Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə31/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   27   28   29   30   31   32   33   34   ...   148

Ramazan Qafarlı 

 

- 94 - 



 

atılmağa hazır olduqlarını – fahişəliklərini (prostituee) «müqəd-

dəsliyin» yanına yapışdırmışlar? Səbəb nə idi? V.V.Rozanov so-

ruşur ki,  «Görəsən «sainte» adını Nevski küçəsində gəzib-dola-

şan, sərxoş, çirkaba bürünmüş, üst-başı tökülən, mal kimi söyüş-

kən  və  özlərindən  razı  fahişələrə  vermək  mümkündürmü?  Nə-

dənsə,  bəşəriyyət  qarşısında  ilk  dəfə  iki  bir-birinə  zidd  anlayış 

və  əlamət  yanaşı  durur.  Axı  səmaviliklə,  ilahiliklə  qadınların 

«bədənlərini  hər  yoldan  ötənə  satmaları»  bir  araya  sığmır.  İlk 

baxışda  bu  kəlmələrə  nəzər  salan  əxlaqlı  insan  dilinə  gətirəcək 

ki, qədim misirlilər böyük günah işlətmişlər»

1

. Göründüyü kimi, 



rus və Avropa tədqiqatçıları məsələyə üzdən yanaşaraq belə yo-

zurlar  ki,  dünyada  pedaqoq,  şair  xalq  olduğu  kimi,  döyüşkən 

xalq da var, məsələn, qədim skandinaviyalılar və vikinqlər. Elə-

cə də Sokrat,  Spinoza dünya müdrikləridir. Təbiidir ki,  «dünya 

anası», «dünya gəlini» «dünya qadını» olmaq da kiminsə, hansı 

xalqınsa boynuna düşür.  «Qədim Misirdə 14-15 yaşlı hər hansı 

bir qız bütün dünyada hamı üçün «gəlin» olmağa hazırdır… Ona 

elə gəlir ki,  dünyada hamını  o doğmuşdur»

2

. Qəribə məntiqdir, 



elə  deyilmi?  Onda  gərək  tarixdə  Kaliqula  kimi  mənəviyyatsız 

hökmdar yetişdirən, uzun müddət böyük imperiyanın «fahişəlik-

lə idarə edilməsinə boyun əyən yunanların belinə «dünya əxlaq-

sızı» damğasını yapışdıraq. Halbuki Avropa mədəniyyətinin be-

şiyi sayılan ölkədir. 

Tədqiqatçılar  «müqəddəs  fahişələr»  («sainte  prostituee») 

deyəndə  kimləri  nəzərdə  tutmuşdular?  Maspero  bildirir  ki,  ən 

məşhur  misir  ailələrinin  (kahinlərin,  sərkərdələrin)  qızları  belə 

yetkinlik  yaşına  çatan  kimi  sərbəst  şəkildə  kimlərlə  neçə  dəfə 

istəsələr,  cinsi  əlaqədə  olurdular.  Hətta  dəqiq  say  da  göstərilir. 

5-7-dən  az  kişi  ilə  görüşənə  pis  baxırdılar.  «Prostituee» 

fəaliyyəti qızların gələcək ailə həyatına ziyan gətirmirdi. Əksinə, 

                                            

1

 Розанов В.В.Люди Лунного света». Матафизика христианство. Второе 



издание.  –  С.-Петербург,  Тип.  «Т-ва  А.С.Суворина  –  Новое  Время», 

1913, с. 47. 

2

 Yenə orada, s. 49. 




Mifologiya 

- 95 - 


 

«sərbəst  həyatları»  başa  çatan  kimi  onları  böyük  həvəslə 

sərkərdələr  və  din  xadimləri  özlərinə  arvad  edirdilər.  Bəzi 

tədqiqatçılar  məsələyə  o  prizmadan  yanaşırlar  ki,  həyatda  hər 

şeyi  sınaqdan  keçirib  doyan  qadından  sədaqətli  arvad  və 

qayğıkeş ana çıxa bilər. Lakin çoxları müasirləri ilə (küçə qızları 

nəzərdə  tutulur)  müqayisə  aparıb  bu  qənaətə  şübhə  ilə 

yanaşırdılar.  Çünki  elələri  bütün  enerjilərini  fahişəliyə  qurban 

verib vaxtından tez qocalırdılar.  

«Kişilərlə görüşmək» hadisəsi misirlilərdə 2-3 min il əvvəl 

baş vermişdi. V.V.Rozanov və başqaları, nədənsə, unutmuşdular 

ki,  XIII-XIV  əsrlərdə əksər Avropa ölkələrində, XIX  yüzilliyin 

ortalarında isə ruslarda «ilk nikah gecəsi» adəti vardı. Ərə gedən 

qızın bakirəliyi ya hakim tayfanın əskərləri, ya da mülkədar tə-

rəfindən pozulurdu. Məhz onu da  «müqəddəs  gecə»  adlandırır-

dılar.  Qeyri-normal  əxlaq  qaydalarını  istehza  ilə  Şərqin  belinə 

yazanlar  tarixi  vərəqləsələr,  görərlər  ki,  mədəniyyətin  əsas  ün-

sürləri ilk olaraq Qoca Şərqdə doğulmuşdur. Adi məişət vasitə-

lərini belə avropalılar şərqlilərdən götürmüşlər.  

Bir  cəhəti  diqqət  mərkəzinə  çəkmək  istəyirəm:  F.Rəşi-

dəddinin «Oğuznamə»sində Oğuzun mifik obraz olmasını hamı 

təsdiqləyir  və  əsərdəki  hadisələri  –  türklərin  Şərqdən  Qərbə  – 

Avropanın  ətəklərinə  yürüşünün tarixdə izlərini axtaranda daha 

çox  Böyük  Hun  imperatoru  Mətə  ilə  müqayisə  edirlər.  Ma-

raqlıdır ki, uyğur «Oğuz kağan» dastanından fərqli olaraq, bura-

da hadisələrin dəqiq məkanı göstərilir və Dərbənd, Aran, Şama-

xı, Təbriz, Azərbaycan türk yurdu kimi təqdim olunur. Halbuki 

hər  iki  əsər  təxminən  eyni  dövrdə  qələmə  alınmışdır.  Deməli, 

mifik zamanda Qafqaza, İrana - saka türkləri, qıpçaqlar yaşayan 

yurdumuza oğuzların gəlişi, duruşu heç də təsadüfi deyil.  



 

 

 

 

 

 


Ramazan Qafarlı 

 

- 96 - 



 

Arxetip – simvol – mif  

 

Fikrin dil qayda-qanunları ilə əksinin mifoloji düşüncə ilə sıx əlaqəsi 



onu göstərir ki,  hər ikisi eyni mənəvi aləmdən qidalanmış və  real varlıqlara 

əsaslanmışdır.  Mifik  dünya  əslində  dillə  təsvirə  gətirilən  dünyanın 

(gerçəkliyin)  analoqudur.  Onlar  bir-birindən  ancaq  ifadə,  təsvir,  işarə 

üsullarına  görə  fərqlənir. Belə  ki,  quraqlıq dillə  «hava  yağıntısız, isti keçir» 

şəklində  ifadə  olunursa,  mifik  görüşlərdə  ağzından  od  püskürən  əjdaha 

obrazında kodlaşır. Deməli, mif və dil bir bətndə yetişib dünyaya əkiz gələn 

qardaşlardır,  ikisi  də  mənəvi  inkişafın,  təfəkkür  tərzinin  eyni  qanunlarına 

tabedir,  eyni  mənbədən  qida  alır.  Aralarındakı  oxşarlıq,  yaxınlıq  və  fərq  o 

halda dərk edilir ki, onların bir kökdən pöhrələndiyi, qoşa addımladığı aydın 

nəzərə çarpsın.  

Təbiidir  ki,  inkişafın  müəyyən  mərhələsində  mif  dildən, 

dil mifdən ayrılmış, lakin «qohumluqlarını» müəyyən əlamətlə-

rində ikisi də qoruyub saxlamışdır. Erist Kassirer yazır ki: «biz 

dillə mifin ayrılma xətlərinə prospektiv deyil, retrospektiv şəkil-

də göz qoymalıyıq, yəni o yerə qayıtmaq lazımdır ki, hər ikisi-

nin ayrılma xətləri öz mənbələrini oradan götürür»

1

. Deməli, ay-



rılma xəttlərini üzə çıxarmaq üçün mif və dilə xas eyni konsep-

tual forma vardır. Qısa şəkildə onu metoforik düşüncə adlandı-

rırlar.  

Dünyanın  metoforik  əksi  həm  bədii  dilin,  həm  də  mifin 

mənşəyində duran əsas amildir. Ona görə də tədqiqatçıların çoxu 

bu  qənaətdədirlər  ki,  metafora  miflə  dil  arasında  körpü  rolunu 

oynayır.  Ancaq  onun  meydana  gəlmə,  daha  doğrusu,  ilkin  do-

ğulma  prosesindən  danışanda  fikirlər  haçalaşır:  bəziləri 

metaforanın  kökünü  dildə,  digərləri  isə  mifik  fantaziyada  axta-

rırlar.  Gerderə  görə,  dildəki  bütün  söz  və  ifadələr  başlanğıcda 

mifik xarakterə malik olmuşdur. Belə çıxır ki, dil də miflər kimi 

kortəbii  şüurun  içərisindən  keçmiş,  miflə  işarələnən  varlıq  və 

hadisələrin  gerçək  dərkinədək  mifologiyaya  yol  yoldaşı  olmuş-

dur. Maks Blek göstərir ki, metaforik fikrin əsasında iki subyekt 

dayanır: əsas və köməkçi. Bu subyektlərə «qlobal obyekt» kimi 

                                            

1

 Теория  метафоры.  Сборник.  Пер.  с  англ.,  фр.,  нем.,  исп.,  польс.  яз.  – 



М., Прогресс, 1990, с. 165. 


Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə