Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə1/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
  1   2   3   4   5   6   7   8   9   ...   148


Mifologiya 

- 1 - 


 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

FOLKLOR İNSTİTUTU 

_____________________________________________

 

 

RAMAZAN QAFARLI 

 

 

 



 

 

 



 

 

MİFOLOGİYA 



 

6 cilddə 

I cild 

 

MİFOGENEZ:  



REKONSTRUKSİYA, STRUKTUR, POETİKA 

 

 

 



 

 

 

 

 

 

 

«Elm və Təhsil» 

BAKI-2015 

 



Ramazan Qafarlı 

 

- 2 - 



 

 

 

 

 

 

Elmi redaktoru və ön söz müəllifi: 

Seyfəddin Rzasoy, 

filologiya üzrə elmlər doktoru 

 

Rəyçilər: 

Əzizxan Tanrıverdi, 

filologiya üzrə elmlər doktoru, professor 

Ramin Əliyev

filologiya üzrə elmlər doktoru, professor 

Mahmud Allahmanlı, 

filologiya üzrə elmlər doktoru, professor 

 

 

NƏŞRİNƏ MƏSUL: fil.ü.e.d. Əziz Ələkbərli 

 

 

Ramazan Qafarlı. Mifologiya. 6 cilddə. I cild. Mifogenez: 

rekonstruksiya,  struktur,  poetika,  Bakı,  «Elm  və  Təhsil», 

2015, 454 səh.  

Monoqrafiyada  mifologiyanın  tədqiqat  tarixi,  nəzəri-kateqorial  aspekt-

ləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvol-

lar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kate-

qoriyaları,  mifik  düşüncənin  genetik  strukturu  və  s.  kimi  məsələlər  ilk  dəfə 

sistemli şəkildə təhlil edilir. 

 

 



     4603000000 

Q  

 

     Qrifli nəşr 

N-098-2014 

 

 

AMEA Folklor İnstitutu 

Elmi Şurasının qərarı ilə çap olunur

 

© Folklor İnstitutu, 2015 



 


Mifologiya 

- 3 - 


 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN  

MİFOLOJİ DÜŞÜNCƏ TARİXİ 

RAMAZAN QAFARLININ  

BAXIŞLAR SİSTEMİNDƏ 

 

Hər bir insan ona bəxş edilmiş taleyini yaşayır. Və bu tale 



bütün hallarda fərdidir. Kimisində tale fərdiliyi qatı, kəskin bo-

yalarla  görünür,  kimisində  isə  heç  bilinmir.  Ümumiyyətlə,  in-

sanlar  oxşar  tale  yaşamağa  meyllidirlər.  Öz  ətraflarına  baxıb 

başqaları  kimi  olmaq  istəyirlər.  Bu,  insanın  fitrətindədir. 

Adamların  böyük  əksəriyyətinin  sanki  fərdi  arzuları,  istəkləri 

yox kimidir: cəmiyyətin yaşam və zövq normalarını olduğu kimi 

qəbul  edirlər.  Ramazan  Qafarlını  tanıyan  hər  bir  kəs  bilir  ki, 

onun  tale  yolu  fərqlidir.  O,  özü  də  seçkin  bir  tale  yaşamağının 

fərqindədir.  Psixoloji  cəhətdən  passionarlığı  onu  sanki  norma-

laşdırılmış, ülgülərə salınmış və hamıya rahat görünən bir ömür 

yaşamağa qoymur. Ona görə də daim narahat, mübarizələrlə do-

lu, həyati təşəbbüslərlə zəngin həyat keçirir. Və bu həyat qıraq-

dan heç də cəlbedici görünmür. Ancaq bu, Ramazan Qafarlının 

taleyidir: Allahın Ramazan Qafarlı adlı bir bəndəsinin heç vaxt 

qaçmaq istəmədiyi bir tale... 

Onun Azərbaycan folklorşünaslığında öz yeri var. Bu yerə 

heç  kəs  qibtə  etmir  və  iddia  etmək  arzusunda  olmur.  Çünki  o 

məqama çatmaq üçün həyatda və elmdə Ramazan Qafarlı kimi 

prinsipial və cəsarətli olmaq, üzərinə sel kimi gələn təhlükələrə 

qarşı sinə verib dayanmağı bacarmaq lazımdır. Buna isə hamının 

və hər kəsin gücü yetməz. 



Ramazan Qafarlı 

 

- 4 - 



 

Etiraf  etməliyik  ki,  o,  Azərbaycan  folklorşünaslığında  (və 

təkcə  bu  sahədə  yox)  elmi  həqiqətləri  deyə  bilən  və  antielmi 

gerçəkliklərə  qarşı  açıq  şəkildə  çıxış  edən  tək-tək  alimləri-

mizdəndir. O, həyatının ən ağır dönəmlərində belə, içindən gələn 

prinsipiallığından dönə bilmir. Günümüzün reallıqları bizdən çox 

tez-tez  güzəştə  getməyi tələb edir.  O isə  elm və şəxsiyyət  adına 

güzəştləri  sevmir.  Əsərləri  bizim  hamımızın  şahidi  olduğumuz, 

lakin «müdrikcəsinə» göz yumduğumuz elmi cahilliklərin tənqidi 

ilə zəngindir. Heç bir arxalı, yaxud titullu «alimi-biəməldən» çə-

kinmir: intellektinin bütün ehtiyatını səfərbər edib, ciddi elmi po-

lemikalara  girir.  Bu  isə  ona  ağır  psixoloji  enerji  sərfi,  sağlam-

lığının, əsəblərinin itirilməsi bahasına başa gəlir. Ona görə də bəzi 

polemikalarında əsəb boşalmalarına da rast gəlinir. 

Bura  qədər  yazdıqlarım  folklorşünas-mifoloq  Ramazan 

Qafarlının alim portreti haqqında emosional qeydlərim idi. Ciddi 

bir  alimin  ciddi  bir  əsərinə  yazılmış  «ön  sözü»  bu  psixoloji 

(lirik)  «gəzişmə»  ilə  başlamaq,  bəlkə  də,  yersizdir.  Ancaq 

Allahın  Ramazan  adlı  bir  bəndəsinə  və  Azərbaycan  elminin 

R.Qafarlı adlı bir aliminə onun yazdığı əsərlərin necə böyük bir 

ağrı  hesabına  başa  gəldiyini  bilən  insan  (və  haradasa  Ramazan 

Qafarlı haqqında söz demək səlahiyyətinə malik dost) kimi bun-

ları deməkdən özümü saxlaya bilmədim. 

Filologiya  uzrə  elmlər  doktoru  R.Qafarlı  folklorşünaslıq 

sahəsində  özünü  çoxdan  təsdiq  etmiş  alimdir.  Bu  sahəyə  aid 

çoxsaylı  tədqiqatların  (kitab  və  məqalələrin)  müəllifidir.  Ölkə-

mizdə olduğu kimi, xaricdə də tanınır: folklora aid yeganə Azər-

baycan saytının müəllifi kimi elmimizi uğurla təmsil edir. 

R.Qafarlı artıq neçə illərdir ki, mifologiya sahəsində tədqi-

qatlar aparır. Ardıcıl şəkildə çap olunur. Bu sahə ilə bağlı bütün 

çalışmaları onun «Azərbaycan türklərinin mifologiyası (qaynaq-

ları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası)» ad-

lı doktorluq dissertasiyasında ümumiləşdirilmişdir. 

R.Qafarlının bu cilddə və ümumən altıcildlikdə təqdim 

etdiyi  material  onun  doktorluq  dissertasiyasını  da  öz  içəri-



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə