Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə30/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   26   27   28   29   30   31   32   33   ...   148

Mifologiya 

- 91 - 


 

alınıb.  

Onun adı Tale kitabında birinci gəlir,  

O,  bütün  cisim  və  varlıqlardan  əvvəl  məlum  idi  və  sonra 

da olacaq.  

O – yolgöstərəndir, çünki gözlər onun köməyi ilə görməyə 

başladı.  

İnsanın  bütün  öyrəndikləri,  dərk  etdikləri  ancaq  bir 

damladır,  

Bütün  müdrikliklər  –  onun  mənbəyindən  götürülmüş  bir 

ovuc sudur,  

Bütün zamanlar – onun həyatının ancaq bir saatıdır…  

Və fədəkar şair məhəbbətin ülviliyini yaradıcıya bağlılıqla 

şərtləndirirdi. Allah eşqi qəlbində olan insan üçün ən ağır ölüm 

cəzası  da  qorxulu  deyildi.  Əttar  yazır  ki,  həbsxanada  Mənsur 

Həllacdan soruşurlar: «Sevgi nədir? Cavab verir ki, «Siz onu bu 

gün  də,  sabah  da  və  o  biri  gün  də  görəcəksiniz».  Həmin  gün 

onun əllərini və ayaqlarını kəsirlər, səhəri gün boğazından asır-

lar, üçüncü gün isə bədənini yandırıb külünü göyə sovururlar… 

Maraqlıdır  ki,  bir  çox  sufilər  təsəvvüfü  –  mütləq  azadlıq, 

xeyirxahlıq,  qəlb  genişliyi  və  özünə  qarşı  zülm  etməmək  kimi 

başa düşmüşlər. Rüvaym (915-ci ildə ölmüşdür) üzünü gənc İbn 

Hafifə tutub deyirdi ki, «Sufizm – ürəyi həqiqət naminə qurban 

verməkdir,  onun  haqqındakı  boş  söhbətlərə  həsr  etmək  deyil»

Deməli, sözün dəyəri xeyirxah əmələ çevrilən anda üzə çıxır və 

insan ancaq düz işləri ilə Allaha qovuşa bilir. 

Bu mənada böyük Azərbaycan şairi Xaqani sufiliyi paklıq 

adlandırırdı:  

«Mən safam, çünki sufilərin saflığına xidmət edirəm».  

Xaqaniyə görə,  



Sufilər Xızr kimi kuvşinlərində dirilik suyu gəzdirirlər,  

Onların əsaları Musa peyğəmbərin əsası qədər möcüzəli-

dir. 

Mövlanə Cəlaləddin Rumi isə «sufizm nədir?» sualına ca-

vab axtararkən bildirir ki,  

«Təsəvvüf batmanla kədər, qəm gələndə ürəkdə sevinc tap-



Ramazan Qafarlı 

 

- 92 - 



 

maqdır».  

Göründüyü  kimi,  K.Yunq  da  arxetipin  –  kənar  enerji  və 

qüvvənin  mənbəyi  haqqında  təxminən  həmin  qənaətlərə  gəl-

mişdir. 


Alim  mədəniyyət  obrazlarının  təkrarlanmasının  səbəbini 

bütün insan ruhlarında mövcud dünyanın eyni şəkildə əks olun-

ması ilə şərtləndirirdi. O, E.Teylorun «obrazların öz-özünə doğ-

ması» ideyasını eksperimet və dəlillərlə sübuta yetirməyə çalışa-

raq  XX  yüzilin  əksər  alimlərinin  razılaşdıqları  arxetiplər  nəzə-

riyyəsini irəli sürürdü. Alim «arxetip nədir?» sualına cavab verə-

rək yazırdı: «Bu, həmin yaradıcılıq növüdür ki, bir-birinə oxşar 

mifoloji təsəvvürləri təkrar istehsal etməyə həmişə hazırdır. Bizə 

elə  gəlir  ki,  arxetiplər  yalnız  hər  zaman  təkraralanan  tipik  təc-

rübə deyil,  həm də emprik  şəkildə həmin  təcrübəni təkrarlayan 

güc, yaxud ənənədir. Hər dəfə yuxuda, fantaziyada, xəyalda, ya 

da həyatda yeni arxetip meydana gələndə, özü ilə hansısa xüsusi 

«təsir» vasitəsi gətirir, yaxud naməlum qüvvənin köməyi ilə in-

sanları valehetməyə, tilsimləməyə başlayır, hansısa əməlin yeri-

nə yetirilməsinə geniş yol açır».

1

 



Arxetip – obrazın və onun daşıdığı mənanın başlanğıcdakı 

vəhdətidir,  hər  ikisinə  aid  «xüsusi  enerji»dir.  O  hansısa  əbədi 

həqiqət kimi də müəyyənləşə bilər. Lakin onun kokret obrazlaş-

mış və simvollaşmış məğzi xarici mühitin – tarixi şəraitin təsiri 

ilə dəyişir, ona görə də nə olduğunu anlamaq bizim üçün çətinlə-

şir.  K.Yunq  arxetiplə  bağlı  fikirlərini  məhlulun  içərisindəki  şə-

bəkənin krstallaşması ilə müqayisədə çatdırmağa təşəbbüs edir. 

Belə ki, məhlul isinməklə, yaxud müəyyən vaxt keçəndən sonra 

bərkiyir,  dəmir  şəbəkəni  içinə  alıb  kristallaşır.  «Kristal  şəbəkə 

hər hansı bir kristala məxsus konkret formanı deyil, streometrik 

strukturu  müəyyənləşdirir.  Kiçik,  yaxud  böyük  ola  bilir.  Ölçü 

həddinin sonsuz sayda mövcudluğundan formanın da müxtəlifli-

yinin  sayı-hesabı  yoxdur,  eləcə  də  bir  neçə  bərk  maddədən  – 

                                            

1

 Юнг К.Г. Челевек и его символы. СПб, 1996, с. 125. 




Mifologiya 

- 93 - 


 

kristaldan  əmələ  gəlir.  Bu  prosesdə  həmişə  eyni  qalan  yeganə 

cəhət  tərkib  hissəsindəki  həndəsi  tənasüblükdür.  Bunu  arxetipə 

də  şamil  etmək  olar.  Əsas  etibarilə,  o,  adlandırıla  və  dəyişməz 

məna özəyinə malik ola bilər - lakin heç vaxt konkret görünüş, 

hadisə  deyil,  hər  zaman  ancaq  nöqteyi-nəzər  kimi  meydana 

çıxır.»

1

 Yəni  arxetip  həmişə  ideyadır,  maddilikdən  məhrumdur. 



Məsələn, ağzından od püskürən çoxbaşlı əjdaha, dəyirman daşı-

nı  ayaqlarına  keçirib  sürətlə  qaçan  div  obrazları  hər  zaman  tə-

səvvürə gətirilir, lakin heç vaxt gözə görünmür, yəni maddi sub-

stansiyaya çevrilmir, ideya olaraq qalır. 

Xüsusi  vurğulamaq  lazımdır  ki,  miflərdə  deyildiyi  kimi, 

ruh,  ağıl,  şüur,  emosiyalar  (bütün  müxtəliflikləri  ilə  birlikdə) 

Yaradıcı  tərəfindən  bir  anın  içində,  bir  göz  qırpımında  insana 

bəxş edilməklə o, canlılar arasında fərqləndirilməmişdir. Şüurun 

in-kişafına təkan verən qüvvənin əsasında elə fantastik, təbii və 

tarixi-mədəni obrazlar – miflər durur ki, bu gün həm abstraklığı, 

sakrallığı, həm primitivliyi, sadəliyi, həm də yerə, torpağa, yaşa-

dığımız dünyaya, həyata bağlılığı, eləcə də duyğularımıza təsiri, 

düşündürücülüyü və universallığı ilə diqqəti cəlb edir. 

 

 

Emosiya – stereotip – mif  

 

Maspero «Şərq tarixi» kitabında «müqəddəs fahişəlik»dən 

bəhs  açır  və  qədim  Misir  qadınları  haqqında  sonralar  əksər 

Avropa  və  rus  alimlərinin  dilinə  düşən  bu  sözləri  yazır:  «La 



sainte  est  toujours  prostituee»  V.V.Rozanov  «Люди  лунного 

цъвета»  («Ay  işığının  insanları»)  əsərində  məsələyə  aydınlıq 

gətirməyə  cəhd  göstərir.  Bütün  əski  müşahidəçilər  və  yeni  ta-

rixçilər misirliləri qədim, müdrik və ciddi xalq kimi təsdiqlədik-

ləri  halda  neçə  min  əvvəl  onların  ağlına  hardan  gəlib  ki,  dini 

«müqəddəs»  (sainte)  kəlməsini  nadir,  cazibədar,  sayılan  məx-

luqlara - qadınlara şamil edib sonra da bütün kişilərin qoynuna 

                                            

1

 Юнг К.Г. Челевек и его символы. СПб, 1996, с. 125. 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə