Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə23/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   19   20   21   22   23   24   25   26   ...   148

Mifologiya 

- 69 - 


 

keçdiyini göstərirdilər. Bu prosesdə təfəkkürdə bütöv Dünyanın 

tutqun  şəkildə  obrazı  meydana  gəlir,  ayrılıqda  və  şərtilikdə 

mütləqliyə  (qətililiyə,  şübhəsizliyə)  yüksəldilir.  Bu  fikirlər,  əs-

lində, mifoloji düşüncənin genezisinin açarı idi. Eləcə də “qeyri-

müəyyən tamı hissetmə”nin universallığa uyğunluğu poetik  ya-

radıcılıqla (bədii düşüncə ilə) üst-üstə düşür. Bu cəhət də mifo-

loji görüşlərə xas əlamətdir. 

Mifoloji  dərketmənin  ardınca  dünyabaxışının  başqa  for-

maları tam halda yaranmış və təbiətə olan duyğusal-poetik baxış 

yaddaşlardan  itmişdir.  Onu  təzədən  qaytarmağı  bacaranlar  po-

etik istedadları  ilə dahilik zirvəsinə  yüksəlmişlər. Beləliklə, ro-

mantiklər müasir poeziyada mifyaratma prinsipininin mövcudlu-

ğunu təsdiqləyirdilər. Maraqlıdır ki, poetik yaradıcılıq deyəndə, 

dünyanı  qavrayıb  müəyyən  tərz,  üsul  və  qaydalarla  modelləş-

dirmə başa düşülür. “Romantizm” anlayışı da eyni şəkildə anla-

şılırdı. Romantiklər bildirirdilər ki, “Dünya romantikləşdirilmə-

lidir. Ancaq bu halda o ilkin mənasını daşıyar”. Romantikləşdi-

rilmə o anlamda işlənirdi ki, dünyada hərtərəfli keyfiyyət poten-

siallaşması  baş  verməlidir.  Hələ  XIX  yüzilliyin  ortalarında  “nə 

qədər  ki  gec  deyil”  –  deyə  romantiklər  mifə  qayıdışla  dünyanı 

gələcək bəlalardan xilas etməyin yollarını təklif edirdilər. Onlar 

adilikləri  yüksək  mənalandırır,  gündəlik  həyatın  bayağı  dona 

bürünməsini  sirli  pərdənin  aradan  qaldırılması  ilə  aradan  qal-

dırmağı  irəli  sürür,  tanınan  və  anlaşılan  varlıqlarda  belə  əylən-

cəlik  əlamətləri  və  qeyri-müəyyənlik  görür  –  beləcə  romantiz-

min mahiyyətini bu şəkildə şərh edirdilər.  

Romantikləşdirilmə  -  mistik  duyğu  və  “magik  seyretmə” 

eyniliyinin xüsusi “vasitə” ilə poetik əksi sayılırdı. Mistik duyğu 

həyatın poetik (romantik) qavranılmasının sinonimi kimi götürü-

lürdü. Şairlət mistik bilgilərin həqiqi daşıyıcısı elan edilir və on-

ların  əsərlərində  gerçəklik  romantıkləşdirilməklə  transsendent 

mənaya  çatırdırılırdı.  Bu  mənada  Novalis  gerçəkliyin  transsen-

dent  sirlərini  daha  düzgün,  adekvat,  uyğun  əks  etdirən  poetik 

formaları da müəyyənləşdirir. Bu sıraya poeziyanın qanunlarının 

yaranmasına  yardım  göstərən  mif  və  nağıllar  daxil  edilirdi.  O, 




Ramazan Qafarlı 

 

- 70 - 



 

əslində  miflə  nağılı  bir-birindən  ayırmırdı.  Bu  ədəbi  formaları 

universiuma təsvir etməyə qadir yeganə epik janrlar kimi təqdim 

edirdi.  Novalis  yazırdı  ki,  nağıllarda,  mifyaratmada  gerçəklik 

“mütləqləşdirilərək  universal  məna  kəsb  edir,  individual  (fərdi) 

anlar və situasiyalar təsnif edilir, hər bir məxluq, hadisə roman-

tizmin obyektinə çevirir”

1

.  



Mif  və  romantik  poeziyanın  qarşılıqlı  əlaqəsinə,  dərkinə 

Fridrix  Şlegel  də  əsaslı  şəkildə  toxunmuşdur.  İlk  növbədə, 

Şlegeli mifologiyanın sinkretikliyi: poetik sistemlərin ayrılmaz-

lığı,  mətn  strukturlarının  bölünməzliyi,  zaman-məkan  vəhdəti, 

daha doğrusu, fəlsəfi anlamların, dini baxışlrın, incəsənət sahə-

lərinin  onda  əridilməsi  özünə  cəlb  edirdi.  F.Şlegelin  qənaətinə 

görə, poeziyanın ən kamil nümunələri həmin vahidlik prinsipinə 

əsaslanaraq yaradılır və bədii yaradıcılığın mahiyətində mifolo-

giya dayanır. “Sintez”, “ümumilik” onun ən çox sevdiyi termin-

lər idi. O, şairdən təkcə universallıq, yəni təsvir ümumiliyi tələb 

etmirdi, həm də kollektiv, müştərək, birlikdə yaratmaq ideyasını 

da ortaya atırdı. Müasir incəsənətdə əski mədəniyyətə xas vahid 

yaradıcılıq  gerçəkliyini  -“simpoziliy”i  (müşavirəlik,  məsləhət-

ləşmə)  təzədən  canlandırmaq  arzusu  ilə  “yeni  mifologiya”  ide-

yası altında bütün şairləri ümumi xorda birləşdirməyə çalışırdı.  

F.Şlegel irəli sürürdü ki, incəsənəti dirçəltməyə qadir yeni 

mifologiya  qədim  insanların  ilkin  düşüncəsinin  dünyanı  nümu-

nəvi  və  hissi  dərk  etməsi  əsasında  yaranan  mifologiyasından 

fərqlənir. Yeni mifologiya insan ruhunun dərin qatlarında mey-

dana gəlir, onun mənbəyi ilahi aləmin duyulmasından, mistik tə-

əssüratdan  alınan  həyəcanlardan  ibarətdir.  Dünyanın  mistik 

dərki həyatı daim əbədiyyat və sonsuzluq ideyası hissləri ilə dol-

durur.  Bu  mənada  romantiklər  dini  hissləri  müasir  poeziyanın 

əsasına  çevrilməsinin  tərafdarı  idilər.  F.Şlegel  yazırdı:  “Dinsiz 

biz  ancaq  “qəşəng  incəsənət”  adlanan  roman,  yaxud  oyun  əldə 

                                            

1

 Новалис Ф. Гимны к ночи. М., 1996. c. 95. 




Mifologiya 

- 71 - 


 

edəcəyik”

1

.  Söz  sənətkarının  mistik  funksiyası  haqqında  da  ro-



mantiklər  maraqlı  fikirlər  irəli  sürmüşdülər,  xüsusilə  şairin 

məqsəd  və  vəzifəsindən  danışanda  onu  “seçilmişlər”  sırasına 

daxil edirdilər. “İnsan Yer üzünün başqa yaranmışları ilə müqa-

yisədə  nədirsə,  şair  də  bütün  adamlarla  müqayisədə  o  qədər 

fərqlidir”.

Şairə  bu  cür  xüsusi  yüksək  münasibət  onunla  izah 



olunurdu ki, onun ruhu ətrafdakı sirli mənaları açmaq imkanına 

malik idi. F.Şlegelin sözləri ilə desək, “şair gündəlik rastlaşdığı-

mız ən adi şeyləri poetik aləmdə işlətməklə tamamilə şəklini də-

yişməyi, yeni halda təsəvvürə gətirməyi bacarmalı,onların dərin 

məna kəsb etməsinə, ən ali anlam daşımasına çalışmalıdır”

 



Dünyanın  xüsusi  şəkildə  görünməsi  mifologiyaya  və  ro-

mantizmə xas xüsusiyyətdir. Dante və Şekspirin əsərlərində uni-

versallığı fərqləndirən romantiklər “İlahi komediya” poemasını, 

“Hamlet”, “Romoe və Cülyetta”, “Kral Lir”, “Otello” kimi faci-

ələri  transsedentallığa  bariz  nümunə  göstərir  və  yeni  romantik 

poeziyanın  da bu keyfiyyətlərə  cavab verməsini  tələb edirdilər. 

Bütün  dünyanı  ənginliyi  ilə  təsvir  üçün  hədsiz  mənalılıq,  çox-

saylı məzmun çalarları axtarırdılar. Romantizmim mifyaratmaya 

əsaslanan  universallığının  mahiyyətində  məhz  bu  mühüm 

məsələ dururdu. 

Beləliklə, romantiklərin mifyaratma haqqındakı fikirlərin-

də  çox  yaxınlıq  nəzərə  çarpır.  Bu,  əslində  təsadüfi  deyildi,  İen 

romantik dərnəyi  əhatəsində bircə  yaratmaq prinsipi ilə müntə-

zəm  şəkildə  dostluq  söhbətləri,  dialoqlar  keçirilirdi,  geniş  fikir 

mübadilələri aparılırdı. Mifyaratmanın ümumi “məntiq” – daxili 

qanunauyğunluğu haqqındakı tezisləri hamı yekdilliklə dəstəklə-

yirdi. Mifdən faydalanmanın vahid nəzəriyyəsi polemik müzaki-

rələrdən  keçərək  işlənib  hazırlanmışdı.  Doğrudur,  romantiklər 

üçün  dəqiq  məntiqi  sxemlər,  standart  üslubi  qəliblər,  düzgün 

                                            

1

 Литературные  манифесты  западноевропейских  романтиков.  М.,  1980. 



c. 60. 

2

 Yenə orada. 



3

 Yenə orada,  c. 67. 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə