Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə17/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   13   14   15   16   17   18   19   20   ...   148

Mifologiya 

- 51 - 


 

larını  qurmuşdur  və  yuxular  ibtidai  görüşlərə  təkan  verən  əsas 

vasitələrdən biri olmuşdur.  

Mifə  struktur  kontekstində  yanaşan  nəzəriyyəçilər  onları, 

əsasən,  dilçilik,  semiotika  baxımından  təhlil  edir,  nəticədə  onu 

«özünəməxsus dil növü»nə

1

 çevirməyə cəhd göstərirdilər. Miflər 



sadəliyi,  primitivliyi  ilə  seçilməsinə,  asan  yolla  dünyanı  dərk-

etmə  vasitəsi  olmasına  baxmayaraq,  nədənsə,  onları  abstrakt 

üsullarla  şərh  etmək  ənənə  halını  alırdı.  Bu  mənada  miflərin 

tədqiqində  son  istiqamət  fransız  semioloqu  Rolan  Barta  məx-

susdur. O, strukturalist metodologiyaya söykənən tədqiqatların-

da yalnız dil faktoru kimi götürüb mənalandırmaqla miflərin bir 

sıra başqa mühüm cəhətlərini - süjet elementlərini, obrazlar sis-

temini, özündə hadisə, əhvalat daşımasını, hiss, emosiyalar ifadə 

etməsini və s. arxa plana keçirir. Əlbəttə, bütün elmlərin bünöv-

rə daşlarını təşkil etdiyi üçün miflər hər sahədə izlərini bu və ya 

digər  dərəcədə  qoruyub  saxlayır.  Bu,  sabit  qanunları,  kateqori-

yaları olan elmlərdə, o cümlədən dilçilikdə, riyaziyyatda, semio-

tikada daha çox nəzərə çarpır. Miflər sözlərdə müxtəlif məna ça-

larları yaratmaq funksiyasını bu gün də yerinə yetirir. Bu baxım-

dan R.Bartın fikirləri ilə, bəlkə də, razılaşmaq mümkündür: mif 

– «atalar sözündə təsdiqləndiyi kimi, biliyin anasıdır, lakin belə 

hesab edirəm ki, bütün hallarda o işarənin anası olur»

2

.  



Mifologiya düşüncə tarixinin genetik strukturunda dayan-

maqla onun arxetip səviyyəsini təşkil edir.  

Mifologiya  mütəxəssisi  M.İ.Steblin-Kamenski  yazır  ki, 

«Mif – elə bir nağıl-etmədir ki, həqiqətdən tamamilə uzaq olsa 

da, yaranıb yayıldığı yerlərdə gerçəklik kimi qəbul edilir»

3

. Bu, 



mifoloji  düşüncə  çağıdır:  elə  bir  dövr  ki,  orada  mifoloji  dünya 

modeli dünyagörüşün dominant struktur sxemini təşkil edir. La-

kin  düşüncənin  sonrakı  inkişaf  prosesində  mifin  qavrayışında 

                                            

1

 Барт Р. Мифология. -в его кн. «Избранные работы. Семиотика. Поэти-



ка», М.,1989, с. 46. 

2

 Yenə orada,  s. 47. 



3

 Стеблин-Каменский М.И. Миф. – М.; Л.: Наука, 1976,  с. 9. 




Ramazan Qafarlı 

 

- 52 - 



 

fərqli  aspektlər  meydana  çıxır.  Müəllif  daha  sonra  bildirir  ki, 

hələ b. e. ə. V əsrdə bəzi qədim yunan filosofları mifləri şərh et-

miş,  onlara  təbiət  hadisələrinin  alleqorik  keyfiyyəti,  mücərrəd-

ləşdirilmiş  anlayış,  dolayı  şəkilli  tərbiyələndirmə  vasitəsi  kimi 

baxmışlar; deyək ki, mifdə hər hansı bir tanrının, yaxud ilahənin 

ər-arvad  sədaqətini  pozması  nəticəsində  fəlakətlər  törəyir.  Bu 

belə bir hökm çıxarmağa imkan yaradır ki, ərlə arvad bir-birinə 

xəyanət  etməməlidirlər.  Antik  dövrdə  belə  düşünülürdü  ki, 

hökmdarlar məqsədyönlü şəkildə özlərini tanrı səviyyəsinə qal-

dırır, hər şeyə qadir olduqları barədə fərziyyələr yayır, ya da bu 

işi  yerinə  yetirməyi  müasirləri ilə davamçılarının ixtiyarına bu-

raxırdı. Deməli, mif həmişə yaranıb-yayıldığı yerlərdə gerçəklik 

şəklində  qəbul  edilmir,  hakim  dairələrin  mövqeyini  müdafiə 

edən amilə və hətta gülüş hədəfinə çevrilirdi. 

Çağdaş rus mifoloqu A.K.Bayburin mif haqqındakı nəzəri 

bilikləri  ümumiləşdirərək  yazır  ki,  «mif  (almanca  mythe,  ing. 

myth, fr. mythe: yun. mythos – rəvayət, əhvalat) termini əsəsən 

iki anlamda işlənir:  

1) sözlərlə yaranan təsviri mətn və  

2)  dünya  haqqında  təsəvvürlər  sistemi  (dünya  modeli)»

1



Birinci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda 



anlaşılır.  Mifin  sintaqmatik  vahid  olaraq  gerçəkləşməsi  təsadü-

fən baş verir. Mif mənanın paradiqmasına çevriləndə (mətn mə-

dəniyyətinin digər formaları – rituallar, sosial institutlar, maddi 

mədəniyət abidələri və s. ilə bir sırada) birinci və ikinci anlamlar 

arasında  fərqlər  üzə  çıxır,  lakin  mif  və  mifologiyanın  eyniliyi 

nəzərə  çarpmır.  Ona  görə  ki,  sonuncu  (mifologiya)  təsviredici 

(sintaqmatik)  vahidlərin  -  miflərin  sistemi  kimi  başa  düşülür. 

Müəllifin qənaətinə görə, mifologiya termini də bir neçə anlam-

da  işlənən  ifadədir:  birincisi,  mifologiya  -  hər  hansı  bir  tarixi-

mədəni  ənənəyə  xas  miflərin  (təsvirlərin)  toplusudur;  ikincisi, 

dünyanı dərk etməyin xüsusi formasıdır. Bu halda mifologiyanın 

                                            

1

 Мифы  народов  мира.  Энциклопедия:  в  2-х  т.  /Гл.  ред.  С.А.Токарев/, 



Том I. – М.: Советская Энциклопедия, 1991, с. 75. 


Mifologiya 

- 53 - 


 

mənası mif anlamına  yaxındır, hətta onun paradiqmatik aspekti 

ilə eynidir. Üçüncüsü, mifologiya - mifləri və mifoloji sistemləri 

öyrənən elm sahəsidir. 

Azərbaycanda  mifologiyanın  öyrənilməsinə  müasir  elmi-

metodoloji stantartları tətbiq etməklə diqqətçəkən nəticələrə nail 

olmuş A.Acalov müasir elmi araşdırmalara söykənərək, belə qə-

naətə gəlir ki, mifologiya dünyanı özünəməxsus qanun və vasi-

tələrlə biçimləyən, izah edən «dinamik işarələr sistemidir». Hər 

bir sistem kimi mifoloji sistem də yalnız göstərilən əlamətlər və 

özünün tərkib hissələri (struktur elementlər) ilə deyil, daha çox 

bütün bunların qarşılıqlı münasibətləri, əlaqələri ilə səciyyələnir. 

Çünki «hər çoxluğun nizama salınması onun tərkibinə daxil olan 

vahidlərin  necə  düzülməsindən  asılı  olur»  (Nəsirəddin  Tusi). 

Deməli, dünyanın mifoloji modelini və mifoloji düşüncəni bərpa 

edərkən onun bütün ünsürlərinin (yer, göy, su, ağac, ruh, əcdad 

və b.) müəyyənləşdirilməsi işin yalnız bir tərəfidir. Başlıca mə-

sələ  onların  düzülmə  ardıcıllığını  və  münasibətlərini  bərpa  et-

məkdir.  Və  bu  zaman  konkret  ünsürlərin  semantikası  nə  qədər 

dəyərli  olsa  da,  araşdırıcı  üçün  ikinci  dərəcəlidir.  Çünki  bərpa 

son  nəticədə  konkret  semantik  qatları  yox,  ümumi  modelin  aş-

karlanmasını nəzərdə tutur. Başqa sözlə, həmin ünsürlərin vahid 

modeldə birləşmə, qarşılıqlı fəaliyyət və dəyişməsi qanunları ilə 

məşğul olur. Əgər dil və başqa işarə sistemləri (mifologiya özü 

də  elə  müəyyən  işarə  sistemidir!)  ilə  analogiya  aparmış  olsaq, 

deyə bilərik ki, bərpa burada mifoloji düşüncənin qrammatikası-

nın, mifoloji sintaksisinin bərpasıdır

1

.  



Beləliklə,  xalqın  ən  ibtidai  kollektiv  fantastik  icadı  olan 

miflərdə gerçəklik canlandırılmış (ən adi əşyalar, cisimlər belə) 

və şəxsləndirilmiş obrazlar şəklində əks olunur, insan ağlına gə-

lən  nə  varsa,  hamısı  həssaslıqla  ümumiləşdirilib,  adi  halından 

çıxarılır, fövqəltəbii məxluqlara, varlıqlara çevrilir və bunlar il-

kin inanışlarda reallıq kimi başa düşülür. Mif mənəvi mədəniy-

                                            

1

 Acalov  A.  Ön  söz.  «Azərbaycan  mifoloji  mətnləri»  kitabına.  Tərtib  edəni, 



ön söz və şərhlərin müəllifi. – B., Elm, 1988, s. 15. 


Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə