Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə95/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   91   92   93   94   95   96   97   98   ...   102

                                                     

 

  



                                                                            

                                                    

377 

neçə  əsrlər  boyu  astronomiya  elminə  dair  yaradılan  ən 



unikal əsər sayılır.  

3.  Tusinin  həndəsə  sahəsində  yazdığı  əsəri  “Təhrir 



Öqlidis”  (birinci  redaktə  1248-ci  ildə  yazılmışdır)  əsəri 

XVI əsrdə Avropada o qədər məşhur olmuşdur ki, 1594-cü 

ildə  Romada  ərəb  dilində,  sonralar  isə  latın  dilinə  tərcümə 

olunaraq,  1657-ci  ildə  Londonda  nəşr  edilmişdir.  İsaak 

Nyutonun sevimli müəllimlərindən biri Con Vallis “Təhrir 

Öqlidis” əsərinin əsasında Oksford universitetində mühazi-

rələr  oxumaqla  Tusinin  İngiltərədə  məşhur  olmasında 

böyük rol oynamışdır. Azərbaycanlı alim öz əsərində paral-

lel  xətlər,  nisbətlər  və  ədədlər  nəzəriyyəsi,  həndəsə 

aksiomatikası  kimi  riyaziyyatın  əsas  və  bünövrəli 

məsələlərindən dərin  yaradıcılıqla bəhs etməklə yanaşı, bir 

çox  yeni  teoremlər  və  onların  yeni-yeni  isbatlarını  vermiş, 

bəzi teoremləri ümumiləşdirmişdir. O, bir teoremin bir neçə 

isbatını vermiş, riyaziyyata yeni-yeni anlayışlar daxil etmiş 

və  köhnə  anlayışların  düzgün  dərk  edilməsinə  imkan 

yaratmışdır. Yeni həndəsələrin, qeyri-evklid həndəsələrinin 

yaranmasında  paralel  xətlər  nəzəriyyəsi  olduqca  böyük  rol 

oynamışdır.  Paralel  xətlər  nəzəriyyəsinin  inkişafında  isə 

Tusinin əhəmiyyəti çox böyük olmuşdur. 

4.  Eylerin  əlavələrinə  qədərki  triqonometriya  elmi  Şərq 

alimlərinin  elmi  məhsuludur  və  bu  işdə  Tusi,  Qiyasəddin 




                                                     

 

  



                                                                            

                                                    

378 

Kaşani  olmaqla  Azərbaycanın  payı  çox  böyükdür.  Triqo-



nometriya  tarixində  ilk  dəfə  mükəmməl  bir  əsər  (“Şəklül 

qita”) yazan və triqonometriyanı sərbəst riyazi fənn halına 

çatdıran Tusi olmuşdur. Əsərin qədim nüsxəsi 1891-ci ildə 

İstanbulda  tapılandan  sonra,  Avropa  tarixçilərinin  Regio-

montanı  triqonometriyanın  banisi  kimi  qələmə  verilməsi 

şübhə altına alınır. Bu işdə alman alimləri Henrix Zuter və 

Braunmühl  öz  prinsipiallığını  nümayiş  elətdirirlər.  1461-

1468-ci  illərdə  İtaliyada  qədim  əlyazmaların  yunan  dilində 

latın dilinə tərcüməsi ilə məşğul olan Regiomontanı orijinal 

əsərlərin tərcüməçisi kimi tanımaq olar. Ona dünya şöhrəti 

gətirən “Joannis Reqio Montanus. De triaquius pianis et 



sphericis  lidev  v.  unae  cur  tabulus  sinuum”  əsərinin 

Regiomontan  tərəfindən  müstəqil  şəkildə  yazılması 

inandırıcı sayılmır. 

“Dünya  astronomiyası”  ensiklopediyasında  göstərilir 

ki,  1537-ci  ildə  Nurenberqdə  latın  dilində  Əlfərqaninin 



“Astronomiyanın  əsasları”  kitabı  nəşr  olunmuşdur  və  bu 

əsərin  əlyazması  Melanxton  tərəfindən  Regiomontanın 

əlyazmaları  içərisindən  tapılmışdır.  Elə  həmin  ildə  Regio-

montanın  əlavələri  ilə  birlikdə  latın  dilində  Nürenberqdə 

Əlbəttaninin  “Mühəmməd  Əlbəttaninin  ulduzlar  elmi” 

adlı əsəri işıq üzü görmüşdü. Ərəb dilində yazılan əsərlərin 

latın  dilində  nəşr  olunması  ondan  xəbər  verir  ki, 



                                                     

 

  



                                                                            

                                                    

379 

Regiomontan  həqiqən  ərəb  dilini  bilirmiş  və  bunun  sayə-



sində  o,  Tusinin  “Şəklül  qita”  əsərindən  istifadə  edərək, 

triqonometriyaya  aid  özünün  “məşhur”  əsərini  yazmışdır. 

Fransız riyaziyyat tarixçisi Montüklo, bu  məsələyə dair öz 

qələmindən belə bir mükəmməl əsərin çıxmasına şübhə ilə 

yanaşmışdı.  

5. Erkən orta əsrlərdə coğrafiya elminin bir çox alimləri 

Yer  kürəsini  meridianlara  böləndə  sıfırıncı  meridianını 

vahid yerdə göstərmək istəmirdilər. Tusi düşünülmüş şəkil-

də  sıfırıncı  meridianı  Qrinviçdən  34

0

-35



0

  qərb  istiqamətin-

də  göstərir.  Ona  görə  ki,  həmin  xətt  Braziliyanın  şərq 

hissəsində yerləşən San-Roka burnundan keçir. Artıq həmin 

meridianın  sayəsində  Xristofor  Kolumb  səyahətə  yollanar-

kən  təxminən  bilirdi  ki,  Avropa  ilə  Yeni  Dünya  (Amerika 

qitəsi)  arasındakı  məsafə  nə  qədərdir.  Tusinin  belə  bir 

qənaətə  haradan  gəlməsi,  təsadüf  sayılmır.  Ona  görə  ki, 

əvvəlcədən onun əlində Piri Rəisin İstanbulda tapdığı xəritə 

olur. 


Maraqlı  odur  ki,  Əbu  Reyhan  Biruni  Avropa  alimləri 

arasında  ən  ideal  Şərq  alimi  kimi  tanınmışdı.  Məhz  bu 

səbəbdən çox guman ki, portuqal dəniz səyyahları Atlantik 

okeanının  qərb  hissəsində  iri  bir  torpaq  ərazisini  axtarar-

kən,  Biruninin  təyin  etdiyi  sıfırıncı  meridiandan  kənara 

çıxmır  və  nəticədə  uğur  qazana  bilmirdilər.  Çünki  onun 




                                                     

 

  



                                                                            

                                                    

380 

göstərdiyi  başlanğıc  meridianı  Braziliya  sahillərindən  təx-



minən  1100 km.  şərq hissədə qalırdı. Portuqallardan fərqli 

olaraq  Kolumb  məşhur  Azərbaycan  alimi  Tusinin  idrakına 

üstünlük vermişdi.  

6.  Marağa  rəsədxanasında  aparılan  astronomik  müşahi-

dələrin,  elmi  tədqiqatların  və  araşdırmaların,  astronomik 

cihazların  və  alətlərin  ixtirası,  elmi  nailiyyətlərin  əldə 

olunması,  tədris  proqramlarının  çoxsahəli  olması,  buraya 

cəlb  olunan  alimlərin  və  tələbələrin  sayının  çoxluğu, 

yazılan  elmi  əsərlərin  bolluğu  miqyasına  görə  Bağdadın 

“Beytül hükəması”nı, Ürgəncin “Məmun Akademiyası”nı 

və dünyanın başqa elmi ocaqlarını çox-çox geridə qoyurdu. 

Əsas arqument ondan ibarətdir ki, astronomik müşahidələ-

rin  aparılması  üçün  yaradılan  həmin  rəsədxanada  astrono-

miya  və  riyaziyyatla  yanaşı  tarix,  coğrafiya,  həndəsə, 

botanika,  fəlsəfə,  mineralogiya,  fizika,  kimya,  təbabət, 

astrologiya,  optika,  ədəbiyyat,  estetika,  hətta  musiqişünas-

lıq  sahəsi  də  dərindən  öyrənilib  ədəbiyyat  vəsaitləri  kimi 

təhsil  almağa  can  atan  adamlar  arasında  geniş  təbliğ 

olunurdu. Hər sahə üzrə də peşəkar mütəxəssislər yetişdiri-

lirdi. O da məlumdur ki, Tusinin rəhbərliyi altında yüzdən 

artıq  alim  işləmişdi.  Bütün  bunları  nəzərə  alaraq  mən 

bildirmək  istəyirəm  ki,  Marağa  rəsədxanasının  nəznində, 

həqiqi  mənada  Tusinin  təşəbbüsü  ilə  dünyanın  ən  böyük 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə