

rial təqdim edilmişdir”.  

Sayılıb-seçilən  Azərbaycan  folklorşünası,  AMEA  Folklor 

İnstitutunun  Mifologiya  şöbəsinin  böyük  elmi  işçisi,  filologiya 

üzrə elmlər doktoru R.Əliyevin «Mif və folklor: genezisi və po-

etikası» monoqrafiyasının, eləcə də alimin «Riyazi mifologiya» 

əsərinin təhlilinə həsr olunan məqalələrdə mifoloji informasiya-

nın  riyazi-funksional  modelləşdirilmə  təcrübəsinin  ilk  dəfə 

həyata  keçirilməsi  vurğulanır.  Gənc  tədqiqatçı  E.F.Ağayevin 

«Azərbaycan  mifologiya  elmi  və  Mirəli  Seyidov»  adlı  monoq-

rafiyasını  folklorşünaslığın  aktual  problemlərindən  biri  kimi 

təhlilə cəlb edən S.Rzasoy “Azərbaycan mifologiya elmi tarixi-

nin  yeni  səhifəsi”nin  açıldığı  qənaətini  irəli  sürür. 

R.T.Əlizadənin  «Azərbaycan  folklorunda  təbiət  kultları»  adlı 

monoqrafiyası  S.Rzasoyun  “Azərbaycan  kultşünaslığının 

bugünü və gələcəyi” adlı tədqiqatında şərh olunur. Kultların öy-

rənilməsinin  Azərbaycan  folklorşünaslığında  problematik  aktu-

allığa malik  məsələ kimi  çoxdan öz həllini gözlədiyini bildirən 

müəllif R.Əlizadənin bu sahədə yaranmış boşluğu aradan qaldır-

maqla  bərabər,  kultşünaslığın  perspektiv  əsaslarını  da  işləyib 

hazırladığını  yüksək  qiymətləndirir.  A.Babəkin  «Azərbaycan 

folklorunda  su  ilə  bağlı  inamlar»  monoqrafiyasının  da  aktual 

elmi problemə həsr olunmasını təsdiqləyən S.Rzasoy bildirir ki, 

istedadlı  tədqiqatçının  tədqiqata  cəlb  etdiyi  mövzu  problematik 

əsaslarına görə folklorla mifologiyanın çox qədim köklərə malik 

mürəkkəb  münasibətlər  sistemini  özündə  ehtiva  edir.  “Əslində, 

təkcə folklorun deyil, milli mədəniyyətin istənilən təzahür səviy-

yəsinin  arxetipik  əsaslarında  mifoloji  dünyagörüşü  durur.  Milli 

mədəniyyətin  hər  bir  təzahür  səviyyəsi  mifologiya  ilə  spesifik 

münasibətlərə malikdir. Bu cəhətdən folklor istər bir dünyagörü-



Mifologiya 

- 41 - 


 

şü – düşüncə kodu, istərsə də sənət - yaradıcılıq hadisəsi, onun 

mətnlər sistemi kimi mifologiya ilə son dərəcə sıx şəkildə bağlı-

dır.  Digər  tərəfdən,  insanlığın  düşüncə  tarixində  mifologiya  və 

folklorun yaratdığı diaxron sıra folklor Dünya modelində bu sis-

temlərin sinxronluğunda da özünü qoruyur. Bu da öz növbəsində 

folklorun öyrənilməsində mifoloji aspekti qaçılmaz zərurətə çe-

virir.  Bundan  başqa  AMEA  Folklor  İnstitutunda  aparılan  folk-

lorşünaslıq  araşdırmalarının  elmi-nəzəri  səviyyəsinin  artıq  dün-

ya elmi standartları səviyyəsinə qalxması ilə yaranan nəzəri-me-

todoloji baza bu tipli mürəkkəb struktura malik tədqiqatların ya-

ranmasını aktual elmi hadisəyə çevirir”. “Mifik zaman və Nov-

ruz  fenomeninə  yeni  baxış”  başlıqlı  yazıda  R.Allahverdinin 

«Təqvim mifləri və Novruz» monoqrafiyasının elmi əhəmiyyəti, 

ilk növbədə, onda aprobasiya olunan mövzunun tematik orijinal-

lığı ilə şərtləndiyi əsaslandırılır. Sərrast elmi dillə, dərin məntiqi 

mühakimələrlə  yazılmış  tədqiqatın  yeni  elmi  fikir  və  əsaslan-

dırılmış polemikalarla zənginliyini, milli varlığımızın  yeni epo-

xada  özünütəşkil  proseslərinin  mühüm  mexanizmlərindən  olan 

Novruz bayramı haqqında bir sıra yeni və fundamental baxışla-

rın  ortaya  qoyulmasını  dəlillərlə  təsdiqləyən  S.Rzasoy  bu  işin 

Azərbaycan elmi fikir dövriyyəsində özünə möhkəm yer tutaca-

ğına  və  novruzşünaslıq  sahəsindəki  tədqiqatları  sağlam  istiqa-

mətə yönəldəcəyinə böyük ümid bəslədiyini bildirir.  

Dünyanın  bir  üzü  ağ  –  işıqla,  o  biri  qara  –  qaranlıq,  bir 

tərəfi  soyuq,  digəri  soyuq  olsa  da,  dağlarından,  dərələrindən, 

çöllərindən, düzlərindən çox yellər əssə də, bir yandan boşalıb, o 

birindən  dolsa  da,  xeyirini,  şərini,  yaxşısını,  pisini  gizlətmədən 

meydana qoysa da, bütün canlı varlıqlar üçün doğma məkandır, 

yurddur,  Vətəndir,  ana  qucağı  qədər  təravətlidir.  Onun  sirlərini 

açmağa  çalışan  hər  kəsi  alqışlamağı  vəzifə  borcu  sayan  S.Rza-

soy  əslində  öz  böyüklüyünü  nümayiş  etdirmiş,  titullarına,  cə-

miyyətdə  tutduğu  mövqelərinə  fərq  qoymadan  hamının  elmi 

əsərinin  yalnız  bir  cəhətinə  -  yeniliyinə,  çıxarılan  nəticənin 

düzlüyünə və zəhmətinə görə qiymət vermişdir. Filoloji araşdır-

malarında  həmişə  keçilməyən  yollarla  addımlayan  alimin  yara-




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə