Ramazan qafarli



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə3/148
tarix23.08.2018
ölçüsü5,35 Mb.
#63949
1   2   3   4   5   6   7   8   9   ...   148

Ramazan Qafarlı 

 

- 8 - 



 

4.  Azərbaycan-türk  miflərinin  tematik-klassifikativ  struk-

turu. 


R.Qafarlı əsərdə malik olduğu biliklərin lazımı səviyyəsini 

ortaya qoymaqla araşdırmada hansı nəzəri-metodoloji istiqamətə 

söykəndiyini  şərh  etmişdir.  Belə  ki,  mifologiyaya  münasibətdə 

zəngin yanaşma metodları, baxışlar və nəzəriyyələr mövcuddur. 

Müxtəlif  dövrlərin,  elm  sahələrinin  və  mövqelərin  baxışlarını 

əks  etdirən  mif  nəzəriyyələri  bütövlükdə  mifoloji  düşüncənin 

elmin ən çətin sahələrindən biri olduğunu əyani şəkildə göstərir. 

Tədqiqatda bu məsələyə həsr olunan ümumiləşdirici icmal mifo-

loji düşüncənin sirlərinin öyrənilməsinə istiqamət verməklə  ya-

naşı, müəllifin dərin bilik və məlumat sahibi olduğunu da əyani 

şəkildə nümayiş etdirir. 

Monoqrafiyada miflər Azərbaycan xalqının tarixi ilə qarşı-

laşdırılmış, milli etnik-mədəni sistemin çox əski çağlarda möv-

cudluğu  təsdiqlənmişdir.  Bununla  R.Qafarlının  «Azərbaycan 

(türklərinin)  mifologiyası»  konsepsiyasının  nəzəri-metodoloji 

mahiyyəti  şərh  olunur.  Alimin  «Azərbaycan  mifologiyası»  adı 

altında  modelləşdirdiyi  konsepsiyanın  nəzəri  modeli,  başlıca 

olaraq, buna müncər olunur. 

Bu  hissə  R.Qafarlıya  məxsus  emosional  ovqatla  müşayiət 

olunan  terminoloji-kateqorial,  nəzəri-epistemoloji  polemika  ilə 

başlanır.  O,  mifoloq  A.Acalovun  «Azərbaycan  mifologiyası» 

termin-anlayışına  etiraz  etməsinə  etiraz  edərək  məsələyə  öz 

baxışlarının  konseptual  əsaslarını  şərh  etmişdir.  A.Acalov  «mi-

fologiyanın  konkret  etnik-mədəni  birliklərin  arxaik  dövrlərdə 

meydana çıxan universal sistemi» olmasından və həmin kosmolo-

ji  çağ  epoxasında  azərbaycanlıların  bir  etnos  olaraq  (ümum) 

«türk»  etnokosmik  işarəsi  ilə  təmsil  olunmasından,  türk  etnosu-

nun «Azərbaycan» etnosu adı altında XIV-XVI əsrlərdə baş ver-

miş etnogenez prosesləri nəticəsində meydana çıxmasından çıxış 

edərək  belə  hesab  etmişdir  ki,  «göstərilən  dövrdə  (XIV-XVI 

əsrlərdə – S.R.) formalaşmış olan Azərbaycan etnosu, aydın mə-

sələdir ki, mifoloji düşüncə sistemi ilə yaşamırdı və deməli, mifo-




Mifologiya 

- 9 - 


 

loji  sistem  yarada  bilməzdi».  Beləliklə,  A.Acalovun  yanaşması 

sadə və aydın olub, elmdə oturuşmuş normativlərə dayanır: mifo-

logiya  arxaik  dövrün  –  ibtidai  icma  quruluşunun  (tarixəqədərki 

çağın  –  S.R.)  dünyagörüşüdür.  Həmin  çağda  müasir  xalqların 

özləri yox, onların əcdadları olan etnoslar var idi: eləcə də Azər-

baycan xalqı yox, onun əcdadı olan türk etnosu var idi. «Azərbay-

can türkləri» bir xalq olaraq ümumtürk (ümumoğuz) etnosundan 

XIV-XVI əsrlərdə üzvlənərək müstəqil türk xalqına çevrilmişlər. 

Ona  görə  də  arxaik  türk  etnosunun  mifoloji  dünyagörüşünün 

(«türk mifologiyasının») orta əsrlər termini ilə adlanması kateqo-

rial baxımdan düzgün deyil. 

R.Qafarlının buna etirazı ilk baxışdan anlaşılmır. Lakin diq-

qət verdikdə müəllifin öz etirazında konsepsiyaya söykəndiyi ay-

dın  olur.  R.Qafarlı  yazır:  «Bu  müddəalarda,  ilk  növbədə,  məsə-

lənin terminoloji cəhətdən izahı etiraz doğurur. Belə ki, «mifoloji 

görüşlər»  anlayışı  «mifologiyaya»  qarşı  qoyulur,  belə  çıxır  ki, 

mifoloji  görüşlər  bir  şey,  mifologiya  isə  tamamilə  başqa  şeydir, 

əslində isə mifologiya mifoloji görüşlərin toplusu və sistemidir». 

Müəllifin  «Türk  mifologiyası»  -  «Azərbaycan  mifologi-

yası»  qarşılaşdırma  sistemində  sonuncunu  əsas  götürməsi  onun 

«Azərbaycan  türklərinin  mifologiyası»  anlayışına  fərqli  yanaş-

masının  nəticəsidir.  O,  «Azərbaycan  mifologiyası»  adı  altında 

son  dərəcə  zəngin  və  mürəkkəb  materialı  özünün  vahid  (Azər-

baycan) mifoloji düşüncə modelində birləşdirir. 

Müşahidələrimizə  görə,  Azərbaycanda  mifoloji  düşüncə 

tarixinə iki baxış mövcuddur: 

1. «Türk mifologiyası» dedikdə ulu babalarımız olan əski 

türk etnosunun mifoloji düşüncə sistemi nəzərdə tutulur. 

2. «Azərbaycan mifologiyası», yaxud «Azərbaycan türklə-

rinin  mifologiyası»  dedikdə  əski  türklərlə  bərabər,  Azərbaycan 

ərazisində yaşamış ulu əcdadların mifoloji dünyagörüşü, konkret 

olaraq  «Avesta»-Zərdüşt  mifologiyası,  o  cümlədən,  əski  Azər-

baycan-alban mifoloji görüşləri nəzərdə tutulur. 

Birinci  baxışın  tərəfdarları  «Avesta»nı  hind-İran  abidəsi, 

onda mövcud olan mifoloji dünyagörüşünü uyğun olaraq hind-İran 




Ramazan Qafarlı 

 

- 10 - 



 

dünyagörüşü, ikinci baxışın tərəfdarları isə  «Avesta»nı əski Azər-

baycan  türklərinin  təfəkkürünün  məhsulu  hesab  edirlər.  R.Qafarlı 

bu  baxışın  təmsilçisidir.  Onun  A.Acalovla  mübahisəsində  mahiy-

yəti  etibarilə  bu  iki  baxış  tərəfdarlarının  mübahisəsi  inikas  olun-

muşdur. Bu cəhətdən R.Qafarlının «Azərbaycan türklərinin mifolo-

giyası»  ad-modelində  onun  Azərbaycan  mifoloji  düşüncə  tarixi 

haqqındakı baxışları bütün aydınlığı ilə ifadə olunmuşdur.  

Monoqrafiyada  mif-gerçəklik  (mif-tarix)  münasibətlərinin 

poetikasına  baxış  reallaşdırılmışdır.  R.Qafarlının  baxışlarından 

aydın olur ki, tarix etnosun fiziki davranışıdırsa, mif onun invariant 

səviyyəsi  kimi  yaddaşlarda  yaşayır.  Bu  iki  ictimai-mədəni  ha-

disənin Azərbaycan türklərinin mifologiyası kontekstində qarşılaş-

dırılması  monoqrafiyanın  probleminin  öyrənilməsində  əsas  amil 

kimi nəzərə çarpır. Müəllifə görə, mif gerçəkliyin qavrama modeli-

dir. Etnosun fiziki və mənəvi gerçəkliyi mifdə özünəməxsus şəkil-

də  işarələnir.  Bu  baxımdan  Azərbaycan  türklərinin  mifologiyası 

Azərbaycan xalqının tarixini əks etdirən ilkin qaynaq olmaqla milli 

düşüncənin çıxış (başlanğıc) nöqtəsidir.  

Bilindiyi  kimi,  mifoloji  düşüncənin  genezisi,  ümumiy-

yətlə,  elmin  ağır  və  çətin  problemlərindəndir.  Dünyanın  ilkin 

dərki zamanı əldə olunan arasıkəsilməz məlumatlar mifogenezin 

mahiyyətinə baxışları radikal şəkildə dəyişməkdədir. Mövzu ilə 

əlaqədar ən son məlumatlara köklənmiş tədqiqatda bu problemin 

qoyuluşu dünya mifoloji fikrinin daha çox sabitləşmiş aksioloji 

dəyərlərinə söykənir. Bu da müəllifin əldə etdiyi nəticələrin kon-

kretliyində ifadə olunmuşdur. Araşdırmanın Azərbaycan türklə-

rinin  mifoloji  düşüncəsinin  genetik  strukturunun  öyrənilməsinə 

həsr olunmuş bölümündə mifoloji düşüncənin struktur səviyyə-

ləri,  sakrallaşdırma  mifoloji  düşüncənin  başlıca  atributu  kimi, 

mifoloji  dünya  modelinin  kəmiyyət  strukturu,  ritual-mifoloji 

dünya modeli kimi məsələlər öyrənilmişdir.  

Burada  diqqət  verilmiş  mifoloji  anlayışlar  (arxetipiklik, 

sakrallıq, rituallıq və s.) mifogenezin əsas qavranma kateqoriya-

larındandır.  Müəllifin  məsələləri  bu  kateqorial  aparat  səviyyə-



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə