Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə97/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   94   95   96   97   98   99   100   101   102

                                                     

 

  



                                                                            

                                                    

385 

davranış  qaydalarını  qorumaq  üçün,  yenə  də  həmin  əsərə 



üsünlük verirlər. Tusinin necə müdrik insan, hansı xasiyyə-

tə  malik  olduğunu  və  səmimi  qəlbli  olmasını  dərk  etmək 

üçün “Əxlaqi-Nasiri” əsərini oxumaq kifayətdir. 

20

 



ldən  bir  qədər  çox  “Əlamut”  qalasında  saxlanılan 

zaman,  bütün  mənəvi  sarsıntılara  və  fiziki  sıxıntılara 

baxmayaraq  Tusi  daxilində  olan  intelektual  potensialını 

səfərbər  edib  özünün  bir  neçə  ölməz  əsərlərini  yazır:  - 



“Əxlaqi-Nasiri”,  “Şərhül-İşarət”  (Əbu  Əli  ibn  Sinanın 

“İşarət”  adlı  fəlsəfi  risaləsinə  şərhlər),  “Təhrir  Məcəsti” 

(Almagest)  və  “Təhrir  Öqlidis”.  “Əlamut”  qalasından 

çıxmaq  hüququndan  məhrum  olan  alim  həmin  əsərlərin 

sayəsinə  tez  bir  zamanda  Qafqaz,  İran,  Yaxın  Şərq,  Orta 

Asiya,  Hindistan  və  başqa  ölkələrdə  kamil  bir  şəxsiyyət 

kimi məşhurlaşır. 

12.  Hər  şeydən  əvvəl  Tusi  böyük  bir  alim  kimi  tanınır. 

Lakin  unutmaq  lazım  deyil  ki,  o,  Hülaku  xanın  sarayında 

təcrübəli və bacarıqlı siyasətçi kimi də özünü göstərmişdir. 

Monqol  hökmdarı  eyni  vaxt  həm  Bağdad  şəhərinin 

sərhədinə,  həm  də  Şərqi  Anadoluya  yaxınlaşanda  o,  dəqiq 

bilmirdi  ki,  işğalçılıq  yürüşünü  hansı  istiqamətdə  davam 

etdirsin.  Dünyada  baş  verən  tarixi  prosesləri  diqqətlə 

izləyən  Azərbaycan  alimi  yaxşı  bilirdi  ki,  Xristian  dünyası 

Roma papalarının təhriki ilə 1096-cı ildən başlayaraq İslam 




                                                     

 

  



                                                                            

                                                    

386 

dünyasına qarşı düz yeddi dəfə izdihamlı səlib yürüşü təşkil 



etmişdilər.  Səlcuq  türkləri  İslamı  müdafiə  etməkdən  ötrü, 

bütün  bu  dini  müharibələrdə  müsəlmanların  avanqardında 

döyüşərək, işğalçı səlibçiləri darmadağın emişdilər. Bundan 

əlavə  Anadoluda  məskunlaşan  türk  tayfaları  qərbdə, 

Xristian  dünyası  ilə  “Elxanilər”  dövləti  arasında  baryer 

rolunu  oynayaraq,  güclü  müdafiə  xətti  təşkil  edirdilər. 

Səlcuq  türkəlrinin  məhvi  Bizans  imperiyasının  və  səlibçi-

lərin  güclənməsinə  gətirib  çıxaracaqdı.  Bütün  bu  amilləri 

diqqətlə  nəzərə  alan  Tusi,  Bağdad  xəlifəsinin  xeyli 

zəiflədiyini  və  Abbasi  Xilafətinin  müsəlmanları  kifayət 

qədər  təcavüzkarlardan  müdafiə  etməyə  qadir  olmadığını 

görüb Hülaku xanın qoşunlarını Bağdada yönəldir. 

Bağdad  səfərində  monqol  hökmdarını  müşayiət  edən 

Tusi minlərlə günahsız adamları, o cümlədən də alimləri və 

ziyalıları  mənasız  qırğından  qurtarmışdı.  Həmin  tarixi 

proseslərdə alim bir çox düzgün siyasət yeritmiş və Hülaku 

xanı  öz  təsiri  altında  saxlamışdı.  Elə  astronomik  rəsəd-

xananın, Xubilay xanın təkidi ilə Pekində yox, məhz alimin 

israrı  ilə  Marağada  tikilməsi  Tusinin  uzaqgörən  siyasətin-

dən xəbər verir. 

12.  Bilindiyi  kimi  Marağada  inşa  olunan  rəsədxana 

iriliyinə  və  orada  görülən  astronomik  müşahidələrə  görə 

Yaxın  Şərqdə  çox  möhtəşəm  bir  rəsədxana  olmuşdu.  XIII 



                                                     

 

  



                                                                            

                                                    

387 

əsrin 60-cı illərinə qədər dünyada beş dənə astronomik alət 



mövcud olduğu halda, orada daha beş alət ixtira edilmiş və 

bununla  da  astronomların  işini  xeyli  yüngülləşdirmişdi.  İş 

ondadır ki, Tusinin başçılığı altında ixtira edilmiş astrono-

mik  alətlər,  öz  dövrünə  görə  və  ən  azı  200  illik  bir  dövr 

ərzində, rəsədxanalarda işlədilən bütün astronomik alətlərin 

ən  dəqiqi  sayılırdı.  Pekin  rəsədxanası  istismara  veriləndən 

sonra  Göy  cisimlərinin  müşahidəsi  bilavasitə  Marağa 

rəsədxanasından  gətirilən  astronomik  cihazlarla  –  Fırlanan 

kvadrant  və  Armilyar  cihaz  –  aparılırdı.  Çindəki  Pekin, 

Səmərqənddəki  Uluqbəy,  Danimarkadakı  Tixo  Brage  və 

Hindisandakı  Caypur  rəsədxanaları  istismara  verilərkən, 

bilavasitə  Marağa  rəsədxanasında  ixtira  edilmiş  cihaz  və 

alətlərdən istifadə olunmuş və onların təkmilləşdirməsi üzrə 

böyük işlər aparılmışdır. 

Rəsədxanaların  təkmilləşdirilməsinə  qədər  Marağa 

rəsədxanasında  aparılan  müşahidələrin  dəqiqliyi,  bir  çox 

Avropa  və  Asiya  rəsədxanaları  üçün  ideal  olmuş,  yalnız 

XVI  əsrin  sonunda  Tixo  Brage  tərəfindən  aparılan 

müşahidələrin  dəqiqliyi  onları  arxada  qoymuşdur.  Onu  da 

qeyd  etmək  lazımdır  ki,  Marağada  400  min  əlyazmadan 

ibarət olan möhtəşəm bir kitabxana yaradılmışdır. 

14.  Bir  çoxları  bildirirlər  ki,  Kolumb  İtaliyada  olarkən 

Toskanellinin bütün məsləhətlərinə diqqətlə qulaq asmış və 



                                                     

 

  



                                                                            

                                                    

388 

onun  verdiyi  göstərişlərinə  tam  əməl  etmişdir.  Lakin  bir 



neçə əsaslar var ki, Kolumb florensiyalı alimin dediklərinə 

tam  əməl  etməsin.  Müəyyən  fikirləri  ilə  razılaşa  bilərdi, 

ancaq bəzi şeylərdə o, fikrindən dönmürdü. Yuxarıda qeyd 

etdiyim  kimi  Toskanellinin  fikrinə  görə,  Yer  kürəsinin 

ölçüsü  indiki  ölçüyə  nisbətən  çox  az  (onlardan  biri  yunan 

alimi  Eratosfenə  görə  Yer  kürəsinin  ölçüsü  43625  km) 

verirdi.  Kolumb  Toskanelliyə  inansaydı,  elə  onda  bir  çox 

alimlərin  hesab  elədikləri  kimi  o,  Atlantik  okeanını  qərb 

istiqamətində  üzməklə  birbaşa  Şərqi  Asiyaya  tərəf  üz 

tutardı. Öz sirrini və məqsədi-məramını gizlətməkdən ötrü, 

Kolumb  hamıya  bəyan  edir  ki,  kəşf  etdiyi  torpaq  Şərqi 

Asiya  ərazisidir.  Halbuki  o,  Tusinin  hesablamalarına  əsa-

sən, qarşısındakı torpağın Köhnə Dünyaya məlum olmayan 

ərazi  olduğunu  bilirdi.  Lakin  öz  istədiklərini  həyata 

keçirməkdən  ötrü,  İspaniya  monarxlarını  bir  neçə  illiyə 

aldatmağa  çalışan  Kolumb,  dünya  ictimaiyyəti  qarşısında 

özünü bir neçə əsirliyə aldatmış oldu. 

Ölənə  qədər  o,  əsl  həqiqəti  söyləmir  və  elə  bilir  ki, 

dünyasını  dəyişəndən  sonra  bir  neçə  il  keçmiş  onun 

tərəfdarları  həmin  həqiqəti  üzə  çıxararaq,  Kolumbun  hansı 

kəşfləri  həyata  keçirdiyini  dünya  ictimaiyyətinə  bəyan 

edəcəklər. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə