Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə22/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   18   19   20   21   22   23   24   25   ...   148

Ramazan Qafarlı 

 

- 66 - 



 

Romantiklərin idealist dünyabaxışı ilə Fixtenin Ruhun im-

kanlarının genişləndirilməsi təsəvvürü arasında fövqəladə yaxın-

lıq göz qabağındadır. Lakin bir sıra mövcud məqamlarda Nova-

lis Fixtenin gerçəkliyi tənqid etməsinə fərqli mövqedən yanaşır-

dı.  Fixte  “MƏN”i  (“tam  şüur”u)  dolayı  fəlsəfi  nöqteyi-nəzər  – 

abstraksiya (fikrən ayrılma) kimi başa düşürdü. Novalisin qəna-

ətində isə subyektiv “MƏN” sonsuzluğa, magikliyə malik, ayrı-

lıqda götürülən şəxsiyyəttək təqdim edilirdi. Novalisin termino-

logiyasında bu elə bir qüvvədir ki, dünyaya təsir etmək və öz ru-

hunu  kökündən  dəyişdirmək  gücünə  malikdir.  Beləcə  əsas  ro-

mantik tezis meydana atılırdı: “Şəxsiyyət dünya yaradır”. Lakin 

Novalisdə ümumilikdə şəxsiyyətdən (hər hansı bir “MƏN”dən) 

deyil, ilk növbədə, poetik şəxsiyyətdən, sənətkardan danışılırdı. 

Maraqlıdır ki, XX əsr Azərbaycan romantikləri, xüsusilə Abbas 

Səhət də (“Şair, Şeir Pərisi və Şəhərli”, “Şair”, “Şərarə”) söz ya-

radıcısının başqalarından üstünlüyünü vurğulayırdı. 

Romantiklərə görə, dahilik zirvəsinə çatan şair sehirbazlıq 

cizgiləri əldə etdiyindən dünyanı dərk etməyin ən yüksək forma-

sı poeziyadır. Onlar belə bir mücərrəd qənaət irəli sürürdülər ki, 

nə ayrı və ümumi arasında əlaqə yaradan səmərəli bilik əldə et-

mək,  nə  də  birtərəflilikdən  əziyyət  çəkən  təmiz  intuitiv  savad 

qazanmaq  dünyayaratmanın  həqiqi  mənzərəsini  verə  bilir.  Yal-

nız  “magik  seyretmə”  dərketmədə  səhvlərdən  yaxa  qurtarmağa 

və universium barədə düzgün, həqiqi məlumat əldə etməyə yar-

dım  göstərir.  Bu  nöqteyi-nəzər  Novalisin  məşhur  aforizmində 

çox gözəl əks olunmuşdur:  

“Şair  təbiəti  bütün  çalarları  ilə  birlikdə  alimin  ağlından 

daha yaxşı anlayır.

1

  



A.Səhhət də eyni şövqlə yazırdı ki: şair öz kainatında bü-

tün dünyanı yerləşdirə bilmədiyi halda Tanrının sirlərinin açarını 

tapmağı bacarır. 

 

                                            



1

 Литературные  манифесты  западноевропейских  романтиков.  М.,  1980. 

c. 94. 



Mifologiya 

- 67 - 


 

Sığmazkən aləm, adəm onun kainatına, 

Tiflanə mələbəydi hənuz ümdə mətləbi. 

...Məktum olan xızaini-həqqin kilidinə, 

Ol tifli məhrəm etmək ilə qıldı mərhəmət

Təqdim etdi sonra ona bir alovlu saz

İlham qüvvəsilə oxutdurdu şairi.

1

 

 

Burada  poetik  dərketmə  rasionallıqla  qarşılaşdırılır  və 



intiutiv,  irrasional  yol  kimi  deyil,  universal,  sintetik  keyfiyyət 

şəklində  götürülür.  Öz  növbəsində,  romantiklərin  mif  haqqın-

dakı nəzəri fikirlərdə magik seyretmənin “sonsuzluğun” dünya-

dakı  mistik  duyulmasına  əsaslandığı  göstərilir.  Mənəvi  (ilahi, 

ideal,  mütləq) başlanğıc  fiziki (konkret,  əşyavi) dünyada təcəs-

süm  edilir.  Dünyaya  mistik  münasibət  transsendentlik  (idealist 

fəlsəfədə: təcrübə xaricində olmaq, təcrübə ilə dərk edilə bilmə-

məzlik) cizgilərinin gündəlik həyata, məişətə axınının sezilməsi 

ilə xarakterizə olunur. Beləcə romantiklər şairləri mistik dünya-

duyumunun əsas daşıyıcıları elan edirdilər. Novalis hətta söz sə-

nətkarını  kahinlə  eyniləşdirərək  yazırdı:  “Şair  və  kahin  başlan-

ğıcda  bir  adam  idi,  onları  sonrakı  çağlarda  ayırıblar.  Lakin  əsl 

şair  həmişə  kahin,  əsl  kahin  isə  hər  zaman  şair  olaraq  qalıb.”

2

 



Romantiklər  mistik  duyğunun  (hissetmənin)  dünyanın  mifik 

(rəmzi) dərki ilə sıx şəkildə bağlı olduğunu irəli sürürdülər. Bu 

cür  hissetmə  insanlarda  təbiətə  qarşı  elə  baxış  formalaşdırır  ki, 

zahirən cansız, tərpənməz varlıqların da möcüzəli həyatı olduğu 

duyulur,  hər  addımda  ilahinin  sirli  əlamətlərinə  təsadüf  edilir, 

hara baxırsan, orada qeyri-adi vəziyyətlərə, “qəribə cizgilərə, gi-

zli  yazılara,  quş  qanadlarında,  yumurta  qabığında,  buludlarda, 

qar dənəciklərində, kristallarda, müxtəlif formalı daşlarda, don-

muş  sularda,  arxlarda,  bulaqlarda,  dağların  üstündə,  bitkilər, 

                                            

1

 Abbas Səhhət. Seçilmiş əsərləri. Lider nəşriyyat, B., 2005, s. 97. 



2

 Yenə orada. 




Ramazan Qafarlı 

 

- 68 - 



 

heyvanlar aləmində, insanlarda, göyün od-işığında belə bilinməz 

işarələrə, haşiyələrə rast gəlirsən”

1



Avropa  romantiklərinin  gəldikləri  bəzi  qənaətlərə  Azər-

baycanın söz ustaları hələ XII yüzildə gəlmişdilər. Nizami kimi 

nəsrə nisbətdə şeirə daha yüksək qiymət verən əl-Ustad nəzmin 

xüsusiyyətlərindən  geniş  bəhs  açmış,  Məhəmməd  peyğəmbərə 

istinad edərək bilidirmişdi ki:  «Bütün varlıqlardan yüksək olan 

Allahın  oturduğu  taxtın  altında  böyük  xəzinə  gizlənmişdir. 

Orada  olanların  məzmununun  açarı  isə  şairlərin  dilinin 

altındadır». Peyğəmbərin dediyinə görə, şairlər – insan nəslinin 

ötüb-keçməyən,  bitib-tükənməyən  şöhrətidir.  Yaxud  «Dil  bircə 

sözlə möcüzə yaratmağa qadirdir»

2

Romantiklər qədim Misir, Çin əlifbasında bütöv məfhumu 

və  ya  hecanı  ifadə  edən  işarələrdən  -  heroqlif  görüntülərindən 

danışanda  vurğulayırdılar  ki,  onlar  nəhayətsizlik,  intəhasızlıq, 

sonsuzluq,  ucu-bucağı  olmamaq  ideyasını  özündə  daşıyır.  He-

roqliflərdə dünyanın sonuna aid əşya və hadisələr aydın sezilir. 

Dilin təbiətini anlamağa çalışarkən belə qənaətə gəlirdilər ki, he-

roqliflərin sirrini açmaq qabiliyyəti ancaq əsl şairə verilir və bu-

nunla söz sənətkarının magik gücü nümayiş etdirilir. Zaman gə-

ləcək  şairlərin  bu  xüsusiyyəti  “dünyanı  canlandıracaq”.  Çünki 

“Dünyanı  canlandırmaq”  gücü  başlanğıcda  İnsanlığa  xas  xüsu-

siyyət olmuş, müasir mərhələdə tamam itirilmişdir. Novalis ya-

zırdı:  “İndi  biz  səbəbini  anlamadığımız  ölü  təkrarlardan  başqa 

heç nəyi görmürük”

3

. Doğrudan da ümumi əlaqə və təsirə malik 



universiumun dərkindən insanlar məhrumdurlar. Onlar Dünyanı 

tam halda görmürlər. Ona görə ki, ilahiliyin dünyadakı movcud-

luğunu  duymaq  qabiliyyətini  çoxdan  itiriblər.  Bu,  insanla  uni-

versiumu bir-biri ilə əlaqələndirən əsas əlamət idi. Romantiklər 

yeni  əlaqə  vasitəsini  tapmağın  yollarının  “magik  seyretmə”dən 

                                            

1

 Новалис Ф. Гимны к ночи. М., 1996, c. 71. 



2

 Абу-Бакр  ибн  Хосров  ал-Устад.  Мунис-наме.  Перевод  с  фарси,  пре-

дисловие и примечания Рустама Алиева. – Язычы, Б., 1991, с. 12. 

3

 Novalis F. Schriften. Bd. 2. Stuttgart, 1965. s. 549. 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə