Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə94/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   90   91   92   93   94   95   96   97   ...   102

                                                     

 

  



                                                                            

                                                    

374 

Elm sahəsində hər hansı bir kəşfin öhdəsindən 

                 gəlmək istəsən, onun açarını yalnız İslam 

                         dünyasının müqəddəs kitabı sayılan ”Qurani- 

                  Kərim”in ayələrində tapmaq mümkündür. 

Yəni, kimsə elmi kəşfi həyata keçirmək  istəyirsə

                     mütləq “Qurani-Kərim”ə müraciət etməlidir,  

                         ona görə ki, bütün kəşflər barəsində hələ 1400  

                          il bundan əvvəl yaradılmış müqəddəs kitabın 

səhifələrində yazılıbdır. 

                                                                        Ramiz Dəniz 

  

                   

Əldə olunan nəticələr  

 

1. Mənəvi cəhətcə saf, ruhən pak olan Tusi alim, ixtiraçı, 

filoloq  olmaqla  yanaşı,  həm  də  xeyriyyəçilik  işləri  ilə  də 

məşğul  olmuşdur.  Nəzərə  almaq  lazımdır  ki,  20  ildən  çox 

həşşaşilərin qalasında əsir olan Tusi Əlamut qalasından heç 

nəsiz  çıxmışdır.  Lakin  bütün  bu  çətinliklərə  baxmayaraq, 

Hülaku  xanın  sarayında  məsləhətçi  kimi  məvacib  almağa 

başlayır  və  maaşının  bir  çox  hissəsini  elm  yoluna  qədəm 

qoymuş  insanların  ehtiyacına  xərcləyirdi.  Sonrakı  dövrdə 

Marağa  rəsədxanasında  çalışan  və  təhsil  alan  alimlərin, 

müəllimlərin  və  tələbələrin  müntəzəm  maaş  alması  üçün, 

onların ailələrinin mənzil ilə təmin olunması və vergilərdən 

azad olunması üçün Tusi “Elxanilər” dövlətinin hökmdarın-



                                                     

 

  



                                                                            

                                                    

375 

dan  xüsusi  imtiyazlar  almışdı.  Onu  da  xüsusi  ilə  qeyd 



etmək  istəyirəm  ki,  həmin  dövrə  qədər  xeyriyyəçilik  işləri 

ilə  bilavasitə  hökmdarlar,  sərkərdələr  və  ya  mülkədarlar 

məşğul  olmuşdular.  Yəni,  onlar  böyük  səlahiyyət  sahibi, 

böyük  imkanlara  malik,  çoxlu  vəsaitin  sahibi  sayıldıqları 

üçün,  öz  insani  keyfiyyətini  nümayiş  etdirməkdən  ötrqü 

xeyirxah işləri həyata keçirməyə böyük səy göstərirdilər. 

Mən  görkəmli  tarixi  şəxsiyyətlərin  tərcümeyi-halı  və 

taleyi ilə çox maraqlanmışam. Lakin XIII əsrə qədər heç bir 

alim və ya ziyalı Tusi kimi cəmiyyətin bir neçə sosial təbə-

qəsinin  nümayəndəsini  maddi  vəsait  ilə  təmin  etməmişdi. 

Mənim  fikrimcə,  Azərbaycanın  görkəmli  alimi  xeyriyyə-

çiliklə məşğul olaraq ilk dəfə xeyriyyəçiliyin əsasını qoyan 

bir  şəxsdir  və  bunu  bir  fakt  kimi  qəbul  etmək  məqsədə-

uyğun olardı.  

2.  Ensiklopedik  biliyə  malik  olan  Tusi  astronomiya 

sahəsində  şah  əsər  sayılan  Elxani”'>“Zic  Elxani”  kitabını  yazır  və 

tez  bir  zamanda  Avropada  maraqlı  elmi  əsərə  çevrilir. 

Alimlərin köməyi ilə həmin əsərin ən qədim əlyazmaları – 

1308, 1403, 1600, 1652 və 1711-ci il – tapılıb mütəxəssis-

lərin ixtiyarına verilmişdir. Dörd kitabdan ibarət olan “Zic 



Elxani”də  Yer  kürəsinin  dərəcə  torunun  başlanğıc  meridi-

anı, indiki Qrinviç meridianından 34

0

-35


0

 qərb istiqamətin-

də  göstərilmiş,  planetlərin  geosentrik  orbitinin  əsas  ele-



                                                     

 

  



                                                                            

                                                    

376 

mentləri verilmiş, onların sutkalıq orta hərəkəti öz dövrünə 



və  hətta  bir  neçə  əsr  astronomik  müşahidələrinə  nisbətən 

dəqiq  təyin  edilmişdi.  Günəş  diski  mərkəzinin  Marağa 

meridianında  həqiqi  günorta  vaxtı  müəyyən  tarixlərdə 

ekliptik  uzunluğu  və  planetlərin  efemeridləri  cədvəlləri 

verilmişdir. Mars, Yupiter və Saturnun bu cədvəllərdə veri-

lən  geosentrik  uzunluqlarının  qiymətləri  müasir  qiymətlər-

dən çox az – qövs saniyəsinin mində biri qədər fərqlənirlər. 

Tusi illik pressesiyanın qiymətini xeyli dəqiqləşdirmişdir. 

Uluqbəy  rəsədxanasında  yaradılan  “Zic  Xaqan”  (müəl-

lif  Qiyasəddin  Kaşi)  və  “Zic  Uluqbəy”  (müəllif  Əli  Quş-

çu)  adlı  astronomik  kataloqlar  yaradılarkən  demək  olar  ki, 

tam şəkildə “Zic Elxani”dən istifadə olunmuşdur. Bu əsa-

sən, göydəki ulduzların və yerdəki şəhərlərin koordinatları-

na aiddir. 

Caypur  rəsədxanasında  Şah  Cahanın  (1628-1659) 

dövründə  yaradılan  “Zic  Şah  Cahani”  və  Məhəmməd 

Şahın  (1719-1748)  dövründə  yaradılan  “Zic  Məhəmməd 

Şahi”  astronomik  kataloqlarındakı  cədvəllərin  bəzisi  “Zic 

Elxani”də olan cədvəlin surətindən ibarətdir. 

“Zic  Elxani”nin  yaradılmasından  təxminən  500  il 

keçməsinə  baxmayaraq,  XVIII  əsrin  ortasına  qədər  dünya 

astronomları bir mənbə kimi həmin əsərdən istifadə etmiş-

dilər. Bununla belə bildirmək lazımdır ki, “Zic Elxani” bir 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə