Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə19/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   ...   15   16   17   18   19   20   21   22   ...   148

Mifologiya 

- 57 - 


 

cəmiyyətə xas keyfiyyətlərin insanın və təbiətin üzərinə köçürül-

məsindən  alınan  məna,  məzmundur,  hadisələri,  əhvalatları,  ob-

razların qarşılıqlı əlaqələrini özündə əks etdirir. Mifin bu cəhəti-

ni  ilk  dəfə  müşahidə  edən  və  elmi  şəkildə  əsaslandıran  Rolan 

Bartın  yazdığı  kimi,  miflər  birdən-birə  «dolu  olduğu  halda  boş 

görünür».

1

 



Hər  hansı  bir  mifik  strukturda  (mifik  zamanda)  varlığın 

obrazlar  şəklində  yaranıb  yaşama  müddəti  məchulluq  çağından 

anlaşılan zamanadək daşıdığı roldan asılı olur. Qışın  yazla,  ge-

cənin gündüzlə əvəzlənməsinin əsl səbəbi dərk ediləndən sonra 

həmin təbiət hadisələrinin mifik sistemlərdəki modelləri mahiy-

yətini  (gerçəkliklə,  reallıqla  əlaqəsini)  itirir,  təfəkkürdəki  ilkin 

funksiyasını dəyişib,  bədii sənət  nümunəsinə çevrilir və folklo-

run başqa janrlarının (xüsusilə nağılların və dastanların) içərisin-

də əridilir. Miflərdə dünya modelinin tam təsviri ilə onun ayrı-

ayrı elementlərinin, detallarının yaranmasına (təbiət və mədəniy-

yət  obyektlərinin,  allahların  və  qəhrəmanların)  həsr  olunan  əh-

valatlar üst-üstə düşüb, bir-birini tamamlayır.  

Mifik  görüşlər  həm  də  qədim  insanların  maraqlarının  tə-

min edilməsi tələbatından doğmuşdur. Əvvəl dünyanın onlar öz-

ləri  yaşadıqları  dövrdəki  vəziyyətini  (yerin  relyefini,  heyvan 

növlərini, bitkilər aləmini, ulduzlar sistemini, həyat tərzini, sosi-

al  təbəqələşməni,  əməyin  səmərəliliyini,  ovun  uğurluluğunun 

təşkilini,  maddi  nemətlərin  əldə  edilməsini,  mənəviyyatın  –  di-

nin yaranmasını və s.) müəyyənləşdirməyə çalışmış, sonra başqa 

sorğulara cavab (mifik obrazların meydana gəlməsi səbəblərini) 

axtarmışlar.  Bu  mənada  mifologiyada  hadisələrin  baş  verməsi-

nin  uzaq  keçmişlə,  qədimlərlə  əlaqələndirilməsi  həm  kainatın 

quruluşunu təsvir etmək və həm  dünyanın onlar  yaşadığı  dövr-

dəki vəziyyətini izah etmək üsulu kimi nəzərə çarpır. Y.M.Mele-

tinskinin sözləri ilə desək, mifik əhvalatlar mifik zamanda quru-

lan «mifik dünya» modelinin «kərpicləri»dir. Mifik zaman «əv-

                                            

1

 Ролан  Барт.  Мифoлогия.  -  в  его  кн.  «Избранные  работы.  Семиотика. 



Поэтика», М.,1989, c. 81. 


Ramazan Qafarlı 

 

- 58 - 



 

vəlki»,  «ilkin»,  «başlanğıc»  zamandır.  Bu,  əsl  zamanın  «ərəfə-

si»dir,  zamana  qədərki  zamandır,  yəni  indiki  zamanın  tarixinin 

hesablanmağa başlanmasına qədərki zamandır»

1

. Bu, ən ulu əc-



dadın zamanıdır, hər şeyin ilkin yaranma, «yuxugörmə» zamanı-

dır. Emprik, tarixi zamandan fərqli olaraq, sakral, möcüzəli za-

mandır. Mifik zamansız bəşəriyyət mədəniyyət sahəsində nailiy-

yətlər  qazana,  sosial  münasibətləri  formalaşdıra  bilməzdi,  elmi 

tərəqqi, inkişaf olmazdı. Dünya bu günü üçün məhz mifologiya-

ya və mifik zamana borcludur. Çünki inkişafa təkan verən bütün 

strukturlar mifik zamanda yaradılmışdır. Eləcə də cəmiyyəti for-

malaşdıran  ünsürlər,  qaydalar,  əxlaq  normaları  miflərdə,  mifik 

zamanda  «təcrübədən»  keçirilmişdir.  İncəsənətin  əksər  növlə-

rinin  doğulmasına  təkan  verən  rituallar  (mərasimlər),  ayinlər, 

kultlar da mifik zamanın məhsuludur. Təsadüfi deyil ki, mif de-

yəndə çox hallarda bədii söz sənətinin janrı deyil, dünya haqqın-

da ən əski təsəvvürlərin məcmusu başa düşülür. Ona görə də mif 

əhvalat, söyləmə, söz yaradıcılığı olmaqla yanaşı, başqa forma-

larda da təzahür edir. Belə ki, dünyanın, kainatın mifik dərki qə-

dim  ritual  hərəkətləri  ilə,  qayaüstü  rəsmlər,  rəqslər,  tamaşa, 

oyun, musiqi və mahnı vasitəsi ilə də mümkündür. Adi olmayan 

təsvirlər,  qəribəliklər,  möcüzələr,  dəyişmələr,  metamarfozalar 

(dönərgələr),  dünyanın  müxtəlif  obyektlərinin,  elementlərinin 

canlandırılmış  və  şüura  malik  obrazlara  çevrilməsi  və  s.  mifik 

fantaziyanın istehsal etdiyi məhsullardır, sonralar poetik vasitə-

yə çevrilmiş, bədii epik ənənənin yaranmasına və inkişafına güc-

lü təkan vermişdir. Təbiətin fəlakətli hadisələri müqabilində tə-

fəkkürdə kortəbii yaranan bəzi mifik obrazlar (müəyyən qorxunc 

qüvvələr)  transformasiya  nəticəsində  zahiri  əlamətlərinə  görə 

vəhşi,  dəhşətli  məxluq  şəklinə  (çoxbaşlı,  çoxəlli,  təkgözlü,  ağ-

zından  od  püskürən,  adamcıl,  başkəsən,  qaniçən)  düşmüşdür. 

Belə ki, qıtlığa səbəb olan quraqlıq - əjdaha; ölüm gətirən xəs-

təlik – nəhəng dev; bütöv kainat - dünya ağacı, başı dairəvi ça-

                                            

1

 Мелетинский  Е.М.  Общее  понятие  мифа  и  мифологии.  -  в  кн.  «Ми-



фологический словарь», М., 1991, c. 654. 


Mifologiya 

- 59 - 


 

dır, heyvana oxşar azman (məsələn, Şərq təqvimlərində kainatın 

bir hissəsi olan Yerin müxtəlif heyvanlar üstündə mövcudluğuna 

və həmin heyvanların müəyyən ardıcıllıqla hər il bir-birini əvəz 

etmələrinə inam vardır) kimi təsəvvür edilmişdir; nəslin başlan-

ğıcında duran ilk insan (əcdad) isə çox vaxt ikili təbiətə malik – 

zoomorfik  və  antropomorfik  formada  modelləşdirilmişdir.  Bu 

modellər müəyyən şərtlərlə birləşdirilərək mif sistemlərini yarat-

mışdır. Təbiidir ki, miflərdə ruhlar, allahlar, eləcə də onların tö-

rətdikləri təbiət hadisələri (ildırım çaxmasından yağış yağır, ya-

ğışdan sonra otlar cücərir və s.) və qəhrəmanlar həmişə bir-biri 

ilə əlaqələndirilir, oxşar məkan və zamana, yaxud başlanğıc tö-

rəmə, başvermə səbəbinin eyniliyinə görə bir-biri ilə qohumlaş-

dırılırdılar. Bu, dünyadakı varlıqların xaosdan sonra eyni ünsür-

lərdən (od, su, hava, torpaq) yaranmasına olan inamdan irəli gə-

lir.  


Mifoloji  simvol  bədii  metaforistik  funksiyadan  məhrum-

dur. Daha doğrusu, bu funksiyanı hələ kəsb etməmişdir. Mif-lər-

də simvollar hansı  obyektə (gerçək həyat  hadisəsinə, təbiət  ob-

yektinə)  aiddirsə,  özündə  onun  keyfiyyətlərini  daşıyır.  Bu  key-

fiyyətlər çox hallarda dolayı yolla göstərilir. Mifik strukturlarda  

cisim - işarə,  

əşya - söz,  

varlıq - ad,  

mövcudluq - atributları,  

tək - çoxluq,  

sonsuzluq - zaman,  

başlanğıc - əsas,  

yaranma - mahiyyət,  

isti - soyuq,  

işıq – qaranlıq,  

gecə – gündüz,  

göy – yer, dəniz,  

çay, göl (su) - quru (torpaq), xeyir – şər arasında əlaqə-

lərin,  münasibətlərin  bir-birindən  ayrılma  və  birləşmə  nöqtələri 

özünə spesifik formada yer tapır. Ən xarakterik cəhət isə varlıq-



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə