Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə15/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   11   12   13   14   15   16   17   18   ...   148

Mifologiya 

- 45 - 


 

işıq tutmaq mümkündür. Bu mənada elmi-nəzəri fikirlərdə mifin 

xüsusiyyətlərini üzə çıxarmağa xidmət edən mülahizələr də çox 

idi. «Xalqların psixologiyası» elmini yaratmaq təşəbbüsünü irəli 

sürən V.Vund (XX əsrin əvvəlləri) miflərin insanların emosional 

hissləri ilə əlaqəsini göstərmişdir. O yazırdı ki, «estetik yaşantı-

lara uyğun şiddətli həyəcanlar mifoloji düşüncənin meydana gəl-

məsinin  ən mülayim şərti  sayılır»

1

. Müəllif şüurda ayrı-ayrı tə-



səvvürlər  arasındakı  assosiasiyaları  zəncirvari  şəkildə  sıralaya-

raq emosiyaların mifə çevrilməsinin mexanizmini göstərmişdir: 

«Ruh  -  nəfəsin  gedib-gəlməsi;  uçan  buludlar  –  quş  -  ölü  ruhu; 

ruhun gəmisi» və s. V.Vundun qənaətinə görə, şairlər öz əlavə-

lərini edib, mifologiyanın model və sistemlərinin ayrı-ayrı detal-

larını  əvəzləməklə  yalnız  miflərin  zahiri  formasına  təsir 

etmişlər,  uyğun  kult  və  rituallar  vasitəsi  ilə  qorunduğundan 

onların mahiyyəti və daxili əsası dəyişməz qalmışdır.  

Görkəmli fransız alimi L.Levi-Bryul mifin müəyyənləşdi-

rilməsi üçün yeni ideya irəli sürərək (1920-30-cu illərdə) göstər-

mişdir ki, miflər ibtidai təfəkkürün, insan düşüncəsinin inkişafı-

nın  hansısa  xüsusi  mərhələsinin  məhsuludur.  İnkişafın  sonrakı 

pillələrinə aid  məntiqi  düşüncənin  əsaslandığı  səbəb-nəticə  əla-

qəsindən  fərqli  olaraq  onun  irəli  sürdüyü  ibtidai  görüşlər  nəzə-

riyyəsi «əlaqələnmək qanunu»na söykənirdi. L.Levi-Bryulun nə-

zəriyyəsi, ilk növbədə, Z.Freyd və K.Yunqun «kortəbii şüursuz-

luq» təliminin yaranmasına və inkişafına təkan vermişdir. Onun 

dediyinə görə,  «ibtidai insanın əsəbləri xəstə idi. O, Edip kom-

pleksindən  əzab  çəkirdi.  Əxlaq  və  din,  əsasən,  bu  amillə  mey-

dana gəlmişdir»

2

.  


Dünya  elmi-nəzəri  fikrində  psixoanalizin  banisi  Z.Freyd 

müasirləri tərəfindən ciddi tənqidlə qarşılanmasına baxmayaraq, 

davamçıları onun müddəalarını inkişaf etdirib irəli aparmış, mü-

                                            

1

 Вунд В. Миф и религия. М.: СПб., 1913, с. 22. 



2

 Леви-Брюл  Л.  Первобытное  мышление.  –  М.:  Академия,  1930,  238  с. 

266.  



Ramazan Qafarlı 

 

- 46 - 



 

asir insanın psixopatologiyası ilə ibtidai insanın normal psixikası 

arasındakı uyğunluğu əsaslandırmışdılar. 

Öz  analitik-psixologiya  haqqında  təlimini  Z.Freydin  psi-

xoanalizinin  tənqidi  əsasında  qurmuş  K.Yunq  öyrədirdi  ki, 

bütün  insanlarda  simvolların  hər  hansı  bir  ümumi  xarakterini 

anadangəlmə  «generasiya»  etmək  qabiliyyəti  mövcuddur.  Alim 

simvolların hamı tərəfindən sözsüz, izahsız anlaşılan cəhətlərini 

«arxetip»  adlandıraraq  bildirirdi  ki,  onlar  özünü,  ilk  növbədə, 

yuxu  prosesində  göstərir.  K.Yunqun  sözləri  ilə  desək,  «tanrı, 

əsasən,  yuxu  və  yuxugörmə  vasitəsi  ilə  danışır».  Simvol-arxe-

tiplər mif, əfsanə və nağıllarda geniş əks olunsa da, başlanğıcda 

«kollektivin kortəbii şüurunun məhsulları» kimi meydana gəlir. 

Başqa  sözlə,  onlar  kortəbiiliyin  elə  hissəsidir  ki,  insanın  şəxsi 

təcrübəsi hesabına əldə edilmir, ona bu, minlərlə əcdadından mi-

ras  qalır.  Yunq  arxetiplər  sırasına  bir  çox  təsviri  obrazları  da 

(məsələn,  dörd  hissəyə  bölünən  dairəni,  yaxud  xaçı)  daxil  et-

mişdir.  Ümumiyyətlə,  arxetiplər  təbiət  varlıqları  olduqda  kor-

təbii şəkildə şəxsləndirilməklə müxtəlif formalara düşə bilir. 

Çağdaş  elmi-nəzəri  fikir  tarixində  J.Dümezilin  yaradıcılı-

ğına hörmətlə yanaşılmasına baxmayaraq, mifin müəyyənləşmə-

si  ilə  bağlı  irəli  sürdüyü  fikirlər  özünə  tərəfdarlar  tapıb  inkişaf 

etdirilməmişdir. O, «üçlük» anlayışının sakrallaşma prinsiplərin-

dən  istifadə  edərək  prohind-avropa  mifologiyasının  hipotetik 

(fərziyyəvari)  strukturunu  üzə  çıxarmağa  çalışmışdır.  Onun  qə-

naətlərinə  görə, ibtidai cəmiyyətlər bir tərəfdən  kasta qapalılığı 

ilə kahin,  döyüşçü və əkinçi-maldarlara bölünür, digər tərəfdən 

tanrılar da analoji üçləşməklə müvafik «ixtisaslar»ı mənimsəyir-

dilər»

1



Mifoloji  fikrin  A.F.Losev,  Ə.G.Qolosovker,  A.F.Kosarev 

və b. kimi tanınmış nümayəndələri daha çox mifologiyanın fəl-

səfi  tərəfini  araşdırmışlar.  Mifik  düşüncənin  dialektik  cəhətdən 

dindən ayrı mövcudluğunu qəbul edən A.F.Losevə görə, «mifo-

                                            

1

 Дюмезиль  Ж.  Скифы  и  нарты.  Сокр.  пер.  с  франц.  А.З.Алмазовой.  – 



М.: Наука, 1990, с. 79. 


Mifologiya 

- 47 - 


 

logiya özlüyündə din deyil, xüsusi dini yaranış da deyil, sadəcə 

olaraq dinin özü də heç cürə mifologiya deyil»

1

. Əgər mifləri in-



sanlar  yaradır  və  özləri  də  həmişə  miflərin  aləmi  ilə  yaşayırsa, 

deməli, insanın özü də mifdir. Ona görə də insan mifin nə oldu-

ğunu  bilmək  üçün,  ilk  növbədə,  özünü  tanımalıdır.  Ə.E.Qolo-

sovker  deyirdi  ki,  «ən  əsas  mif  –  mənim  həyatımın  mifidir»

2



A.F.Losev  isə  bu  qənaəti  «şəxsiyyət,  tarix  və  söz  – mifologiya 



mühitində  dialektik  üçlükdür»

3

 şəklində  işlədirdi.  Sonuncu 



fikirdə, əslində mifologiyanın özünün dialektik quruluşu, struk-

turu göstərilir. Ümumiyyətlə, A.F.Losev miflərin üç əsas əlaməti 

(möcüzəli, şəxsi və tarixi) üzərində dayanır və mifi insana tarix 

boyu (şüurun meydana gəlib öz yüksək inkişafına doğru keçdiyi 

uzun yolda) yol yoldaşı olan qeyri-adi hadisə kimi götürür: «mif 

- möcüzəli şəxsi tarixdir»

4

.  


Struktur antropologiyanın  banisi Klod  Levi  Strosun etno-

logiya  və  struktur  antropologiyası  məsələlərinə  aid  əsərlərində 

primitiv  cəmiyyətlərdə  ailənin  mövqeyi  və  inam  sistemləri  ilə 

yanaşı,  mifoloji  düşüncənin  strukturu  da  öyrənilir.  Onun  irəli 

sürdüyü metodda sinxronluğun əsası, mədəniyyət amillərinə se-

miotik yanaşma, xüsusi vasitələrlə daxili quruluşların modelləş-

mə yolları və əlaqələri, variantlaşma əlamətlərinin rolu ön plana 

çəkilir. Miflərin strukturu eyni qaydada varlıqlardakı daxili bağ-

lılıqları idarə edən sistem kimi müəyyənləşdirilir. E.M.Meletin-

skinin «struktur-semantik metod» adlandırdığı bu üsulun birinci 

mərhələsində  gərəkli  semiotik  əlamətlərin  birliyi  üzə  çıxarılır, 

ikinci mərhələsində isə strukturun modelləşdirilməsi yolları gös-

tərilir. K.Levi Stros həm mifoloji düşüncənin məntiqi araşdırma-

ya cəlb  edilərkən ümumiləşdirmə gücünə malik olduğunu, həm 

də  tarixi-etnoqrafik  faktor  kimi  neolit  əsrinin  tərəqqi,  sıçrayış 

amilinə çevrildiyini əsaslandırır. Bunlarla yanaşı mifoloji düşün-

                                            

1

 Лосев  А.Ф.  Диалектика  мифа.  –  В  его  кн.  «Философия.  Мифология. 



Культура». – М.: Политиздат, 1991, с. 166.

 

2



 Голосовкер Я.Э. Логика мифа. – М.: Наука, 1987, с. 21. 

3

 Лосев А.Ф. Диалектика мифа, с. 168. 



4

 Yenə orada, s. 169. 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə