Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə28/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   24   25   26   27   28   29   30   31   ...   148

Mifologiya 

- 85 - 


 

rərkən qənaətə  gəlmişdi  ki,  dünya haqqındakı mifoloji  görüşlər 

Yer kürəsinin hər tərəfində bir-birini təkrarlayır

1

. Çünki bəşəriy-



yətin qədim tarixinə baş vuran tədqiqatçılar (Vilhelm və Yakob 

Qrim  qardaşları,  )  xalqların  fəlsəfi  sistemlərinin,  düşüncəsində 

formalaşan ibtidai yaradıcılıq məhsullarının əsas əlamətlərə görə 

bəzi məqamlarda bənzərliyini müəyyənləşdirmişdilər. Hətta bir-

biri ilə heç bir əlaqəsi olmayan (istər tarixi-mədəni, istərsə də dil 

qohumluğu,  etnik-geneloji  istiqamətdə)  mədəniyyətlərdə  də  bir 

çox  bədii  obrazlar  və  epizodlar  uyğun  idi.  Psixoanalitik  Karl 

Q.Yunq  onları  arxetip

2

 adlandırır  və  insanların  ümumi 



psixikasının məhsulu olduğunu irəli sürürdü.  

Belə  ki,  şüur  mənşəyinin  dərin  qatlarında  təkraredilməz-

liyini, fərdi özünəməxsus əlamətlərini itirir, başqa sözlə, ilkinli-

yə baş vurduqca, insan beynində dərketmənin, anlamanın yerini 

məchulluq,  qaranlıq  tutur  və  bütün  funksiyalar  instinkt  halında 

öz-özünə fəaliyyət göstərir. Bu halda insan psixikası heyvanların 

yaşamaq və həyat uğrundakı «mübarizəsindan» o qədər də fərq-

lənmir. Gündəlik zəruri  tələbatdan doğan hərəkətlər (ov  əld  et-

mək,  meyvə  toplamaq,  təbiətin  sərt  üzündən  qorunmaq  və  s.) 

düşünülmədən, hazırlıq görülmədən baş verir.  

Körpə uşağın müstəqil ağlı, düşüncəsi sonradan, yaşa dol-

duqca  formalaşdığı  kimi,  bəşər  övladının  da  doğulduğu  çağ-

larda şüuru yatmış halda idi. Dəstələr halında yaşayan insanları 

hamıda  eyni  səviyyədə  olan  «avtonom  funksiyalar  sistemi» 

(Karl Q.Yunq) idarə edirdi. Maddi substansiyalar sonadək ödə-

nənə qədər onların bütün davranışları kollektiv və universal xa-

rakter  daşıyırdı.  K.Q.Yunqun  dili  ilə  desək,  «belə  alınır  ki, 

«ruhun» lap dibində ancaq sadəcə «Dünya» var»

3

. Yəni doğulan 



çağlarda insanın ruhu və ağlı – dünyanı əks etdirən güzgü funk-

siyasını yerinə yetirirdi. Bütün güzgülər varlıqları eyni formada 

                                            

1

 Фрэзер Дж. Золотая ветвь. М., 1980, с. 10. 



2

 Arxetip  –  hərfi  tərcüməsi  əski,  ilkin  obraz,  dünyanın  ən  qədim  obrazı, 

yaxud bədii yaradıcılığa qədərki obraz deməkdir.  

3

 Юнг К.Г. Человек и его символы. СПб. – М., 1996, с. 361. 




Ramazan Qafarlı 

 

- 86 - 



 

göstərdiyi  kimi,  insan  psixikası  da  başlanğıcda  aləmi  bir-birin-

dən asılı olmayaraq uyğun, oxşar və hətta eyni obrazlarla əks et-

dirirdi.  Həmin  obrazların  məzmununu  təşkil  edən  arxetiplər  – 

ilkin  mərhələdə  yalnız  sadə,  primitiv  təbiət  elementlərindən 

ibarət  idi:  insan  ümumi  təbiətdən  -  peyzajdan  göy,  yer,  dəniz, 

od, günəş, dağ və s. ayırmağa başladığı andan bu varlıqlar insan 

beynində simvollaşdırılmışdır. Beləliklə, ətraf mühitlə ilk zahiri 

tanışlıq  zamanı  ulu  əcdad  özünün  ən  ibtidai  dünyabaxışını  – 

mifologiyanı formalaşdırmışdır.  

K.Q.Yunq  psixi  xəstələr  və  mədəni  inkişafın  aşağı  pillə-

sində yaşayan toplumlar arasında eksperimentlər apararkən qəri-

bə hallarla rastlaşmışdı: onlar yunan miflərinə oxşar süjetlər da-

nışır, dünya və təbiət hadisələri barədə ilkin təsəvvürləri sadala-

yırdılar. Alim müşahidələrini ümumiləşdirib yazır: «Təbiəti əks 

etdirən simvolik obrazlar - arxetiplər vasitəsi ilə elə qlobal ide-

yalar  arasında  əlaqələr  formalaşır  ki,  indi  onları  sözlə  ifadə  et-

mək çətindir. Çünki söz ancaq zahiri təsəvvür yaradır»

1

. Həmin 


kortəbii ideyalar – həyatın doğulmasından, dünyadakı varlıqların 

daim  hərəkətdə,  inkişafda,  dəyişməkdə  olmasından,  mövcudlu-

ğun dayaqlarını şərtləndirən amillərdən və s. ibarət idi.  

Ruhun  və  ağlın  doğulduğu  çağların  məhsulu  kimi  anılan 

arxetiplərdə iki mərhələ müşahidə olunur: 

Birincidə insan və təbiət, insan və ətraf mühit qarşılaşdırı-

lır və hər şeyin yaradıcısı, başlanğıcı təbiət varlıqları – ağac, ot, 

heyvan, quş, dağ, çay, göl, günəş, ay və s. sayılır. İnsan dəyişən 

nə görürdüsə, onu simvolik obraza çevirirdi. Yağışın, qarın yağ-

ması ilə torpağın üst qatı başqa rəngə çalırdı. Dağlarda, çöllərdə 

bitkilərin  yazda  canlanması,  qışda  təzədən  yuxulaması  ilə  təbi-

ətin ahəngində fərqlər nəzərə çarpırdı. Bu cür zahiri çevrilmələr 

və əvvəlki hala qayıdışlar təbiəti canlı varlıq kimi təsəvvürə gə-

tirirdi. Bu mərhələni çox vaxt təbiətə tapınma adı ilə təhlilə cəlb 

edirlər.  Mifologiyanın,  bütün  mədəniyyət  növlərinin,  eləcə  də 

                                            

1

 Юнг К.Г. Человек и его символы. СПб. – М., 1996, с. 361. 




Mifologiya 

- 87 - 


 

münasibət formalarının bünövrəsi bu mərhələdə qoyulmuşdur. 



İkinci mərhələdə təbiət hadisələrinin insan həyatında oyna-

dığı  rolu  müəyyənləşdirməyə  çalışır  və  başvermə  səbəblərinin 

dərkinə can atılır, nəticədə tanrılar meydana gətirilir. Bəşər övla-

dının  ilk  primitiv  bilgilər  sistemi  formalaşır,  dünyaanlamının 

əsasları qoyulur. Zamanın çox dərin qatlarında hələ dərki müm-

kün olmayan ideyalar əkinçilik mədəniyyəti çağları üçün aktual 

görünən konkret obrazlar halına düşür. Məsələn, ağıllarına gəlir-

di ki, şimşək göylərin sahibidir, qeyri-adi gücə malikdir, ona eh-

tiram  edilərsə,  məhsuldarlıq  yağışlarını  insanlara  bağışlayar. 

Çünki ulu əcdadın müşahidəsində həmişə yağışdan əvvəl şimşək 

çaxırdı  -  səmada  qulaqları  batıran  qorxunc  gurultu  qopur,  işıq 

zolağı  yaranır, hər şeyin sakitləşməsinə doğru yağışlar yağır və 

elə zənn edirdilər ki, adi təbiət hadisəsinin doğurduğu vahiməni 

şimşəyin yoxa çıxması ilə göy içinə çəkir. Son nəticədə insanlar 

da  qazanırdılar:  əkin  yerləri,  ağaclar  suvarılır,  bolluq-bərəkət 

yaranırdı.  Yaxud  torpağın  –  Yerin  Ana-bəsləyici  kimi  anılması 

(bütün varlıqlar yer üzündə doğulur, onun bərəkəti ilə boya-başa 

çatır)  haqqındakı  mifik  təsəvvürlər  də  belə  yaranıb  bizim 

zəmanəmizədək  yaşadılmışdır.  Lakin  yarıdıcı  obrazları  təkcə 

əkinçiliklə ortaya çıxan ani təlabat əsasında birdən-birə meydana 

gəlməmişdir.  İnsan  düşüncəsinin  neçə  min  illik  inkişaf  tarixi 

boyu  damcı-damcı  əldə  edilmişlərin  hesabına  təşəkkül  tapmış-

dır.  Əkinçilik  bu  obrazların  –  arxetiplərin  doğulmasına  münbit 

şərait yaradan amil rolunu oy-namışdır. 

Tədqiqatçılar  insan  ruhu  ilə  bağlı  araşdırmalar  apararkən 

hələ də mifik düşüncəyə söykənir, ona görə də mağaralarda ya-

şayan ulularımızdan çox uzağa gedə bilmirlər. Semira və V.Ve-

taş yazır: «Qəribədir, çoxlarına elə gəlir ki, tərəqqi tanrının bö-

yüklüyü ilə ziddiyyət təşkil edir»

1

 Bu fikrin əksini irəli sürənlər 



də  az  deyil.  Müasir  türk  mütəfəkkiri  Bediüzzaman  Said  Nursi 

«Gənclik rəhbəri» əsərində elm və tərəqqinin dini inanclarla üst-

                                            

1

 Семира  и  В.Веташ.  Астрология  и  мифология.  –  С.Петербург,  1998,  с. 



11. 


Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə