Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə24/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   20   21   22   23   24   25   26   27   ...   148

Ramazan Qafarlı 

 

- 72 - 



 

xətlənmiş “kontur”lar yad olsa da, onların mif konsepsiyası ardı-

cıllığı, müntəzəmliyi, tənasüblüyü ilə fərqlənirdi. 

Romantiklərin ədəbi-nəzəri və fəlsəfi fikirlərini ümumiləş-

dirərək bu nəticəyə gəlirik ki, romantizm çağlarında mifyaratma 

poetik  yaradıcılığın  əsas  prinsipi  kimi  götürülmüşdür.  Sənətkar 

(poetik dahi) yaradıcılıq prosesində mistik duyğularını sınaqdan 

keçirmiş,  həyat  gerçəklilərini  mifologiyanın  qanunlarına  uyğun 

şəkildə  poetik  formaya  salmış  və  bununla  dünyanı  bütün  əha-

təliliyi  ilə  dərk  etməyə  can  atmışdır.  Yaradıcılıq  prosesinə  gəl-

dikdə, bu, dünyaya magik təsir kimi götürülmüş və eyni zaman-

da  dünyanın  sirlərinin  xüsusi  yolla  açılmasına  xidmət  etmişdir. 

Bu cür ehtiraslı ilhamlanma nəticəsində mif-nağıl sintezinin da-

xili qanunauyğunluqları dramaturgiyaya, poeziyaya və nəsrə şa-

mil edilmişdir. 

Romantiklər mifi düşüncənin universal sistemi kimi götü-

rür (“mütləq mifologiya”), mədəniyyətin bütün inkişaf tarixi bo-

yu mifologiyanın həmişə insanlara əhatə dairəsindəki gerçəklik-

lərdən təsirlənməyə, əldə olunan bilgilər toplusunu dərinləşdirib 

sistemləşdirməyə  və  sistemləşmə  əsasında  özünün  konseptual 

dünya modelini formalaşdırmağa xidmət etdiyini göstərirlər. 

“Mütləq mifologiya”nın reallaşması obraz, süjet və model-

lərin  sonsuzluğunu,  emprik  müxtəlifliyini  öz  içərisində  əridən 

tarixi-milli mifologiyaya (“nisbi mifologiya”) çevrilir.  

Zaman ötdükcə konkret  forma şəklinə düşən “mütləq” və 

“nisbi” mifologiyalar bəşər oğlunun  şüurunun təşəkkül  tapması 

ilə aksentləşir, ayrı-ayrı aspektləri hiperbolizə (müqayisə) edir:  

Kosmik başlanğıc – arxaiklik və maarifçilik;  

Antropoloji mərhələ - antiklik və klassizm;  

İlahilik – orta çağların xristianlığı və müsəlmanlıq. 

Bir halda ki, mütləqdə hər şey ayrılmaz və əriməz sintez-

dədir, romantiklər də “mütləq mifologiya”nın parametrlərini bö-

lünməz üçlük şəklində təqdim edirlər:  



“Kainat (kosmos) – İnsan – Allah”. 


Mifologiya 

- 73 - 


 

Romantiklərin “mütləq” mifyaratmaya maksimal yaxınlaş-

maq  təşəbbüsləri  onunla  şərtlənir  ki,  onlar  öz  əsərlərində 

dialektik-uerxik xarakteri ilə əvvəlki mifoloji modellərdən seçi-

lən xüsusi dünya (universium) obrazı yaratmağa çalışırdılar. 

Romantik  universiumun  fiziki  səviyyəsi  dünyanın  ”cis-

mani”  (“kosmik”)  -  məkan  xarakteristikasını  əks  etdirir.  Uni-

versiumun  bu  xüsusiyyətini  F.Şellinq  “İncəsənətin  fəlsəfəsi” 

əsərində «Təbiətə oxşar universium» adlandırmışdır.

 

Psixoloji-tarixi  səviyyədə  romantiklər  “Dünya  canı”  ob-



razını əks etdirir, kainatın tarixi prosesləri izləyir və müvəqqəti 

tamlığının  yaranmasını  düşünürdülər.  Novalis  “Dünya  canı”n-

dan  danışanda,  hər  şeyin  vahidləşməsinə  yardım  göstərən  fərdi 

prinsipi nəzərdə tuturdu

2

. F.Şellinq isə onda universiumun kon-



kret varlıqlarını birləşdirən ümumi başlanğıcı görürdü. O, bütün 

təbiəti bir canlı orqanizm kimi əlaqələndirir və “Dünya canı”nı 

“tarixi  universium”  adlandırırdı

3

.  Geldertlin  üçün  isə  “Dünya 



canı” minlərlə arteriyadan ibarət vahid qaynaqdır. Bu damarlar 

vasitəsi ilə qurub-yaradan güc sonsuz dövretməklə yenidən geri 

qayıdır

4



Universiumun ən yüksək mənəvi səviyyəsində zaman-mə-

kan  vəhdətini  mütləq  dəyərlər  və  ideallar  vasitəsi  ilə  təcəssüm 

etdirən “Dünya ruhu” obrazı əks olunur, həyatın mənəvi dəyişik-

liyini tənzimləyir.  

Özünüdərk prosesini pillələrə ayıran F.Şellinq güman edir-

di ki, əgər əski çağlarda Dünya ruhu universiumu təbiət şəklində 

seyr  edirdisə,  xristian  erasında  yeni  dünya  insanla  başlanır, 

dünya ruhunun inkişaf və dirçəlişini başa çatdırmaq ancaq bəşər 

oğluna nəsib olur. Emersonun sözləri ilə desək, ümumi (dünya) 

ruh  təkcə  universiumun  təbiət  sahəsinə  baş  vurmur,  düşüncəyə 

daxil  olur.  Buna  görə  də  təkcə  o  dünyanı  və  insanlığı  mütləq 

                                            

1

 Шеллинг Ф. Философия искусства. М., 1966, c. 18. 



2

 Novalis. Schriften. Stuttgart, 1965. Bd.2. s. 551. 

3

 Шеллинг Ф. Философия искусства, s. 78. 



4

 Гельдерлин Ф. Сочинения. М., 1969, c. 453.

 



Ramazan Qafarlı 

 

- 74 - 



 

həqiqətə (“Təbiət”) aparıb çıxardacaq. Romantiklərin fikirlərini 

ümumiləşdirən  Hegelə  görə  isə  “Dunya  ruhu”nun  bədii 

yaradıcılığa  təsiri  bəşəriyyətin  mənəvi  mədəniyyətini  irəliyə 

aparacaqdır. 

Romantiklərin  qənaətlərində  universiumun  üç  qlobal 

sahəsi:  “cismani  cəzbetmə”,  “Dünya  canı”  və  “Dünya  ruhu”  – 

eyni  məqamda  onun  polifonik  mövcudluğu  qabiliyyətinə  nüfuz 

edir,  təbiət  aləmində  çoxluq,  məkanilik  dəyişmələrini,  özünü-

dərki,  mənəvi  zənginliyi  başa  çatdırır.  Dialektik-ierarxik  uni-

versiumu  ədəbiyyat  və  incəsənət  əsərlərinin  mayasına,  struk-

turuna  hopdurmağa  çalışan  romantiklər  arzulayırdılar  ki,  yarat-

dıqları ilə hansısa ideal, universal mifologiyaya yaxınlaşsınlar.  

Romantik yaradıcılıqda mifoloqzimləşmə prosesi geniş və 

əhatəli  ənənədir,  ayri-ayrı  milli  ədəbiyyatlarda,  o  cümlədən 

Azərbaycan romantik ədəbiyyatında tamamilə fərqli əlamətlərlə 

müşahidə olunur. 

Azərbaycan  romantiklərinin  əsərlərində  miflərdən  keçən 

ifadə  vasitələrinə,  simvolik  formalara  və  arxetiplərə  gemiş  yer 

ayrılır. Ulu əcdadlarımızın ilkin dünyagörüşünün təsiri ilə yara-

naraq dildə müxtəlif rəmzi mənaları ifadə edən mifoloji obrazla-

rın romantik poetik düşüncənin elementlərinə çevrilməsi təsadü-

fi deyil. Çünki romantiklərin dünyanı dərketmə üsulları mifoloji 

strukturlarla  üst-üstə  düşür.  Romantik  poeziyada  da  simvollar 

hansı obyektə (gerçək həyat hadisəsinə, təbiət obyektinə) aiddir-

sə, özündə onun keyfiyyətlərini daşıyır. Bu keyfiyyətlər çox hal-

larda dolayı yolla göstərilir. Başqa sözlə, romantiklərin yaratdıq-

ları  obrazlar  heç  vaxt  yerində  donub  qalmır,  daim  fəaliyyətdə 

olur, hansısa funksiyanı yerinə yetirir, məzmun və forma daşıyı-

cısına  çevrilir.  Fəaliyyəti  bəlli  olmayan,  kimə  və  nəyə  xidmət 

edəcəyi  aydınlaşdırılmayan  obyekt  heç  vaxt  mif  sistemlərində 

meydana gətirilmir.  

Romantiklərdə  sərsəmliyə  müraciət  mifin  yenidən  dirçəl-

dilməsi idi. Çünki mifin əsas məqsədi nəsihətçilik deyil, gerçək-

liyin  semantik  cəhətdən  zəngin,  enerjili,  nümunəvi  obrazlarına 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə