Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə18/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   14   15   16   17   18   19   20   21   ...   148

Ramazan Qafarlı 

 

- 54 - 



 

yətin başlanğıc forması, xalq fantaziyasının özülü olmaqla yana-

şı, ulu əcdadın təbii fəlakətlərə, qəzalara, xəstəliklərə qarşı qor-

xu hisslərinə üstün gəlmək vasitəsi idi. Başqa sözlə, toplum ha-

lında yaşayan qədim insanlar qeyri-şüuri şəkildə təfəkkürdə ya-

ranan məcazi obrazlarla təbiətə təsir göstərməyin yollarını axta-

rır  və  nəticədə  onunla  təskinlik  tapırdılar  ki,  sel  də,  sərt  külək 

də, qızmar günəş də onlar kimi  canlıdır, istədiklərini  ödəməklə 

təhlükəni sovuşdurmaq olar. Beləliklə, mifik düşüncənin mənti-

qi  özünəməxsusluğu  ondadır  ki,  ibtidai  insanlar  onları  əhatə 

edən sosial mühitdən (xüsusilə təbiətdən), emosiyaların, hissi ef-

fektlərin  təsirindən  özlərini  təcrid  etmirdilər,  miflərdə  dolayı 

yolla da olsa varlığın bir-birinə bağlanan və hissələrə parçalanan 

əlamətlərini qoruyub saxlaya bilirdilər. Deməli, dünyada baş ve-

rən hadisələrin sadəcə təsvirinə deyil, mahiyyətini, məğzini an-

lamağa  təşəbbüs  göstərirdilər.  Bütün  bunların  nəticəsi  olaraq, 

gözlə görünən və duyulan hər şeyi şəxsləndirir, özlərində müşa-

hidə  etdikləri  əlamətlərlə  təqdim  edir,  daha  dəqiq  desək,  təbii, 

sosial və mədəni obyektləri metaforik müqayisədə verirdilər (in-

sanlar hər şeyi, ilk növbədə, özləri ilə müqayisə edirdilər, cansız 

əşyalarda, bitkilərdə, heyvanlarda, quşlarda, dağlarda, çaylarda, 

göllərdə, təbiətin əsrarəngiz hadisələrində özlərində olan keyfiy-

yətlər tapır, bununla dünyanı dərk etməklə yanaşı, özlərini daha 

yaxşı tanımaq istəyirdilər). Ona görə də, mifik təfəkkürdə insan-

lara  xas  xüsusiyyətlər  təbiət  hadisələrinin,  cansız  varlıqların, 

heyvanların, quşların və bitkilərin üzərinə köçürülür, hər şey dü-

şünmək  qabiliyyətinə,  hissiyata  malik  təsvir  olunur  və  zahirən 

antropomofik  şəkil alırdı. Mövcudatın animistik (ruhun varlığı) 

modeli yaradılırdı. Bəzən isə, əksinə, təbiət qüvvələrinə, xüsusi-

lə  heyvanlara,  quşlara  məxsus  əlamətlər  (daha  çox  totem  kimi 

qəbul edilən heyvan, quş və bitkilərin əlamətləri) mifik mədəni 

qəhrəmanlara  (nəsil  törədənə)  şamil  edilirdi.  Məsələn,  Oğuzun 

«ayağı  öküz  ayağı  kimi  (qüvvətli),  beli  qurd  beli  kimi  (incə), 



Mifologiya 

- 55 - 


 

ombuzları samur ombuzları kimi, köksü ayı vücudu kimi (güclü) 

və bütün bədəni tüklü idi».

1

 Qeyri-adi təsvirlər, qəribəliklər, mö-



cüzələr,  dəyişmələr,  metamorfozalar  (dönər-gələr),  dünyanın 

müxtəlif  obyektlərinin  canlandırılmış  və  şüura  malik  obrazlara 

çevrilməsi  və s. mifik  fantaziyanın istehsal  etdiyi məhsullardır. 

Təbiətin fəlakətli hadisələri müqabilində təfəkkürdə kortəbii ya-

ranan bəzi mifik obrazlar (müəyyən qorxunc qüvvələr) transfor-

masiya  nəticəsində  zahiri  əlamətlərinə  görə  vəhşi,  dəhşətli 

məxluq şəklinə (çoxbaşlı, çoxəlli, təkgözlü, ağzından od püskü-

rən, adamcıl,  baş kəsən, qan içən) düşür.  Belə ki, qıtlığa səbəb 

olan quraqlıq - əjdaha; ölüm gətirən xəstəlik - nəhəng, qorxulu 

mələk;  kainat  -  dünya  ağacı,  heyvana  oxşar  azman  (məsələn, 

Şərq təqvimlərində kainatın bir hissəsi olan Yerin müxtəlif hey-

vanlar  üstündə  mövcudluğuna  və  həmin  heyvanların  müəyyən 

ardıcıllıqla  hər  il  bir-birini  əvəz  etmələrinə  inam  vardır)  kimi 

təsəvvür edilir; nəslin başlanğıcında duran ilk insan (əcdad) isə 

çox vaxt ikili təbiətə malik - zoomorfik və antropomorfik forma-

da modelləşdirilir. Bu modellər müəyyən şərtlərlə birləşərək mif 

sistemlərini  yaradır.  Belə  ki,  miflərdə  ruhlar,  allahlar,  eləcə  də 

onların  törətdikləri  dəhşətli  təbiət  hadisələri  (ildırım  çaxmasın-

dan yağış yağır, yağışdan sonra otlar cücərir və s.) və qəhrəman-

lar həmişə qohumluq əlaqəsinə, məkan və zaman, yaxud başlan-

ğıc, törəmə, başvermə səbəbinin oxşarlığına görə bir-birinə bağ-

lanır. Bu, dünyadakı varlıqların xaosdan sonra eyni ünsürlərdən 

(od, su, hava, torpaq) yaranmasına olan inamdan irəli gəlir.  

Mifologiya ilkin dünyagörüşü sistemi kimi hər bir etnosun 

tarixinin  və  mədəniyyətinin  ən  qədim  mərhələsidir.  Etnoqrafi-

yanın  və  folklorşünaslığın  əsas  tədqiq  obyektlərindən  biridir. 

Meydana  gəldiyi  dövrün  həddindən  artıq  uzaqlığına  və  qeyri-

müəyyənliyinə  görə  sistemləşdiriləndə  ayrı-ayrı  dil  ailələrinin, 

super  etnosların  kökündə  dayanan  qeyri-adi  düşüncə  tərzi  və 

yaradıcılıq  hadisəsi  sayılır.  Bəşəriyyətin  mənəvi  mədəniyyəti 

içərisində ikinci  təfəkkür və kortəbii  yaradıcılıq  hadisəsinə rast 

                                            

1

 Rəfiq Özdək. Türkün qızıl kitabı. Birinci kitab.- Bakı, 1992, s. 61. 




Ramazan Qafarlı 

 

- 56 - 



 

gəlmək olmaz ki, miflər qədər müxtəlif, bir-birinə zidd fikirlərlə 

izah  edilsin.  Tədqiqatçıların  bir  qrupu  mifləri  dinlə  eyniləşdir-

məyə çalışmış, digərləri bunun qəti əleyhinə çıxmışlar. Bəziləri 

mifləri əfsanələrlə, rəvayətlərlə, nağıllarla qarışdırmış, başqaları 

isə folklordan tamamilə təcrid edilmiş halda xüsusi fəlsəfi kate-

qoriya  kimi  təqdim  etməyi  məqbul  saymışlar.  Elə  tədqiqatçılar 

tapılmışdır ki, mifləri - xalqın mənəvi dəyərləri içərisində mürtə-

ce  mahiyyətli  artıq  yük  hesab  etmişdir.  Əksinə  düşünənlər  də 

(mədəniyyətin ən mütərəqqi faktı kimi) meydana çıxmışdır. Bəs 

əsil  həqiqətdə  mif  nədir?  Onun  bəşər  təfəkkürünün  inkişafında 

rolu  nədən  ibarətdir,  din,  tarix,  etnoqrafiya,  dil  və  folklorla 

(bədii yaradıcılıqla) hansı tellərlə bağlıdır? - suallarına cavab ax-

tararkən  ilkin  olaraq  S.A.Toka-revin  İ.M.Dyakonova  əsaslana-

raq  yazdığı  fikirlər  yada  düşür:  «Mif  –  dünyanın  və  insanların 

yaranması, eləcə də allahlar və qəhrəmanlar haqqında antik, bib-

liyadan gələn və başqa qədim, poetik, həm də qəribə əhvalatlar-

dır»


1

. E.M.Meletinskinin qənaətinə görə də mif allahlara, ruhla-

ra, ilahiləşən, ya da mənşəyi ilə allahlara bağlanan qəhrəmanla-

ra,  zamanın  başlanğıcında  dünyanın  özünün,  eləcə  də  təbiət  və 

mədəniyyət  elementlərinin  yaranmasında  birbaşa,  ya  da  dolayı 

yolla iştirak edən, nəsil, tayfa törədən ilk insanlara aid əhvalatlar 

kimi  anlaşılır

2

.  Əski  çağlarda  «mif»  sözü  yunanlarda  mahiy-



yətinə uyğun mənada başa düşülür və yarandığı anın dünyaanla-

mını, dünyaduyumunu əks etdirirdi. 

Miflərdə forma məzmunla sıx vəhdətdə verilir. Xüsusi ob-

razlarla, işarələrlə, rəmzlərlə varlıqların və hadisələrin mahiyyə-

tini açmağa cəhd göstərilir. Ona görə də miflər ikili xüsusiyyətə 

malik  olur.  Başqa  sözlə,  mif  eyni  vaxtda  həm  forma,  həm  də 

məzmun daşıyıcısına çevrilə bilir. Belə ki, antropomorfik miflər-

də  dünyanın  alleqorik  şəkildə  dərki  formadır,  ifadə  vasitəsidir, 

bədiilik  üsuludur, poetik sistemin  bir detalıdır, eləcə də insana, 

                                            

1

 Токарев А.С. Ранние формы религии. - М., Политиздат, 1990, с. 281. 



2

 Мелетинский Е.М. Поэтика мифа. 3-е изд., репритное. – М.: Восточная 

литература. РАН, 2000, с. 653. 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə