Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə16/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   12   13   14   15   16   17   18   19   ...   148

Ramazan Qafarlı 

 

- 48 - 



 

cənin  konkretliyini,  metoforikliyini  və  duyğusallığını  nəzərə 

çarpdırır.  K.Levi  Strosun  nəzəriyyəsinin  canını  ikili  qarşıdur-

malar şəkilli arxetipik simvollar (yuxarı-aşağı, həyat-ölüm, kişi-

qadın  başlanğıcı,  xeyir-şər,  gecə-gündüz,  işıq-qaranlıq,  soyuq-

isti və s.), eləcə də insanların daxilindəki ziddiyyəti aradan qal-

dırmaq  üçün  özlərinin  təfəkküründə  yaranan  qarşı  tərəflərə 

«vasitəçilik» ideyası təşkil edir. Bu, əslində ulu Zaratuştrun ide-

yalarına bu günün elmi prizmasından baxılması idi. Mif ulu əc-

dad üçün şərti olaraq etik, sosial, astronomik və digər istiqamət-

lərdə «kodlaşdırılıb» tərkib hissələrinə ayrılan dünyanın özü idi. 

K.Levi  Stros  yazırdı ki,  «həmin  «kodlar»  elementlərə bölünən-

dən  sonra  «iks»,  «iqrek»,  «müsbət»,  «mənfi»  və  başqa  riyazi 

transformasiyalara  uğrayır.  «Bu  uğramada  miflərin  mətni  çox 

gözəl və cəlbedici görünür»

1

. Alimin əsərlərində riyazi görüntü-



lərlə yanaşı metaforik ifadələr və digər bədiilik əlamətləri nəzərə 

çarpsa da, son dövrlərin ən aparıcı və oxunaqlı təlimi olaraq diq-

qət mərkəzindən kənarlaşdırılmır. 

Arxaik mədəniyyətlərin böyük kəşfləri, arxeoloji qazıntıla-

rın tapıntıları, əski yazılı abidələr əsasında ibtidai cəmiyyətlərin, 

ilkin etnosların məişət tərzinin, dünyagörüşlərinin, etnoqrafik və 

folklor materiallarının üzə çıxarılması, aşkarlanan məlumatların 

müasir sivilizasiyadan uzaq düşmüş tayfaların (hindu, aborogen) 

analoji  əlamətləri  ilə  müqayisəsi  ulu  əcdadın  mifoloji  və  dini 

təsəvvürlərinin  formalaşma  mərhələsinin  əsas  amilləri  barədə 

fikir irəli sürməyə imkan yaradır. Elmdə belə bir qənaət var ki, 

paralel  dünyalar  (gerçək  dünya  ilə  ruhlar  və  ölülər  aləmi)  haq-

qındakı ideya yuxarı paleolit dövründə for-malaşmışdır.  

İnsanı  psixikasının  ruh,  ağıl,  şüur,  dil  və  emosiyalardan 

ibarət sistemi (bütün müxtəliflikləri ilə birlikdə) əldə edilməklə, 

miflərdə deyildiyi kimi, Yaradıcı tərəfindən bir anın içində, «bir 

göz qırpımında» bəxş edilməklə İnsan bütün canlılardan fərqlən-

                                            

1

 Леви-Строс К. Мифологики. В 4-х тт. Том 1. Сырое и приготовленное. 



/  Пер.  с  франц.  З.А.Сокелер  и  др.  –  М.;  СПб.:  Университетская  книга, 

1999, с. 69-70. 




Mifologiya 

- 49 - 


 

dirilmişdir. Prof.  İ.Abbaslının  yazdığı kimi,  «ibtidai  insanın tə-

səvvüründə  qasırğa,  göy  gurultusu,  fırtına,  buludların  hərəkəti, 

eləcə də Günəş, Ay, ulduzlar, gecə və gündüzün bir-birini əvəz 

etməsi güclü təsir qüvvəsinə malik olmuşdur. İnsanın onu əhatə 

edən  canlı  və  cansız  aləmlə  bağlılığı,  ona  münasibəti  ayrı-ayrı 

mifik görüşləri doğurmuşdur»

1



Şüurun inkişafına təkan  verən qüvvənin  əsasında elə fan-

tastik,  təbii  və  tarixi-mədəni  obrazlar,  miflər  durmuşdur  ki,  bu 

gün həm abstraktlığı, sakrallığı, həm primitivliyi, sadəliyi, həm 

də yerə, torpağa, yaşadığımız dünyaya, həyata bağlılığı, eləcə də 

duyğularımıza  təsirediciliyi,  düşündürücülüyü  və  universallığı 

ilə diqqəti cəlb edir. Deməli, lap başlanğıcda elm, incəsənət və 

din  qovuşuq  idi.  Onların  vahid  kökü  var  ki,  bunu  müasir  elm 

mif, yaxud mifologiya adlandırır. 

Miflərin  bünövrəsi  başlanğıcda  şüurun  oyanması  ilə  qo-

yulduğu üçün ümumbəşəri hadisə sayılır. O səbəbdən də dünya 

xalqlarının mifoloji sistemlərində oxşar, hətta eyni cəhətlərə tə-

sadüf  edilməsi  təəccüb  doğurmamalıdır.  Lakin  onları  bir-

birindən ayıran xususiyyətlər də az deyildir. Başqa sözlə, bəşər 

övladının mifik zamanda yaddaşına həkk olunan simvollaşdırıl-

mış obrazlar hər bir xalqın mədəniyyətində özünəməxsus şəkildə 

iz buraxmışdır. Hər bir xalq ilkin mifik görüşlərə öz möhürünü 

vurmuşdur.  Doğrudur,  mifoloji  sistemləri  bir-birindən  təcrid 

edilmiş  halda  öyrənmək  mümkün  deyil.  Ancaq  Azərbaycan 

türklərinin  mifologiyasını  Mesopatomiyada,  Misirdə,  Altayda, 

Ural  boyunda axtarmaq,  yaxud oralarda tapılanları ulularımızın 

adına  bağlamaq  kökümüzü  Qafqazdan  ayırmaq,  uzaqlaşdırmaq 

deməkdir.  Atalarımız  bu  yerlərdə  dünya  yaranandan  son  çağ-

laradək  elə  möhtəşəm  izlər  buraxmışlar  ki,  onları  göstərmək, 

arxeoloji  qazıntılarla  üzə  çıxardıb  təsdiqləmək  etnoqraf,  arxe-

                                            

1

 Abbaslı İ. İbtidai dini-mifoloji görüşlər və onların xalq yaradıcılığında izləri 



– Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, VIII kitab. B., Səda, s. 

5. 



Ramazan Qafarlı 

 

- 50 - 



 

oloq  və  folklorşünaslarımızın  qarşısında  duran  mühüm  vəzifə-

lərdən biridir. 

Azərbaycan-türk  mifoloji  düşüncəsi  arxaik  struktur  arxe-

tipləri  ilə  zəngindir.  Dünyanın  yaranmasına  öz  mənəvi  alə-

mindən baxan ulu əcdad ilkin olaraq universal obrazlar silsiləsi-

ni  Qobustan  qayalarına  əks  etdirmişdir.  Burada  kişi  və  qadın 

başlanğıcını  göstərən  təsvirlər,  təbiət  qüvvələrinin,  heyvan  və 

quşların  canlandırılmasına  aid  səhnələr  vardır.  Kainatın  yaradı-

cısının Günəşlə, Göylə, Dağla əlaqələnməsinə, təbiət hadisələri-

nin fövqəltəbii qüvvə şəklində anlaşılmasına, canlıların və insa-

nın  meydana  gəlməsində  totemlərin,  tanrıların,  ruhların  roluna, 

dünyanın ikili xarakterinə, başlanğıcda Xeyirlə Şərin mübarizə-

sinə, demiurqların - mədəni qəhrəmanların fəaliyyətinə, trikster-

lərin – ikili məxluqların, qorxu, fəlakət törədən amillərin əməllə-

rinə Azərbaycan türklərinin öz münasibəti və fərqli davranış for-

maları (ritualları) olmuşdur.  

İlkin əcdad, ilk növbədə, yaşayış tərzi ilə təbiət hadisələri 

və heyvanlar aləmi arasında oxşarlıq görmüş (qidalanmada, do-

ğumda,  hərəkət  və  davranışda,  eləcə  də  digər  zahiri  əlamət-

lərdə),  həmin  aləmlərlə  özü  arasındakı  qeyri-adi  əlaqəyə  təsir 

göstərməyə  çalışmış,  bununla  da  nəhəng  vəhşi  canlılar  tərəfin-

dən gələn təhlükələrə qarşı nikbinliklərini qoruya bilmişdir. On-

ların  yaşamaq  uğrunda  mübarizəsindən  və  topladıqları  təcrübə-

dən  doğan  inanışlar  «sınaqlardan  çıxarılaraq»  yaddaşlarında 

möhkəmləndikcə  təsəvvürlərə  çevrilmişdir.  Ulu  əcdad  dünyaya 

həmin  təsəvvürlərin  baxış  bucağından,  yaxud  pəncərəsindən 

baxmışdır və onlar sistemləşdirildikcə totemizm, animizm,  ani-

matizm,  magiya  və  kult  münasibətləri  şəklini  almışdır.  Təbiət 

varlıqlarının  fetişləşdirilməsi  isə  müxtəlif  ayin  və  mərasimlərin 

keçirilməsinə  meydan  açmışdır.  Ovçuluq,  maldarlıq  və  əkinçi-

likdə qazanılan uğurların da səbəbini həmin təsəvvürlərin doğur-

duğu  qeyri-adi  məxluqlarla  əlaqələndirmişlər.  Mifoloji  anlayış-

lar da bu təsəvvürlərin içərisindən keçərək öz model və struktur-




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə