Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə10/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   6   7   8   9   10   11   12   13   ...   148

Ramazan Qafarlı 

 

- 30 - 



 

li sünbüllər» (mif mətnləri toplusu  – 1990),  «Nəğmələr.  İnanc-

lar.  Alqışlar»  (1986),  «Mərasimlər.  Adətlər.  Alqışlar»  (1993) 

toplularında mifin qaynaqlarını folklor materialları əsasında gös-

tərmiş,  monoqrafik  tədqiqatlarında  və  dərsliklərində  isə  Azər-

baycan mifologiyasının  struktur sxemindən, ilkin qaynaqları və 

törəyiş  modellərindən,  qədim  türk  panteonunun  Azərbaycanda 

davamından, kult və zoomorfik obrazlardan, mifologiyanın təs-

nifi  məsələlərindən,  Azərbaycan  mifik  təfəkküründə  zoroasti-

rizm və İslam amillərindən ətraflı bəhs etmişdir. A.Nəbiyev mi-

foloji düşüncənin spesifikliyini müəyyənləşdirərək yazır ki, «mif 

erkən etnosun dünya, insan və insanın dünya hadisələri barədəki 

bədii  düşüncəsidir.  Bu  düşüncənin  zaman  hüdudu  qeyri-müəy-

yəndir.  Məkanı  isə  hər  bir  etnosun  nisbi  mənada  dünya  kimi 

qəbul  etdiyi  yaşayış  məskəni,  coğrafiyası,  yaxud  regionudur». 

Alimin bir neçə istiqamətdə (həm miflərin toplanması, nəşri və 

bərpası, sistemləşdirilib təsnif edilməsi və araşdırılması, mifolo-

giyanın Azərbaycan folklorunun janrları sistemində yerinin mü-

əyyənləşdirilməsi,  həm  də  bu  sahədə  elmi  kadrların  yetişdiril-

məsi  istiqamətində)  apardığı  səmərəli  işin  nəticəsində  bir  sıra 

qaranlıq  problemlərə  aydınlıq  gətirilmişdir.  Həqiqət  bundan 

ibarətdir ki, azərbaycanlıların mifik düşüncəsini onların yaşadıq-

ları ərazilərdən – Qafqaz və Şimali İran ərazisindən – ulu əcdad-

larımızın tarixən məskunlaşdığı ərazilərdən ayırıb təkcə Xəzərin 

o  biri  sahilindən  çox-çox  uzaqlarda  yaşamış  türk  etnoslarından 

tarixin  müəyyən  mərhələsində  keçməsi  şəklində  məhdud-

laşdırmaq  elmilikdən  uzaqdır.  Miflərin  yaranması  və  yayılması 

istiqamətlərini tarixi mənbələrə əsasən düzgün müəyyənləşdirən 

A.Nəbiyevin  fikirlərində  məhz  yerli  əlamətlər  əsas  götürülüb 

ümumtürk  mifologiyası  kontekstində  müqayisəli  təhlilə  cəlb 

edilir. 

Folklor,  etnoqrafiya,  tarix,  fəlsəfə  və  filologiyanın  müx-

təlif problemlərini araşdıran bir sıra tədqiqatçılar (P.Əfəndiyev, 

V.Vəliyev,  T.Hacıyev,  N.Cəfərov,  İ.Abbasov,  B.Abdullayev, 



Mifologiya 

- 31 - 


 

Q.Qeybullayev, K.Vəliyev, V.Həbiboğlu

1

 və b.) həm də mifo-

logiyaya maraq göstərmiş və gərəkli fikirlər irəli sürmüşlər. Dil-

çi-alim K.Vəliyevin məqalə və kitablarında həmçinin türk mifo-

loji düşüncəsinin əsas istiqamətləri araşdırılır. Alim mifoloji ob-

razları  «elin  yaddaşı  və  dilin  yaddaşı»  kimi  xarakterizə  edərək 

yazılı eposlarda üzə çıxardır və ilk olaraq ümumtürk mifologiya-

sının bəzi mətnlərini Azərbaycan oxucusuna çatdırır. K.Vəliyev 



(K.V.Nərimanoğlu) Azərbaycanda formalaşıb əksər Şərq ölkə-

lərinə yayılan qəhrəmanlıq eposunun baş obrazının mifoloji kö-

kü haqqında doğru olaraq belə bir fikir irəli sürür ki,  «Koroğlu 

sadəcə  qəhrəman  deyil,  genezis  etibarilə  mədəni  qəhrəman  – 

demiurq  obrazının  epik  transformasiyasıdır.  Mədəni  qəhrəman 

obrazı  isə  bir  neçə  epistasda  çıxış  edir:  ilkin  yaradıcı,  tanrı 

demiurq, trikster və s. Onun dönərgəlik (başqa bir insana, quşa, 

bitkiyə, eləcə də öz düşməninə – antoqonistə) çevrilmə qabiliy-

yəti var». Koroğlunun mifik mədəni qəhrəman olması V.M.Jir-

munski,  X.T.Zarifov  və  B.A.Karrıyevin,  eləcə  də  E.Meletinski 

və  S.A.Tokarevin  redaktəsi  ilə  çap  olunan  «Mifoloqiçeskiy 

slovar» və  «Mifı narodov mira» ensiklopediyalarının müəlliflə-

rinin (V.N.Basilov) də diqqətindən yayınmamışdır. V.Həbiboğlu 

türk xalqlarının ilkin dünyagörüşünə həsr etdiyi monoqrafiya və 

məqalələrində  mifoloji  model  və  sistemlərə  üz  tutur,  təbiətə 

tapınma, totemizmlə bağlı fikirlər irəli sürür. Ə.Saləddinin elmi 

fəaliyyətinin bir istiqaməti də klassik poeziyaya mifoloji düşün-

cənin təsiridir. O, Nizaminin yaradıcılığında türk xalqlarının mi-

fologiyasını  izləmişdir.  E.Əlibəyzadənin  təhlilində  isə  «Bilqa-

                                            

1

 Əfəndiyev  P.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı.  –  B.,  Maarif,  1992; 



Vəliyev  V.  Azərbaycan  folkloru.  –  B.,  Maarif,  1985;  Həbibbəyli  İ.  Ədəbi-

tarixi  yaddaş  və  müasirlik.  B.,  “Nurlan”,  2007;  Аббаслы  И.  Ареал 

распространения и влияния Азербайджанских дастанов.  – Б., Издатель-

ство «Сада», 2001; Abdullayev B. Yusif Vəzir Çəmənzəminli və folklor. – 

B., Elm, 1981; Абдулла Б. Азербайджанских обрядовый фольклор и его 

поэтика.  –  Б.,  Элм,  1990;  Vəliyev  K.  Elin  yaddaşı,  dilin  yaddaşı.  –  B., 

Gənclik, 1987; Həbiboğlu Vəli. Qədim türklərin dünyagörüşü. – B., «Qartal» 

nəşriyyatı, 1996. 




Ramazan Qafarlı 

 

- 32 - 



 

mış»  eposunda  və  «Avesta»dakı  mifoloji  süjet  və  obrazların 

Azərbaycan folkloru və yazılı ədəbiyyatındakı izləri göstərilmiş, 

əcdadlarımızın mifoloji düşüncəsi qədim Şumer mədəniyyəti ilə 

müqayisədə  təqdim  olunmuşdur.  B.Abdullayev  mərasimləri  və 

Y.V.Çəmənzəminlinin  folklorşünaslıq  fəaliyyətini  araşdırarkən 

Azərbaycan  mifologiyasının  yazqabağı  rituallarla,  atəşpərəstlik 

etiqadı və islam dini ilə əlaqəsi məsələsinə toxunmuşdur. B.Şə-



rifzadə  «Avesta»nı  türk dilində  yazılan ilkin  ədəbi  abidələrdən 

biri  olduğu  qənaətini  irəli  sürərək  bildirmişdir  ki,  «Avesta»nın 

mifologiyası daha çox Azərbaycan türkərinin mifologiyasıdır». 

Azərbaycan  elminə  son  onilliklərdə  qədəm  basan  yeni 

nəsil  alimlərinin  bir  qrupu  –  R.Bədəlov,  S.Rzasoy,  A.Xəlilov, 

C.Bəydili, Rüstəm Kamal, E.Əzizov, N.Mehdi, Ramil Əliyev, 

Razim  Əliyev,  M.Məmmədov,  Şakir  Albalıyev,  E.Ağayev, 

Nail  Qurbanov,  S.Qarayev,  H.Quliyev

1

 və  b.  əsas  tədqiq  ob-



yekti  Azərbaycan  və  ümumtürk  mifoloji  düşüncəsinin 

                                            

1

 Cəfərli  M.  Dastan  və  mif.  –  B.,  Elm,  2001;  Rzasoy  S.  Nizami  poeziyası: 



mif-tarix  konteksti.  –  B.,  «Ağrıdağ»  nəşriyyatı,  2003;  Rzasoy  S.  Oğuz 

mifinin  paradiqmaları.  Bakı:  Səda,  2004,  200  s.;  Rzasoy  S.  Oğuz  mifi  və 

Oğuznamə  eposu.  –  B.,  «Nurlan»  nəşriyyatı,  2007;  Rzasoy  S.  Oğuz 

mifologiyası.  B.,  2009;  Bəydili  C.  Türk  mifoloji  sözlüyü.  –  B.,  Elm,  2003; 

Rüstəm Kamal. «Kitabi-Dədə Qorqud»: arxaik ritual semantikası. – B., Elm, 

1999;  Əliyev  R.  Azərbaycan  nağıllarında  mifik  görüşlər.  –  B.,  Elm,  1992; 

Mifoloji  şüurun  bədii  spesifikası.  –  B.,  «Qartal»  nəşriyyatı,  2001;  Xəlil  A. 

Əski  türk  savlarının  semiotikası.  B.,  2006;  Məmmədov  M.M.  Azərbaycan 

mifoloji mətnləri: Fil. elm. nam. ...dis. avtoref. Bakı, 1998, 29 s.; Albalıyev 

Ş.  Hal-Div-Əzrayıl  obrazlarının  səciyyəsi  /  «Ortaq  türk  keçmişindən  ortaq 

türk gələcəyinə» III uluslararası folklor konfransının materialları. Bakı, Səda, 

2007,  s.  547-555;  Ağayev  E.  Ağayev  E.  Azərbaycan  mifologiya  elmi  və 

Mirəli  Seyidov.  Bakı:  MBM,  2008,  200  s.;  Qurbanov  N.  Azərbaycan 

folklorunda  mifoloji-kosmoqonik  görüşlər.  B.,  2011;  Qarayev  S.P.. 

Azərbaycan  folklorunda  mifoloji  xaos  /  Filologiya  üzrə  fəlsəfə  doktoru 

alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı-2015; Quliyev 

H.V.. Azərbaycan folklorunda müdrik qoca arxetipi / Filologiya üzrə fəlsəfə 

doktoru  alimlik  dərəcəsi  almaq  üçün  təqdim  edilmiş  dissertasiya.  Bakı  – 

2015. 

  



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə