Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə101/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   94   95   96   97   98   99   100   101   102

                                                     

 

  



                                                                            

                                                    

401 

             Alimlərin maraq dünyası 

 

“Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsərinin 

əlyazmasını  oxuyarkən  ilk  növbədə  müəllifin  maraq 

dünyasının  genişliyi  diqqətimi  cəlb  etdi.  Səhifələri 

çevirdikcə  tarixə,  coğrafiyaya,  həndəsəyə,  riyaziyyata, 

astronomiyaya  və  digər  elmlərə  aid  məlumatlar  verən 

faktlarla  tanış  olur,  müəllifin  çoxistiqamətli  axtarışlardan 

aldığı  nəticələrdən  sevinirsən.  Oxucu  təkcə  ona  görə 

sevinmir ki, burada bir  neçə elmin  əlaqəli  şərhi problemin 

məntiqini gücləndirir, oxucuya ətraflı dərk imkanı yaradır; 

həm  də  ona  görə  sevinir  ki,  dünyada  elmin  inkişafında 

şərqlilərin xidmətləri daha əzəlidir, ilkinlərdəndir. 

Müəllif  Ramiz  Dəniz  (Qasımov)  qeyd  edir  ki,  bir  mən 

dünya  elmi,  mədəniyyəti,  incəsənəti,  ədəbiyyatının  sürətlə 

inkişaf etdirilməsində müsbət rol oynamış tarixi şəxsiyyət-

lərin  taleyi  və  elmi  irsi  heç  də  lazımi  səviyyədə  tədqiq 

edilməmiş və layiqincə qiymətləndirilməmişdir. Müəllif bu 

qənaətində çox haqlıdır. Azərbaycan xalqının dünya elminə 

kəşflər, ixtiralar bəxş etmiş, bir çox elmin əsasını qoymuş, 

ədəbiyyat  və  incəsənət  sahəsində  sənətin  zirvəsinə  yüksəl-

miş xeyli görkəmli simaları vardır. Bunlar haqqında nəinki 

bədii-publisistik əsərlər, heç əməllibaşlı, fundamental elmi-

tədqiqat əsərləri hazırlanmamışdır. Nədənsə, Azərbaycanda 




                                                     

 

  



                                                                            

                                                    

402 

elm  və  mədəniyyət  tarixinin  elmi-tədqiqi  istiqaməti  olaraq 



öyrənilməsinə  diqqət  yetirilmir.  Ona  görə  də  elmi  nəticə-

lərin təbliği və yayılması kütləviləşmir. 

R.  Dənizin  əsəri  müəyyən  əhəmiyyətə  malikdir.  Lakin 

fundamental  mahiyyətli  deyil.  Burada  xeyli  mənbəyə 

istinad  olunaraq  tarixi-elmi  məsələlər  haqqında  bir  çox 

alimin mövqeyi, münasibəti açıqlanır. Müəllif müxtəlif əsər 

və tədqiqatlardan dəyərli elmi  fikirləri bir  yerə toplamaqla 

maraqlanan oxucunun işini xeyli asanlaşdırmış, onun əlinə 

faktlar  toplusu  vermişdir.  Digər  tərəfdən  müəllif  kəşflərin, 

elmi  ideyalarının  dinamikasını  açır,  ilkin  elmi  ideyanın 

elmi  mənsubluğunu  və  onun  yazılma  və  inkişaf  anatomi-

yasını,  dəyişmə  və  yeniləmələrini  müqayisələrlə  üzə  çıxa-

rır.  “Antik  dövrün  astronomları”,  “Şeyx  Məhəmmədəli 

Babakuhi Bakuvi”, “Tanınmış alimlərin əsas elmi işləri”, 

“Marağa  rəsədxanansının  banisi  Nəsirəddin  Tusi”  və 

digər başlıqlı hissələr səciyyəvidir. 

Əsərdə Nəsirəddin Tusinin astronomiyaya aid əsərləri və 

xidmətlərindən  geniş  danışılır  və  bir  çox  elmi  maraq 

doğuran  faktların  təhlili  verilir.  Xüsusilə  X.  Kolumbun 

Amerikanın  kəşfi  və  onun  istifadə  etdiyi  xəritənin  kimlər 

tərəfindən  hazırlanması  faktı  tədqiqata  cəlb  olunur  və 

müəllif  belə  bir  qənaətə  gəlir  ki,  həmin  xəritə  Marağada 

hazırlanmış  və  onun  əsas  müəllifi  Tusidir.  Ramiz  Dəniz 



                                                     

 

  



                                                                            

                                                    

403 

dəlillərlə  xəritənin  hazırlanması  prossesini,  onun  sayını  və 



variantlarını,  xəritələrin  əldən-ələ  necə  düşməsini,  nəhayət 

Kolumbun  ondan  istifadəsini  və  digər  cəhətləri  əsaslı 

şəkildə meydana qoyur və özünün elmi qənaətlərini sübuta 

yetirir. 

R. Dəniz qeyd edir ki, Kolumb Tusinin məşhur xəritəsin-

dən əlavə, onun “Zic Elxani” əsəri ilə də tanış olub. 

Müəllif N. Tusinin kəşfinin ciddi elmi mahiyyətini şərh 

edərkən  həm  də  onların  ilkinliini  vurğulayır.  O,  qeyd  edir 

ki,  İ.  Nyutonu  və  məşhur  dünya  astronomlarını  400  il 

qabaqlamış  azəritürk  alim  sübut  etmişdir  ki,  dənizlərdə  və 

okeanlarda baş verən qabarma və çəkilmələr heç də təbiətin 

kor-koranə şıltaqlığı deyildir. Məhz Ayın çəpəki hərəkətin-

dən və Yerin qütblərdəki batıqlığından irəli gələn vaxtaşırı, 

yəni il ərzində 24 dəfə özünü biruzə verən hadisədir. 

Göründüyü  kimi,  oxuculara  təqdim  olunan  bu  əsərdə 

maraqlı  məqamlar  çoxdur.  Bunlar,  müəllifin  çox  saylı 

alimlərdən  gətirdiyi  dəlillərə  söykənməsinə  baxmayaraq, 

hələ zaman-zaman müzakirə mövzusu tədqiqat obyekti ola 

bilər.  Lakin  bir  həqiqət  aydındır  ki,  tədqiqatçının  zəhməti 

və vətənpərvər-vətəndaş niyyəti təqdirəlayiqdir.                   



                                               

                                       Əjdər Ağayev professor,                                                                                   

                                       pedaqogika elmləri doktoru 


                                                     

 

  



                                                                            

                                                    

404 

        Bəşər ustadı haqqında vəsait 

 

“Azərbaycan bir balaca diyar olsa da, həmişə öz alimləri, 



şairləri  və  mütəfəkkirləri  ilə  başqa  ölkələrdən  seçilmişdi. 

Bu  ondan  irəli  gəlir  ki,  hələ  erkən  orta  əsrlərdən  elmə, 

mədəniyyətə, incəsənətə və ədəbiyyata xüsusi diqqət yetiri-

lir  və  bu  sahələrin  inkişafı  üçün  güclü  mütəxəssislər 

yetişdirmişdi.  Bundan  əlavə,  Azərbaycan  alimləri  ölkənin 

sərhədləri ilə yaxın olan dövlətlərdə baş verən elmi proses-

lərin  necə  cərəyan  etdiyi  ilə  dərindən  maraqlanır  və  onlar 

da elmi-tədqiqatlarını davam etdirirdilər”. 

Bu  mübarək  kəlamlarla  öz  oxucularına  müraciət  edən, 

peşə və sənət baxımından, hələlik yalnız öz zehninə və fitri 

istedadına  güvənən  gənc  tədqiqatçı  Ramiz  Dəniz  (Qası-

mov)  Nəsirəddin  Tusi  haqqında  çox  mötəbər  məlumatları 

əldə  edərək,  ümumiləşdirmiş,  sonra  onun  hər  bir  əsəri 

üzərində  ayrıca  dayanmış,  onların  şərhlərinə  və  elmi 

tutumuna dair  mövcud  məlumatlarla oxucuları  tanış etmiş, 

elmi-nəzəri  və  ideya-mənəvi  irsinin  böyük  bir  qisminin 

saxlanıldığı ünvanları tanıtmışdır. Son illərdə Tusinin elmi-

mənəvi irsi ilə bağlı məxəzlər silsiləsi ilə tanışlıq məsələləri 

ayrı-ayrı  alim  və  tədqiqatçılar  tərəfindən  tədqiqata  cəlb 

edilsə  də,  onun  bütövlükdə  din,  təbiət,  əxlaq  tərbiyəsi, 

nücum,  musiqişünaslıq,  hüquq,  siyasət  elmi  sahəsində 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə