Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə25/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   21   22   23   24   25   26   27   28   ...   148

Mifologiya 

- 75 - 


 

romantiklərin qəbul etdikləri plastik duyğunu  yaratmaqdır. Sər-

səmlik obrazı mədəniyyət tarixində estetik və konseptual cəhət-

dən təsdiqini tapmış şəkildə, arxetipik özül elemetləri ilə cilala-

naraq təqdim olunurdu və mənəvi aləmin özünəməxsus modelini 

formalaşdırırdı.  Ədəbiyyatın  Hamlet,  Don  Kixot,  Pantaqurel, 

Faust kimi mifikləşdirilmiş füqurlarına romantiklərin marağı tə-

sadüfi deyildi. Bu, müəyyən anlamda mədəniyyət tarixində ana-

loji məqamları axtarmaqla həyat həqiqətlərinin romantik estetik 

modusunu şəxsləndirmək təşəbbüsü idi. 

Bir  məsələ  də  diqqət  çəkəndir  ki,  sərsəmlik  xəstəlik 

əlaməti  olaraq  təqdim  edilmir,  dini-mistik  mənbələrdəki 

kontestə  uyğun  mifoloji  məxluq  kimi  yaradılır.  Romantik  “sər-

səm” mifi ağlın təntənəsinin təkzibini, şüurun əks səmtə yönələn 

təcrübəsini  təcəssüm  etdirir.  Onu  daha  yaxşı  anlatmaq  üçüm 

yaradıcılığın  qoruyucusu  –  romantik  “dahi”  füqurunu  “sər-

səm”lə  qarşılaşdırırlar.  Bu,  mifologiyada  tale  və  insan  şəx-

siyyətini  və  hansısa  qeyri-müəyyən,  formalaşmamış,  adlan-

dırılması  mümkün  olmayan,  ani  baş  verən,  qorxunc  ilahi  gücü 

ifadə  edir.  Şübhəsiz,  romantiklər  “dahi”ni  biçimsiz,  fəlakət 

yayan  qüvvə  şəklində  simvollaşdırmazdılar.  Psixologizm 

ənənəsinə  əsasən,  xeyir-şər,  qaranlıq-işıq,  pis-yaxşı  müna-

sibətləri çox-çox əvvəllər meydana gəlmiş, onların fəaliyyəti ilə 

daha da çiçəklənmişdir (məsələn, Gote də “Faust” əsərində qara 

duyğulardan  danışırdı).  Çünki  kollektiv  şüursuzluqda  yaranan 

mif sonsuz axınla arzu, istək,  yuxu və digər təfəkkür formaları 

vasitəsi ilə nəsildən nəsilə ötürülmüşdür. F.Şellinq romantiklərin 

mifyaratması  barədə  yazırdı:  “Hər  bir  şair  dünyanın  gözü 

önündə  açılan  bir  hissəsini  tama  çevirməyə  və  onun 

materialından öz mifologiyasını yaratmağa meyllidir. Axı dünya 

hələ qurulmaq üzrədir, bu səbəbdən də müasir şair üçün dövr bu 

dünyanın bir hissəsini göstərməyə qadirdir”

1



Romantiklərin yaratdıqları mifoloji “Sərsəm” – “dahi” ob-



razlarına ədəbi mətnlərdə ikili münasibət mövcuddur: bu obraz-

                                            

1

 Шеллинг Ф. Философия искусства. М., 1966, s. 78. 




Ramazan Qafarlı 

 

- 76 - 



 

ların mənbələrdəki  funksiyalarına 1) “passiv” və 2) “aktiv”  ya-

naşılır.  İkinci  halda  metafora  inkişaf  etdirilir,  obrazın  fəaliyyət 

dairəsi xeyli genişləndirilir, o özü hadisələri törətmə gücünə ma-

lik olur, mifoloji, simvolik “oyuna” başlayır, təhtəlşüurdan idra-

ka arxetipik yol açır. O bütün sahələrə: məişət, davranış, incəsə-

nət,  eşq,  elm  və  əxlaqa  refleksiya  şəklində  təzahür  edir.  “Sər-

səm”  uyğun  olaraq  gerçəkliklə  tutuşdurulduqda  romantizmə 

şübhə yaradır. 



Mifologiya 

- 77 - 


 

 

İkinci fəsil 

 

MİFOGENEZİS: 

STRUKTUR VƏ POETİKA 

 

Milyon il əvvəllərdə, hələ mədəniyyətin və inkişafın gös-

təriciləri  mövcud  olmayan  çağlarda  insanların  həyat,  zaman  və 

məkanla  bağlı  görüşlərinin  əsasını  təbiət  obrazları  təşkil  etmiş, 

ilkin  bədii  yaradıcılıq  formaları  kimi  mifologiya  meydana  gəl-

miş və dünya barədə təsəvvürlərin qol-qanad açıb genişlənməsi-

nə münbit şərait yaranmışdır. Bu mənada dinin, elmin, incəsənə-

tin,  ədəbiyyatın  və  fəlsəfi  düşüncənin  tarixi  köklərində  duran 

miflər  ənənəviliyini,  varisliyini  bu  gün  də  qoruyub  saxlayır, 

duyğularımıza təsir edirək müxtəlif emosiyalar doğurur, rituallar 

vasitəsi  ilə  bayram  və  şənlikləri,  davranış  və  münasibətləri, 

adətləri  nizamlayır,  milli  mentalitetimizi  əks  etdirən  əxlaq  nor-

malarını müəyyənləşdirir. Gecə və Gündüz, Günəş və Ay, Göy 

və Yer, Su və Odun mifologiyada izləri – simvollaşmış obrazları 

bütün  zamanlarda  inkişafın  özülündə  durmuş,  ən  çətin  anlarda 

insanın ümid, inam yeri, təsəllisi və yardımçısına çevrilmişdir.  

Təsəvvürə gətirək ki, bir şəxs meşənin dərinliklərində azıb 

uzun  müddət  qalır,  yaxud  bir  adaya  düşüb  tək-tənha  yaşamağa 

məcbur  olur.  Onun  yanında  müasir  sivilizasiyanın  əlamət-

lərindən  heç  nə  yoxdur.  Paltarını  da  Adəm,  Həvva  kimi  əncir 

yarpaqlarından  düzəldib,  ya  da  Robinzon  Kruzonun  yolu  ilə 

gedib.  Təbiətlə  təkbətək  qalıb  zaman  hissini  itirdikdə  ona  nə 

yardım edə bilər? İşıqlı göy, qaranlıqda işaran ulduzlar, günəş və 



Ramazan Qafarlı 

 

- 78 - 



 

ay.  Təbiət  hadisələrinin  eyni  qaydada  təkrarlanması  –  gecənin 

gündüzlə əvəzlənməsi, fəsillərin dəyişməsi, ətrafdakı varlıqların 

yaranıb yoxa çıxması ilk baxışda onda elə təsəvvür oyadacaq ki, 

bütün  bunlar  hansısa  qüvvənin  iradəsi  ilə  qanunauyğun  şəkildə 

yerinə yetirilir, təbiətin özündə bir ritm, ahəng, canlılıq var. Və 

«möcüzələr»in  göydən,  günəşdən,  ulduzlardan  asılılığını  zənn 

edəcək.  Çünki  ən  vahiməli  çağlarında  onların  himayəsini, 

yaxınlığını  duyacaq.  Dərd-sərini  onlara  danışacaq,  ümidini 

onlara  bağlayacaq.  Göydəki  işartılar  və  yerdəki  ağaclar, 

heyvanlar və quşlar onun həmsöhbətinə çevriləcək. Əgər adada 

günəş,  ay  və  ulduzlar  yoxa  çıxsa,  o  adamın  bağrı  çatlayar,  elə 

bilər  ki,  dünyanın  axırıdır.  Qədimlərdə  də  belə  olmuşdur. 

Zamanın və məkanın müəyyənləşməsində ulu əcdadın köməyinə 

çatan  ilk  vasitə  göydəki  işartılar  olmuş:  gündüzlər  ov  ovlamış, 

qaranlıq  düşəndə  isə  bir  mağaraya  çəkilib  dincəlmişlər.  Yazda 

əkmiş,  payızda  məhsul  toplamışlar.  Vaxtın  işıqlı  hissəsində 

başları işə-gücə qarışmış, qaranlıqda isə imkan tapıb həyat, tale, 

dünya  haqqında  düşüncələrə  dalmışlar.  Günün  bir  yarısı 

zəhmətlə, o biri yarısı götür-qoy etməklə keçmişdir.  

Hər bir normal adam işdən evə dönəndən sonra çox hallar-

da televizora baxır, yaxud mətbuatla tanış olur ki, dünya barədə 

təzə  informasiya  toplasın.  Kitab-yazı  yaranmamışdan  qabaq  da 

insanlar  gündüzlər qazandıqlarını, aldıqları  təəssüratları  gecələr 

ulduzlarla  bölüşürdülər.  Çünki  ulduzlu  göy  həmişə  mövcud  ol-

muşdur. Zülmət  gecədə göyün dərinliklərində sayrışan ulduzlar 

hərəkətləri  –  yerlərini  dəyişmələri,  yaranıb  itmələri,  işıqlarının 

azalıb-çoxalmaları  ilə  sanki  yerdəki  həyatın  təkrarını  göstərmiş 

və insanların gələcək fəaliyyətini nizam-lamışlar. Platon təsadüfi 

deməyib  ki,  «Əgər  biz  göyü,  günəşi  və  ulduzları  heç  vaxt  gör-

məsəydik, dünyanın təbiəti barədə bir söz də olsa, deyə bilməz-

dik.  Elə  ki,  gecə  ilə  gündüzü,  ayların  bir-birini  əvəz  etməklə 

dövrləşməsini,  günlərin  bərabərliyini,  günəşin  eyni  qaydada  çı-

xıb-batmasına  baxdıq,  gözlərimiz  önündə  saylar  canlandı,  za-




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə