Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə99/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   94   95   96   97   98   99   100   101   102

                                                     

 

  



                                                                            

                                                    

393 

torpağın naməlum olduğunu müəyyən səbəblərə görə hamı-



dan gizlətməyə  məcbur olmuşdur. Əgər, Kolumb florentsi-

yalı alimin tərtib etdiyi xəritəyə bel bağlasa idi, onda o, elə 

35-40



ş.  en  dairəsi  ilə  qərb  istiqamətində  hərəkət  edərək, 



donanmanı  Zipanquya  çatdırardı.  Çünki  həmin  dövrdə 

çıxan  xəritələrə  əsasən,  Yaponiya  və  Çin  35-40

şimal 


enliklərində yerləşirdi. Lakin Kolumb Atlantik okeanını qət 

edərkən, 

birdən-birə 

kursu 


bilərəkdən 

cənubi-qərb 

istiqamətinə  tutaraq  20-25

ş.en  dairəsinə  üstünlük  vermiş 



və  bununla  da  həmin  səyahət  zamanı  ekspedisiya  Baham 

adaları (Quanahini adası) ilə üzləşmişdi. 

20.  Kolumb  əvvəlcədən  nəzərdə  tutduğu  marşurut  üzrə 

hərəkət  edərək,  hər  hansı  bir  coğrafi  məntəqəni  kəşf  edən-

də,  əvvəlcədən  təsəvvürünə  gətirirdi  ki,  həmin  kəşfin 

aqibəti necə olacaq. Bir çox kəşflərin əsl mahiyyətini isə o, 

ekspedisiya  iştirakçılarından  və  himayədarlarından  gizlə-

dirdi. 


Admiral  Belendə  olarkən,  artıq  bir  neçə  mil  qərb 

istiqamətində nəhəng bir su hövzəsinin yerləşməsindən hali 

idi  və  həmin  su  hövzəsi  çox  güman  ki,  onun  kəşf  etdiyi 

materiki  Asiya  qitəsindən  ayırır.  Belə  olan  halda  məşhur 

dəniz  səyyahı,  yunan  alimi  Eratosfenin  Yer  kürəsinin 

ölçüsü  barəsindəki  verdiyi  hesabatın  həqiqətə  uyğun 

olduğuna daha da inanır və təxmini olsa da, Asiya qitəsinin 



                                                     

 

  



                                                                            

                                                    

394 

Yeni  Dünya  sahillərindən  nə  qədər  aralıda  yerləşdiyini 



bilirdi. 

Bundan əlavə Kolumb hər hansı bir sahilə çıxanda yerli 

hindularla  bir  çox  şeylər  barəsində  sorğu-suallar  aparırdı, 

ən əsas suallardan da biri o idi ki, ən çox qızıl harada var? 

Panamada olarkən çox küman ki, aborigenlər çoxlu qızılın, 

cənubda  yerləşən  ölkə  olan  “Biru”dan  gətirdiyini  izah 

edərdilər.  Bu  maraqlı  məlumat  hər  halda  admiralın  fikrin-

dən  yayınmazdı  və  o,  gələcəkdə  həmin  ölkəyə  gedib  çıxa-

cağını  möhkəm  planlaşdırmalıydı.  Çünki  tarixdən  görün-

düyü  kimi  istər  Martin  Ernandes  Ensiso,  Diyeqo  Nikuesa, 

Vasko  Nunyes  de  Balboa,  Pedro  Arias  Avila  (Pedrarias), 

istərsə  də  Fransisko  Pisarro  Panamaya  ayaq  basanda,  yerli 

hindulardan,  cənubda  külli-miqdarda  qiymətli  metallar 

olan,  ən  varlı  ölkə  sayılan  “Biru”  haqqında  çoxlu  söz-söh-

bətlər  eşidirdilər.  Kolumb  öz  imicini  İspaniyanın  monarx-

larının  qarşısında  qoruyub  saxlamalı  idi.  Əlbəttə,  o,  öz 

fikirləri ilə qardaşı Bartolomeonu tanış etməmiş olmazdı. 

Kolumb  çox  yaxşı  bilirdi  ki,  Karib  dənizinin  qərbində 

yerləşən  sahil  zolağı  onun  gələcək  planlarının  həyata 

keçirilməsinə  xeyli  təkan  verəcək  və  o,  övladlarını  İspani-

yanın ən varlı və vəzifəli şəxslərinə çevirəcək. İş onadır ki, 

admiral  gələcəkdə  oğlu  Ferdinandı  Belenin  varisi  elan 

eməklə, “Biru”nun kəşfini öz varislərinə həvalə edir. Lakin 



                                                     

 

  



                                                                            

                                                    

395 

tarixdən  göründüyü  kimi  Karib  dənizinə  olan  monapoliya 



Kolumblar nəslindən alınır, Fransisko Pisarro isə  “Biru”nu 

1532-ci ildə kəşf edən avropalılardan ilk adam sayılırdı. 

21. Alimlərin əksəriyyətinin, Kolumbun guya kəşf etdiyi 

torpağın  Asiya  qitəsinin  bir  parçası  olduğu  haqqında 

verdikləri məlumatın yanlış olduğunu sübuta yetirmək üçün 

bir  təkzib  verməklə  kifayətlənmək  olar.  Yuxarıda  qeyd 

edildiyi  kimi  Kolumb  səayhətə  yola  düşməmişdən  əvvəl 

çox yaxşı bilirdi ki, Asiya qitəsində yerləşən Yaponiya, Çin 

və  Hindistan  ölkələrində  yaşayan  əhalinin  necə  geyinib 

keçindikləri,  hansı  adət-ənənələrə  malik  olması  və  sifət 

quruluşları hansı şəkildə olur. Lakin birinci səyahət zamanı 

o, Haiti, Kuba və Baham adalarını kəşf edir və onların heç 

birisində hər hansısa bir uyğunluq tapmır. 

Coğrafiyaşünasların  fikirləri  ilə  o  halda  razılaşmaq 

olardı  ki,  genuyalı  admiral  yalnız  təkcə  Baham  adalarını 

kəşf  edərək,  ondan  sonra  kursu  dərhal  geriyə,  İspaniyaya 

döndərsin.  Hətta  buna  baxmayaraq,  Kolumb  Mərkəzi 

Amerika  sahillərinə  bir  neçə  dəfə  səyahət  edir  və  onun 

tədqiq etdiyi ərazi həddindən artıq böyük olur. Onun tədqiq 

etdiyi  nəhəng  ərazidə  Asiya  qitəsindən  heç  bir  əsər-əlamət 

tapmaq  olmur.  Başqa  səbəblər  olmasa  belə,  coğrafiya 

elmindən yaxşı başı çıxan bir adam kimi Kolumb heç vaxt 

Asiya  qitəsini  Yeni  Dünya  sahilləri  ilə  səhv  sala  bilməzdi. 



                                                     

 

  



                                                                            

                                                    

396 

Əgər  o,  Asiya  qitəsinin  Yeni  Dünya  sahilləri  ilə  səhv 



salsaydı,  onda  Kolumb  heç  vaxt  Atlantik  okeanının  qərb 

hissəsinə təşkil edilən, mahiyyət etibarı ilə çox ağır sayılan 

bir  ekspedisiyanın  öhdəsindən  gələ  bilməzdi.  Coğrafiya 

elmində  elementar  bir  səhv  buraxan  adam  üçün  bunu 

praktik cəhətcə etmək mümkün deyildi. 

22.  Kolumb  birinci  səyahət  zamanı  Espanyoladan  sonra 

Kubanı  kəşf  edir  və  olduğu  yerin  coğrafi  koordinatını 

müəyyən  edərkən,  həmin  yerin  42

ş.en  dairəsində 



yerləşdiyini  təyin  edir.  Naviqasiya  sahəsində  böyük  ustad 

sayılan  məşhur  dəniz  səyyahı  nə  az,  nə  çox,  düz  20

səhv 


etmiş  olur.  Əlbəttə,  onun  bu  cür  kobud  səhv  buraxmasına 

inanmaq çox çətindir.  

Söz  yox  ki,  Kolumb  bu  səhvi  bilərəkdən  buraxaraq,  öz 

gündəliyində  məhz  42

ş.en  dairəsi  kimi  xüsusi  ilə  qeyd 



edir.  Sonrakı  səyahətlər  zamanı  Antil  adalarındakı  coğrafi 

məntəqələr kəşf ediləndə, məlum olur ki, o, həmin yerlərin 

coğrafi  koordinatlarını  düzgün  göstərir.  Bəs  nəyə  görə 

admiral  Kubanın  coğrafi  koordinatlarını  təyin  edəndə  20

səhvə yol verir? İş ondadır ki, məşhur dəniz səyyahı birinci 



səyahət zamanı kəşf etdiyi torpaqların yerini səhv rəqəmlər-

lə  təyin  etməklə,  həmin  yerlərin  məxfiliyini  saxlamaq 

istəmiş və başqa səyyahların həmin yerlərə, ondan xəbərsiz 

getmək  şanslarını,  onların  əlindən  almış  olurdu.  Çünki 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə