Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə20/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   16   17   18   19   20   21   22   23   ...   148

Ramazan Qafarlı 

 

- 60 - 



 

ların  mənşə  (genezis),  inkişaf  (böyümə,  yetişmə)  və  məzmun 

(mahiyyət) bağlılığının səbəb-axtarış-nəticə ardıcıllığı ilə yekun-

laşmasıdır. Başqa sözlə, mifik təfəkkürdə yaradılan obrazlar heç 

vaxt yerində donub qalmır, daim fəaliyyətdə olur, hansısa funk-

siyanı yerinə yetirir, məzmun və forma daşıyıcısına çevrilir. Fə-

aliyyəti bəlli olmayan, kimə və nəyə xidmət edəcəyi aydınlaşdı-

rılmayan obyekt heç vaxt mif sistemlərində meydana gətirilmir. 

Yaxud, əksinə, xidməti bəlli olan hər bir dünya varlığının (ele-

mentinin) mütləq şəkildə mənşəyi göstərilir. Deməli, doğulması, 

yaranması nə qədər qəribə, təzadlı görünsə də, hər bir mövcuda-

tın mənşəyinin verilməsi mifyaratmada vacib şərtdir. Bu «qanu-

nauyğunluğ»a  əsasən  deyə  bilərik  ki,  Təpəgöz  ilkin  olaraq, 

Azərbaycan  türkləri  tərəfindən  yaradılan  mifik  obrazdır.  Ona 

görə ki, onun meydana gətirilmə (doğulma) səbəbi qədim «Kita-

bi-Dədə Qorqud» yazılı abidəsində açıq-aydın göstərilir. Əslində 

Təpəgöz  xəyanətə  xəyanətlə  ödəşmək  funksiyasının  (ona  çörək 

verən  adamları  zəlil  edir)  daşıyıcısına  çevrilir.  Səbəb  nəticəni 

doğurur. Belə ki, Sarı Çobanın tamah salıb Tanrı elçisinə – Pəri 

qıza əl uzatması səbəbdir. Təpəgözün oğuz elinin başına bəlalar 

açması isə həmin səbəbin (tanrıya xəyanətin) nəticəsidir. Yunan 

miflərində  Təpəgözün  eyni  olan  Siklopun  kökü  müəmmalıdır, 

deməli,  mifik  məxluqun  mənşəyi  -  yaranma  səbəbi  dəqiq 

əsaslandırılmamışdır.  Siklop  Odisseyin  (elin,  obanın  deyil,  bir 

şəxsin)  qarşısına  biçimlənməmiş  halda  çıxarılır  (elə  bil  göydən 

düşür)  və  allahın  (dəniz  allahı  Poseydonun  şəxsi  narazılığına 

görə) insana cəza vermək silahına çevrilir. Siklopda miflərə xas 

olan yaradılış və gerçəklik arasında səbəb-axtarış-nəticə əlaqəsi 

yoxdur.  O,  təsadüfən  düşdüyü  mifik  zamanda  və  məkanda 

yoğrulmuş  şəkildə  ora  gətirilir.  Siklop  yunan  miflərində  qəri-

bdir. Qeyd edək ki, dünya mifoloji sistemlərində yardımçı vasitə 

kimi  istifadə  edilən  bəzi  obrazların  başqa  xalqlardan  alınması 

təcrübəsi  mövcuddur.  Herodota  görə,  issidlərdən  (skitlər,  yəni 

saklar) skiflərə, onlardan yunanlara keçən «arimaspam» sözünün 

mənası təkgözlü deməkdir. «Arima» - bir, spa – gözdür. İssidlər 



Mifologiya 

- 61 - 


 

danışırdılar  ki,  «qızıl  qrifləri  qoruyan  təkgözlü  adamlar 

yaşayırdılar»

1



Qüzey  Qafqaz  xalqlarının  «Nart»  eposunda  Urızmaq  nə-

həng  kəlləgözlə  (uayuqla)  rastlaşır  və  keçinin  dərisinə  bürün-

məklə  gözünü  deşdiyi  məxluqdan  canını  qurtarır

2

.  Azərbaycan 



folklorunun epik ənənəsində də eyni halla rastlaşırıq. Nağıllarda 

kəlləgöz,  eposda  isə  təpəgöz  (dəpəgöz)  obrazları  çox  geniş  ya-

yılmışdır.  Doğrudur,  H.Araslı  F.F.Ditsin  «yunanlar  Polifemi 

türklərin Təpəgözünə əsasən yaratmışdır» fikrinə şübhə ilə yana-

şır

3

. Lakin Herodota açıq-aydın bildirir ki, Qara dəniz ətrafı skif-



lər sarmatlar adı ilə yunanlara tanış idi. Onların şimalda və şərq-

də yaşayan saklarla bağlı məlumatları isə fövqəltəbii obrazlarla 

zəngin idi: guya o yerlərdə hiperborelər, keçəl aqripelər və qızıl 

qrifləri  (qartal  başlı,  aslan  bədənli,  qanadlı  fiqurları)  qoruyan 

təkgözlü arimasplar yaşayırdılar. X.Koroğlu da bu faktlara söy-

kənib  F.F.Ditsin fikirlərinə  qüvvət  verərək  yazırdı  ki,  «Polifem 

haqqında  mifi  b.  e.  ə.  VII  əsrədək  Ön  Asiyaya  yürüşlər  edən 

skiflər özləri ilə gətirə bilərdilər»

4



İstənilən  mifoloji  kontinuumda  (mifoloji  «kontinuum»  - 



əsatiri məkan-zamanın sistemi) dünyadakı  varlıqların mifik ob-

razlar şəklində yaranıb yaşama müddəti məchulluq çağından on-

ların  gerçəklikdəki  funksiyasının  anlaşılmasınadək  olan  dövrdə 

daşıdığı  roldan asılıdır.  Qışın  yazla,  gecənin  gündüzlə əvəzlən-

məsinin əsl səbəbi dərk ediləndən sonra həmin təbiət hadisələri-

nin mifik sistemlərdəki modelləri gerçəkliklə, reallıqla əlaqəsini 

– ilkin daşıdığı mahiyyətini itirir, təfəkkürdəki başlanğıc funksi-

yasını dəyişib, mədəniyyətin faktoruna, daşıyıcısına - bədii sənət 

                                            

1

 Геродот. История в девяти томах. (Классики исторической мысли). Пе-



ровод Г.А. Стратановского. – М., Ладомир, ООО Фирма «Издательство 

АСТ», 1999, с. 256. 

2

 Голосовкер Я.Э. Логика мифа. – М.: Наука, 1987, с. 73. 



3

 Araslı H. Seçilmiş əsərləri. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. – 

B., Gənclik, 1998, s. 26. 

4

 Короглы Х. Огузский героический эпос. – М., Наука, 1976, 239 с. 135. 




Ramazan Qafarlı 

 

- 62 - 



 

nümunəsinə çevrilir və folklorun başqa janrlarının (xüsusilə na-

ğılların və dastanların), tarixi salnamələrin içərisində əridilir.  

Mif  mətninin  xarakterik  keyfiyyəti  forma  və  məzmunun 

biri-birini təsdiq etməsi, birinin o birində ifadə olunması, başqa 

sözlə,  formanın  məzmundan  (və  əksinə)  keyfiyyətcə  fərqlən-

dirilməməsində ifadə olunur. Miflərdə forma məzmunla sıx vəh-

dətdə  verilir.  Xüsusi  obrazlarla,  işarələrlə,  rəmzlərlə  varlıqların 

və hadisələrin mahiyyətini açmağa cəhd göstərilir. Ona görə də 

miflər ikili xüsusiyyətə malik olur. Başqa sözlə, mif eyni vaxtda 

həm  forma,  həm  də  məzmun  daşıyıcısına  çevrilə  bilir.  Belə  ki, 

antropomorfik  miflərdə  dünyanın  alleqorik  şəkildə  dərki  for-

madır, ifadə vasitəsidir, bədiilik üsuludur, poetik sistemin bir de-

talıdır, eləcə də cəmiyyətə xas keyfiyyətlərin insanın və təbiətin 

üzərinə  köçürülməsindən  alınan  məna,  məzmundur,  hadisələri, 

əhvalatları,  obrazların  qarşılıqlı  əlaqələrini  özündə  əks  etdirir. 

Mifin bu cəhətini ilk dəfə müşahidə edən və elmi şəkildə əsas-

landıran R.Bartın yazdığı kimi, «miflər eyni zamanda həm «do-

lu»dur, həm də boşdur»

1



Miflərdə  dünya  modelinin  tam  təsviri  ilə  onun  ayrı-ayrı 

elementlərinin,  detallarının  yaranmasına  (təbiət  və  mədəniyyət 

obyektlərinin, allahların və qəhrəmanların) həsr olunan əhvalat-

lar  üst-üstə  düşüb  bir-birini  tamamlayır.  Bu  mənada  mifik  dü-

şüncənin əsas əlamətlərindən biri də təbiətin sirli yaranışları ilə 

təkbətək qalan toplumun qarşısına çıxan sorğulara özünəməxsus 

şəkildə cavab axtarmasıdır: dünyamız hansı şəkildə yaranmış və 

sonu  necə  olacaq?  Bəşər  övladının  ən  ibtidai  mifik  təsəvvürlə-

rindən tutmuş müasir elmi kəşflərədək uzun bir yol qət edilsə də

miflərdə qaldırılan belə məsələlərin şərhi hələ də öz elmi həllini 

tam  tapmamışdır.  Yer  üzündəki  bir  çox  canlı-cansız  varlıqların 

meydanagəlmə və təbiət hadisələrinin başvermə səbəbləri aydın-

laşdırılsa  da,  bütövlükdə  kainatın,  ulduz  sistemlərinin  -  uzaq-

uzaq qalaktikaların - bir sözlə, yaşadığımız dünyanın çıxış nöq-

                                            

1

Барт  Р.  Мифология.  -в  его  кн.  «Избранные  работы.  Семиотика.  Поэ-



тика», М.,1989, с. 81.  


Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə