Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə8/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   4   5   6   7   8   9   10   11   ...   148

Mifologiya 

- 23 - 


 

yış  doğururdu».

1

 Sırf  elmi  problemlərə  şair  baxışının  kimlərisə 



əsəbləşdirə  biləcəyini  anlayan  Oljas  hər  hansı  bir  alim  fikrinin 

ehkam  şəkli  alıb  «bütləşdirilməsinin»  əleyhinə  çıxır,  inkişafın, 

tərəqqinin hər məsələdə köklü və əsaslı dəyişiklik etdiyini göstə-

rir və onu da bilir ki, Eynşteyn dediyi kimi «atomu parçalamaq, 

xurafatı parçalamaqdan asandır». Doğrudan da, bəzi dünya şöh-

rətli tədqiqatçıların türklərin tarixi ilə bağlı irəli sürdükləri səhv 

qənaətləri təkzib etməyə çətinlik çəkirik. Lakin Oljas cəsarəti ilə 

V.Radlov tək nəhənglərin belə söylədiklərini şübhə altına almaq 

mümkündür. Məhz Azərbaycan türk mifologiyasının bərpasının 

həllini  gözləyən bir sıra  problemlərə aydınlıq  gətirəcəyi  şübhə-

sizdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                            

1

 Süleymenov O. Az – Ya. – Bakı, Yazıçı, 1993, s. 247. 




Ramazan Qafarlı 

 

- 24 - 



 

 

 

Birinci fəsil 

 

MİFOLOGİYANIN NƏZƏRİ-KATEQORİAL 

ASPEKTLƏRİ 

 

Azərbaycan-türk mifologiyasının 

tədqiqat tarixindən 

 

Azərbaycanda  miflərə  marağın  tarixi  çox  qədim  olsa  da, 

araşdırılmasına  son  dövrlərdə  başlanılmışdır.  «Avesta»da, 

M.Kalankatuklunun  «Albaniya  tarixi»ndə  (IX-X  əsr),  müsəl-

man  intibahının  görkəmli  nümayəndələri  Xaqani  Şirvani 

(1126-1199), Nizami Gəncəvi (1141-1209) və Ustad əl-Xosro-

vun  (XII  əsr)  əsərlərində  Azərbaycan  və  Şərq  mifologiyasının 

ümumi mənzərəsinə rast gəlirik. Xalqımızın ilkin mifoloji dün-

yagörüşünün  izləri  «Kitabi-Dədə  Qorqud»  (VII  əsrdə  şifahi 

mətninin  tam  formalaşması  və  XI  yüzillikdə  ilk  dəfə  qələmə 

alınması  ehtimal  olunur;  aşkarlanan  iki  əlyazma  nüsxəsi  XIV-

XVI əsrlərə aiddir; boyların Drezden və Vatikan kitabxanaların-

da saxlanılır) yazılı abidəsində özünə daha geniş şəkildə yer tap-

mışdır. Azərbaycan türklərinin dilində möhtəşəm poetik  əsərlər 

yazan Məhəmməd Füzuli (1494-1556) isə Şərqdə ilk dəfə «tan-

rı elmi» adı ilə mifologiyanın geniş şərhini vermişdir.  

Azərbaycanda  dünya  xalqlarının  mifologiyasını  öyrənmə-

yin əsasını Mirzə Kazım bəy (1802-1870) qoymuşdur. O, «Fir-




Mifologiya 

- 25 - 


 

dövsinin  əsərlərində  fars  əsatiri»  məqaləsində

1

 («Северное 



обозрение»  jurnalı,  1848)  İran  ərazisində  yaşayan  qədim 

xalqların,  o  cümlədən  azərbaycanlıların  əsatirlərinin  əsas 

mənbələrini  atəşpərəstlik  görüşləri  ilə  əlaqələndirərək  göstər-

mişdir ki, mif real, təbii və ictimai hadisələri insanın dərkindən 

başqa  bir  şey  deyildir.  Alimin  miflərin  genezisi  haqqında  irəli 

sürdüyü fikirlər Qrimm qardaşlarının təlimi ilə üst-üstə düşsə də

xalq təfəkküründən və kütlələrin geniş yaradıcılıq imkanlarından 

kənarda  -  ilahi  qüvvə  ilə  əlaqələnən  şəkildə  deyil,  daha  inan-

dırıcı  və  əsaslıdır:  «Əfsanəsi  olmayan  xalq,  rəvayəti  olmayan 

ölkə yoxdur. Köçərilərdə bu, nəsildən-nəslə şifahi şəkildə keçir. 

Yarımmədəni  xalqlarda  bu  nümunələr  onların  etiqadlarının 

əsasını,  yazılı  ədəbiyyatın,  tarixin  əsas  məzmununu  təşkil  edir. 

Mədəni  xalqlarda  isə  müqəddəs  bir  şey  kimi  onların  təxəyyülü 

üçün  zəngin  qida  mənbəyinə  çevrilir»

2

.  Mirzə  Kazımbəy  Şərq 



miflərini  iki  qrupa  ayıraraq  şərh  edir:  a)  tanrılar  və  ruhlar 

haqqında olan miflər və b) xalis mifoloji qüvvələr. 

O, belə bir qənaət irəli sürür ki, xalq mədəni həyata qədəm 

qoyanadək uzun yol keçsə də, keçmişini unutmamış, əski qəhrə-

manlığını  şifahi  yaradıcılığında  idealizə  edərək  müxtəlif  mifik 

obrazlar halına salmışdır: Pəhləvan, Qəhrəman, Bahadır, Mələk, 

Ruh və s. Alim bu gün də Azərbaycan və İranda geniş kütlə ara-

sında  yaddaşlarda  yaşayan  qədim  Xeyir  və  Şər  allahlarından  – 

Hörmüz və Əhriməndən, onların  yardımçılarından – Simurq və 

devdən  bəhs  açır.  A.Şükürovun  göstərdiyi  kimi,  Mirzə  Kazım 

bəyin hələ indiyə qədər nəşr olunmayan «Mifoloji lüğət»i bu sa-

hədə dünyada ilk təcrübələrdən biri idi

3



Avropada  və  Rusiyada  etnoqrafik-folklor  materiallarına 



kütləvi  maraq  oyanan  ərəfədə  (XIX  əsrin  II  yarısından  XX 

yüzilliyin  əvvəllərinədək)  Azərbaycanda  da  xeyli  iş  görülmüş, 

                                            

1

 Казымбек М. Мифология персов по Фирдоуси /  Изб. произведения.  – 



Б., Элм, 1985, с. 306-318. 

2

 Yenə orada, s. 306. 



3

 Yenə orada, s. 46. 




Ramazan Qafarlı 

 

- 26 - 



 

rus alimlərinin və yerli ziyalıların (S.Penn, S.Zelinski, D.Yeri-



sev,  P.Uslər,  K.Nikitin,  A.İoakimov,  Q.Bağırov,  M.Qəmərli, 

E.Sultanov,  F.Köçərli,  T.Bayraməlibəyov,  R.Əfəndiyev, 

Ə.Abid, Y.V.Çəmənzəminli, S.Mümtaz, A.Baqri, və b.) təşəb-

büsü  ilə  toplanıb  nəşr  olunan  folklor  nümunələrinin  içərisində 

mif  mətnlərinə  də  təsadüf  olunmuşdur.  «Полярная  звезда» 

(1825),  «Тифлисские  ведомости»  (1830),  «Сведения  о  Кав-

казских  горцах»  (1968),  СМОМПК  (Сборник  материалов 

для  описания  местностей  и  племен  Кавказа  –1881-ci  ildən 

başlayaraq  1924-cü  ilədək  46  buraxılışı  nəşr  olunmuşdur), 

«Сборник сведений о кавказе» (1871) məcmuələrində, « Кав-

каз»  (1851-1859)  və  «Kaспи»  (1895)  kimi  rusdilli  mətbuat 

səhifələrinə,  dərslik  və  xüsusi  toplulara,  yeri  gələndə,  mif 

mətnləri ilə yanaşı onların xüsusiyyətləri barədə də ötəri qeydlər 

salınırdı. 

XX yüzilliyin əvvəllərində mif, ritual və nağılların tədqiqi 

sahəsində  Y.V.Çəmənzəminli  böyük  işlər  görmüşdür.  O,  bir 

tərəfdən  mif  mətnləri  əsasında  özünün  bədii  əsərlərini  («Qızlar 

bulağı»),  digər  tərəfdən  dünya  elmində  bu  sahədə  aparılan 

araşdırmalarla  Azərbaycan  ictimaiyyətini  tanış  edən  elmi  mə-

qalələr yazmış, eləcə də əski görüşlərə söykənən folklor nümu-

nələrinin tarixi  köklərini müəyyənləşdirməyə  çalışmışdır. Onun 

«Azərbaycan  nağıllarının  əhval-ruhiyyəsi»  (1926),  «Azərbay-

canda Zərdüşti adətləri» (1927), «Xalq ədəbiyyatında bəşəri tə-

mayüllər» (1928) və b. məqalələrində ilk dəfə olaraq bir sıra ri-

tualların  və  folklor  janrlarının  genezisi,  mifoloji görüşlərlə  əla-

qəsi, sakral rəqəmlərin mahiyyəti, işlək dairəsi, qədim midiyalı-

ların  mifoloji  görüşlərinin  bəzi  məqamları  müqayisəli  şəkildə 

təhlil edilmişdir. Y.V.Çəmənzəminli Avropada yaranan mif nə-

zəriyyələrinin  müddəalarını  açıqlayarkən,  Qrimm  qardaşlarının 

ari tayfalarını «mədəni», qeyrilərini «qeyri-mədəni» adlandırma-

sına, miflərin arilərdən başqa qövmlərə hazır şəkildə ötürülməsi 

ideyasına tənqidi münasibət bəsləyərək yazmışdır: «Nağıl və əf-

sanə kimi mürəkkəb mövzulu əsatirlərin bir-birinə bənzəməsi ari 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə