Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə21/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   17   18   19   20   21   22   23   24   ...   148

Mifologiya 

- 63 - 


 

tələri, başlanğıcı və finişi ancaq fərziyyələr şəklində izah olunur, 

bəzi məsələlərdə isə mifik təsəvvürdən uzağa gedilmir.  

 

 

Mif və romantik düşüncə kodu 

 

“Mif  və  romantizm”  problemi  son  illərdə  geniş  aktuallıq 

qazanmışdır  və  prinsip  etibarı  ilə  ona  görə  mühüm  sayılmışdır 

ki,  bütün  araşdırmalar  dünyaanlamının  xüsusiyyətlərini  və  ro-

mantiklərin  bədii  düşüncəsinin  spesifikliyini  aydınlaşdırmaq 

məqsədinə yönəldilmişdir. Romantik mifyaratmanın öyrənilməsi 

tələb edir ki, romantiklərdə tarixi-ənənəvi və milli-mənəvi mifo-

logiyaya  geniş  dairədə  maraq  oyanmasının  zəmini,  əbədi  ob-

razlara və səyyar süjetlərə müntəzəm müraciətlərin zəruriliyinin 

əsas səbəbləri üzə çıxarılsın, ənənəvi mifolegem yaradıcılığında 

yenidən mənalandırmanın təhlil yolları və üsulları tapılsın.  

Təsadüfi  deyil  ki,  XX  əsrin  “Azərbaycan  romantikləri 

folklor nümunələrini millilik məzmunu, xəlqilik mahiyyəti daşı-

malarına görə qiymətləndirir, onlara məhz bu cəhətdən üstünlük 

verirdilər”

1

. Bu mənada folklorun, xüsusilə mifologiyanın  ayrı-



ayrı aspektlərinin – ümumi və milli mifologiyaların, “mütləq fe-

nomen  mifologiyası”  və  “tarixi  fenomen  mifologiyası”nın  bir-

biri ilə əlaqələndirilməsi, yazılı ədəbiyyata tətbiqi prosesi bu gün 

də mühüm əhəniyyət kəsb edir. Çünki mifoloji təfəkkür bəşər ta-

rixinin bizə məlum olan ilkin inam və etiqadlarının toplusudur. 

Sənətkarın mif mətnləri və süjetlərinə üz tutması mənsub olduğu 

xalqın inam və etıqadlarını yalnız formal şəkildə yenidən yarat-

maq məqsədi daşımır, həmçinin mənəviyyata təsir və yaşanılan 

çox əski tarixə yanaşma tərzini öyrədir.  

Mif və bədii ədəbiyyat arasında bütün dövrlərdə güclü əla-

qə olmuşdur. Bu proses həm təkamül, həm də tipoloji aspektlər-

də  araşdırılmışdır.  Təkamül  aspektinə  görə,  mif  cəmiyyətin  tə-

şəkkül  dövrünün  məhsuludur  və  yazılı  ədəbiyyatın  forma-

                                            

1

 Əliyev K. Romantizm və folklor. B., “Elm”, 2006, s. 42. 




Ramazan Qafarlı 

 

- 64 - 



 

laşmasına təkan verən əsas prosesdir. Antik yunan ədəbiyyatının 

"İliada" və "Odisseya" kimi abidələri mifik obrazlar və süjetlərlə 

bütövlük  qazanmışdır.  Orta  əsrlər  Avropa  ədəbiyyatına  təsir 

edən  antik  ədəbiyyat  nümunələri  qədim  mif  süjetləri  və  motiv-

lərini  də  özü  ilə  birlikdə  növbəti  əsrlərə  keçirirdi.  Təkamül  as-

pektindən fərqli olaraq, tipoloji aspekt mifologiya və yazılı ədə-

biyyatı iki əks qütbə ayırırdı ki, burada da dünyanı dərk etmə və 

onu  əks  etdirmə  məsələlərinə  görə  mif  və  ədəbiyyatın  başqa-

başqa tərəfləri açıqlanırdı.  

Mifoloji mətnlərdən anlaşıldığı kimi, mifdə hadisələr düz-

xətli  hərəkət  etmir.  Dövrəviliyin  daha  çox  üstünlük  qazandığı 

mifdə  bu  və  ya  digər  proseslər  təkrarlanır.  Bədii  ədəbiyyat  nü-

munələrində isə müraciət olunan mövzu hər hansı bir süjet üzə-

rində qurulur.  

XIX  əsrin  ikinci  yarısının  və  XX  əsrin  birinci  rübünün 

ədəbi  prossesinin  mühüm  fərqləndirici  əlaməti  ondan  ibarətdir 

ki,  yazıçılar  fərdi  yaradıcılıqlarında  poetik  mifyaratmaya  ardı-

cıllıqla meyl göstərirdilər. Təsadüfi deyil ki, ötən yüzillikdə mi-

fin bir sıra mühüm elmi konsepsiyaları meydana gəlmiş, filosof-

lar, antropoloqlar, psixoloqlar, linqivistlər və folklorşünaslar in-

sanın mənəvi həyatının mif fenomeninin spesifik cəhətlərini aç-

mağa can atmışdılar. Saysız-hesabsız təşəbbüslər işərisində mi-

fin təbiətinə daha məhsuldar və əsaslı şəkildə nüfuz edənlər hə-

min çağların romantikləri olmuşlar. Sonrakı dövlərdə şöhrət qa-

zanmış  əksər  nəzəriyyələrin  də  bir  sıra  müddəaları  ilk  dəfə  ro-

mantiklər tərəfindən irəli sürülmüşdür. Romantiklər “yeni mifo-

logiya”  ideyasını  elan  etməklə  ilk  dəfə  mifi  bədii  yaradıcılığın 

əsas  əlamətinə çevirmişdilər. Məhz moderinçi  ya-zarlar roman-

tiklərin ardıcılları kimi meydana atılaraq bədii yaradıcılıqda bə-

şəriyyətin  “qədim  ənənənə”sinə  varislik  konsepsiyasını  işləyib 

hazırlamışdılar. 

Romantiklər  mifləri  fəal  şəkildə  araşdırmaqla  yanaşı,  öz 

bədii mətnlərinin canına hopdurmuşdular. Antik, xristianlıq, orta 

əsrlər dövrünün dünyaanlamı  sistemlərindən çox şey  götürsələr 



Mifologiya 

- 65 - 


 

də, mif mətnlərini olduğu kimi təkrarlamamış, öz mifologiyala-

rını  yaratmağa  can  atmışdılar.  Onların  nöqteyi-nəzərində  bütün 

ideal olanlar reallıqlarla birlikdə eyni gerçəklik daxilində yerləş-

dirilir. Bu səbəbdən də mifə əsərin bədii-simvolik və estetik əla-

məti kimi baxılırdı. 

Romantizmdə mifin fəlsəfi aspektinə maraq, ilk növbədə, 

İen məktəbinin yetişdirmələri olan erkən alman romantiklərində 

oyanmışdır. Henrix Novalis, Fridrix Şleqel, Fridrix Şellinq və b. 

nəzəri əsərlərində fikirlərin müxtəlifliyinə baxmayaraq mifologi-

ya  problemlərinə  bütövlükdə  umumi  cəhətdən  yanaşılmışdır. 

Əslində  bu,  romantiklərin  vahid  mif  konsepsiyasının  olduğunu 

deməyə haqq qazandırır.  

Mifə  müraciət  edilərkən  təntənəlilik,  ənənəvilik  nəzərə 

çarpsa da, həmin xüsusiyyət romantiklərin əsərlərinin poetik sis-

teminin  əsasında dururdu. Nədənsə, indiyədək bu fakta  ədəbiy-

yatşünaslıqda və fəlsəfədə lazımınca diqqət yetirilməmişdir.  

“Mifologiya  –  ümumilikdə  allahlar  haqqında  təlimdır”

1

 - 


qənaətinə gələn F.Şellinqə görə, bədii əsərlərə köçürülməklə mi-

fin  düşüncə  sistemindəki  ömrü  başa  çatır  və  o  poetikanın  əsas 

ünsürünə çevrilir. Alman filosofu və yazıçısı özünün “Mifologi-

yanın  fəlsəfəsinə  giriş”  adlı  iki  mühazirələr  mətnini  belə  bir 

tezislə  yekunlaşdırırdı:  «Əgər  Homer  poeziyada  mifologiyanın 

qurtardığını,  tamamlandığını  göstərirsə,  Hesiod  onun  fəlsəfədə 

bitdiyini bildirir”

2



F.Novalisin mif konsepsiyası isə İ.Fixte idealizminin təsiri 

ilə meydana gələn “magik idealizm” fəlsəfi proqramı ilə sıx bağ-

lı  idi.  Fixtenin  mifik  dünya  mənzərəsinin  (Dünya  modelinin) 

əsasında  son  həddə  çatan  azadlığa,  fəal  mövcudluğa  və  özünü 

məhdudlaşdırma yolu ilə yaranan gerçək aləmə (“MƏN”in yox-

luğuna) malik mənəvi prinsip (“MƏN”) - başlanğıc dayanır.  

                                            

1

 Шеллинг Ф.В. Сочинения. Пер. с нем. М.И. Левиной, А.В.Михайлова. 



– М.: Издательство «Мысль», 1998, C. 1039. 

2

 Шеллинг Ф.В. Сочинения. С. 1083. 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə